Skip to content
12 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 482)
  • Dünya (3. 047)
  • Gündəm (10. 597)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

“Xocalıda separatçı rejiminin “bayrağı”nın asılması Rusiyanın sülhə qarşı olduğunu açıq göstərir”

Xəbər verildiyi kimi, iyulun 14-də Xankəndidəki erməni separatçı tör-töküntüləri Azərbaycana qarşı permanent qanunsuz aksiyaya başlayıblar. Separatçılar Xankəndinin mərkəzindən
Cavidan 18 İyul, 2023

Xəbər verildiyi kimi, iyulun 14-də Xankəndidəki erməni separatçı tör-töküntüləri Azərbaycana qarşı permanent qanunsuz aksiyaya başlayıblar. Separatçılar Xankəndinin mərkəzindən Xocalı aeroportuna – rus sülhməramlı komandanlığının müvəqqəti qərargahı önünə də yürüş ediblər.

Addim.az “Yeni Müsavat”a istinadən xəbər verir ki, aeroport önündən yayılan aksiya kadrlarında isə orada asılan “bayraqlar” xüsusi diqqət çəkib. Ərazidə Rusiya bayrağı ilə yanaşı, Ermənistanın bayrağı və Qarabağdakı separatçıların əski parçasının da asıldığı aydın görünür. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, o zaman bu nə hoqqabazlıq və həyasızlıqdır?

Rusiya bayrağının qaldırılmasını haradasa anlamaq olar. Bununla müvəqqəti yerləşdikləri ərazidə dislokasiyanı göstərmək istəyirlər – hərçənd Azərbaycan bayrağı da yanaşı asılmalıdır. Bəs Ermənistan bayrağının, oyuncaq rejiminin əski parçasının Xocalıya, Qarabağa nə dəxli? Komandanlıq heç olmasa, Putinin imzası duran 22 fevral 2022-ci il Moskva bəyannaməsini oxumayıbmı?

Beləliklə, Rusiya “sülhməramlı” kontingentinin gerçək mahiyyəti bir daha ortaya çıxır. Bəlli olur ki, onlar bölgəyə heç də iki xalqın barışığı üçün yox, yeni fitnə-fəsadlar törətmək, aranı daha da qızışdırmaq üçün göndərilib.

Bu harasıdır, bir gün sonra – iyulun 15-də – liderlərin Brüssel görüşü günü Rusiya XİN Azərbaycanla bağlı növbəti ultimativ mövqe sərgiləyib, ərazi bütövlüyümüz ikibaşlı cümlələrlə şübhə altına alınıb. Açıqlamada “blokada” nəticəsində guya Qarabağda humanitar fəlakətə yaxın situasiyanın yarandığı iddia olunur və erməni “ağzı ilə”, Bakı “təcili şəkildə Laçın dəhlizini açmağa” çağırılır. Sanki Laçın yolu bağlı imiş.

Sitat: “Bu gün Dağlıq Qarabağ ətrafında vəziyyətin neqativ ssenari üzrə inkişaf etməsi narahatlıq doğurur. Bölgədə humanitar böhran getdikcə dərinləşir. Yerli əhali ərzaq, dərman, ilkin tələbat mallarının kəskin çatışmazlığını yaşayır, elektrik enerjisi və qaz təchizatından praktiki olaraq məhrumdur. Bu, Qarabağ erməniləri – bölgənin sadə sakinləri üçün ən dramatik nəticələrə səbəb ola bilər. Biz Azərbaycan rəhbərliyini Laçın dəhlizinin blokunun dərhal açılması, bu dəhlizlə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin bərpası, eləcə də rayonun enerji təchizatı üçün təxirəsalınmaz tədbirlər görməyə çağırırıq”.

Rəsmi Bakı artıq bu iddiaları cavablandırıb.

Xatırladaq ki, Bakı həm erməni icması, həm də Rusiya hərbi kontingentinin humanitar ehtiyaclarının qarşılanması üçün öz ərazisi vasitəsilə, alternativ təchizat yolu kimi Xankənd-Ağdam yolunu təklif edib. Məsələ Brüssel görüşündə də müzakirə olunub və təqdirlə qarşılanıb! Yəqin ki, Moskvanın təlaşı həm də bununla bağlıdır.

Rusiya XİN-in bəyanatından həmçinin aydın olur ki, Moskva suverenliyimizə hörmətsiz yanaşmağa və vəziyyəti qəsdən qəlizləşdirməyə davam edir. Halbuki 10 noyabr sənədi Azərbaycan Konstitusiyasından və beynəlxalq hüquqdan üstün ola bilməz. Bundan əlavə, Rusiya həmin sənədin 4-cü bəndini bu günədək yerinə yetirməyib, qanunsuz erməni silahlı dəstələrini ərazidən çıxarmayıb.

Rusiyanın bu kimi demarşlarına bəyanatdan savayı cavabımız nə olacaq? Xocalıdan Ermənistanın və oyuncaq rejimin “bayrağı”nın yığışdırılması tələb ediləcəkmi?

Politoloq Murad Sadəddinov 

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirib ki, məsələyə təkcə əsgi parçalarının Xocalı aeroportunda ucaldılması prizmasından yox, daha geniş prizmadan yanaşmaq daha məqsədəuyğundur. Ən çox diqqət edilməli olan başqa amillər də var: “Bilirsiniz ki, 44 günlük Vətən müharibəsi bitəndən sonra başlanan danışıqlar prosesinə ilk olaraq Rusiya qoşuldu. Sonra isə Avropa İttifaqı və ABŞ da qoşuldular. Hazırda mövcud iki danışıq platforması var. Biri Rusiyanın vasitəçilik etdiyi platformadır, digəri Rusiyaya əks mövqedə olan Qərb platformasıdır. Bu iki platforma arasında ciddi ziddiyyətli məqamlar var. Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının uzanması, sülh sazişinin imzalanmasının hələ də mümkün olmaması və hazırda mövcud olan durum bu iki platforma arasında ziddiyyətlərdən, fikir ayrılıqlarından, mübarizədən qaynaqlanır. Rusiya sülh müqaviləsinin imzalanmasında Qarabağla bağlı məsələləri dondurmaq və gələcək nəsillərə saxlamaq mövqeyindən çıxış edir. Qərb isə birmənalı olaraq Qarabağı Azərbaycan ərazisi olaraq tanımaqla orada yaşayan erməni əhaliyə müəyyən təhlükəsizlik təminatları verməklə bu problemin birdəfəlik həll edilməsini istəyir. Bu baxımdan bizə Qərb platforması çox əlverişlidir və onların mövqeyi bizim elan etdiyimiz məqsədlərlə uyğun gəlir. Rusiya platfomasında danışıqlar prosesi isə Rusiyanın mövqeyi üzündən ləngiyir, heç bir müsbət irəliləyiş yoxdur. Əksinə, Rusiya prosesi geriyə itələməklə məşğuldur. Rusiya XİN-in verdiyi məlum bəyanat da buna xidmət edir. Rusiya 10 noyabr üçtərəfli bəyanatında üzərinə götürdüyü öhdəliklərin bəzilərini hələ də yerinə yetirməməklə ədalətli orbitr olmadığını bir daha ortaya qoyur. O cümlədən Azərbaycan ərazisində qondarma erməni separatçı rejiminin “bayrağı”nın hələ də saxlanmasına, bu azmış kimi, Rusiya dövlətinin bayrağı ilə yan-yana asılmasına, həmçinin Ermənistan bayrağının da orada ucaldılmasına şərait yaratması Rusiyanın sülh yaratma missiyasını deyil, sülhə qarşı olduğu siyasətini açıq ortaya qoyur. Azərbaycan dəfələrlə 10 noyabr üçtərəfli bəyanatının tələblərinin icrasını Rusiya tərəfinin qarçısında qaldırsa da, Rusiya verilən bəyanatları, çağırışları nəzərə almır və ya əhəmiyyət vermir. Bu vəziyyət isə separatçıları və Ermənistanı arxayınlaşdırır. Böyük ehtimalla Azərbaycan Xocalıdan Ermənistanın və oyuncaq rejiminin “bayrağı”nın yığışdırılmasını Rusiyadan tələb etsə belə, yenə də müsbət reaksiya olmayacaq.

Qərb platforması isə dediyimiz kimi, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün prosesi müəyyən mərhələyə qədər çatdıra bilib. Eləcə də Qarabağ ermənilərinin məsələsinin Azərbaycanın qanunları çərçivəsində həllinin tərəfdarı olduğunu nümayiş etdirib”.

Politoloq qeyd edib ki, Rusiya tərəfi Qərb platformasında aparılan prosesin real nəticəyə yaxınlaşmaqda olduğunu hiss edir. Ona görə də ən müxtəlif təxribatlar təşkil edir və edəcək: “Məqsəd odur ki, real nəticə verməkdə olan prosesin qarşısını alsın. Bu prosesin qarşısını almaq üçün də Rusiya bir tərəfdən XİN vasitəsilə Azərbaycanın xeyrinə olmayan bəyanat verir, digər tərəfdən sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki separatçı ermənilərin, Vardanyan kimi emissarlarının əli ilə müxtəlif təxribatlar, o cümlədən bayraq təxribatı kimi təxribatlar təşkil edilir və yəqin ki, bundan sonra da ediləcək. Separatçıların əski parçalarının Rusiya bayrağı ilə yanaşı asılmasından tutmuş hər cür təxribata hazır olmalıyıq. Azərbaycanın diplomatik çərçivədə XİN vasitəsilə bəyanatla Rusiyaya etirazını, narazılığını bildirməsi hazırkı məqamda düzgün yoldur. Biz sülh danışıqlarını dayandırmamalı və prosesin sülh sazişinin imzalanmasına gətirib çıxarmasına çalışmalıyıq. 2025-ci ildə Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxmasının qarşısını almaq üçün yaradılan müxtəlif təxribatlardan da yayınmalıyıq. Şübhəsiz ki, silahlı qüvvələrimizə və əhalimizə hər hansı təhlükə yaranarsa, buna ən sərt cavab verilməlidir, təhlükə mənbələri məhv olunmalıdır. Həmin təhlükə mənbələri rus sülhməramlı adlanan qüvvələri çətiri altında olsa belə, məhv edilməlidir. Bizim cavabımız bu şəkildə olmalıdır. Rusiya düşünməməlidir ki, erməniləri hər cür təxribata sövq edəcək və Azərbaycan buna susacaq, yaxud da ancaq bəyanatla cavab verəcək. Qarabağda yerləşən qanunsuz erməni silahlı birləşmələrinin və quldur dəstələrinin məhv edilməsi üçün Azərbaycan Ordusunun bircə dənə korpusunun güc tətbiq etməsi kifayətdir”.

Continue Reading

Previous: Şağan bələdiyyəsinin sədri barəsində cinayət işi başlandı
Next: 16 milyonluq yeyintidə ittiham olunan Ramin İsayev həbs qərarından narazıdır

Bölmənin digər xəbərləri

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib
  • Cəmiyyət

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib

11 Dekabr, 2025
Kreml: Donetsk vilayətinin Seversk şəhəri Rusiya ordusunun tam nəzarətinə keçib
  • Dünya

Kreml: Donetsk vilayətinin Seversk şəhəri Rusiya ordusunun tam nəzarətinə keçib

11 Dekabr, 2025
Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb
  • Cəmiyyət

Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb

11 Dekabr, 2025

Top 7 Xəbər

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib 1

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib

11 Dekabr, 2025
Kreml: Donetsk vilayətinin Seversk şəhəri Rusiya ordusunun tam nəzarətinə keçib 2

Kreml: Donetsk vilayətinin Seversk şəhəri Rusiya ordusunun tam nəzarətinə keçib

11 Dekabr, 2025
Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb 3

Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb

11 Dekabr, 2025
Ən çox yağıntı düşən bölgələr açıqlanıb 4

Ən çox yağıntı düşən bölgələr açıqlanıb

11 Dekabr, 2025
Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsin məhkəməsi keçirilir 5

Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsin məhkəməsi keçirilir

11 Dekabr, 2025
Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib 6

Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib

11 Dekabr, 2025
Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib 7

Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib

11 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 482)
  • Dünya (3. 047)
  • Gündəm (10. 597)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8482) Dünya (3047) Gündəm (10597) Kateqoriyasızlar (437) Kriminal (1294) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (550)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib 11 Dekabr, 2025
  • Kreml: Donetsk vilayətinin Seversk şəhəri Rusiya ordusunun tam nəzarətinə keçib 11 Dekabr, 2025
  • Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb 11 Dekabr, 2025
  • Ən çox yağıntı düşən bölgələr açıqlanıb 11 Dekabr, 2025
  • Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsin məhkəməsi keçirilir 11 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.