Skip to content
2 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Prezident Fransanın üzr istəməsini tələb etdi
  • Gündəm
  • Siyasət

Prezident Fransanın üzr istəməsini tələb etdi

Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin
Cavidan 5 İyul, 2023
1688538748_16740575974857052343_1000x669 (1)

Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə bildirib.

Bunun utancverici və iyrənc hərəkət olduğunu deyən dövlətimizin başçısı qeyd edib: “Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik”.

Prezident İlham Əliyev Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb.

“Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışlar getdikcə artmaqdadır”, – Prezident çıxışında bildirib.

Dövlət başçısı əlavə edib: “Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrini aradan qaldırılmasına kömək edəcək”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Prezident İlham Əliyev tədbirdə çıxış edir – VİDEO
Next: Ebrunu Şəmkirə toya gətirən tanınmış iş adamı imiş…

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 102620
  • Cəmiyyət

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 094125
  • Cəmiyyət

Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-01 165537
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 679)
  • Dünya (3. 430)
  • Gündəm (11. 920)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

“Arzum” ləqəbli bloqer məhkəmə zalından həbs edilib Screenshot 2026-07-02 113942 1
  • Cəmiyyət

“Arzum” ləqəbli bloqer məhkəmə zalından həbs edilib

2 İyul, 2026
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub Screenshot 2026-07-02 105613 2
  • Cəmiyyət

Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub

2 İyul, 2026
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib Screenshot 2026-07-02 102620 3
  • Cəmiyyət

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib

2 İyul, 2026
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib Screenshot 2026-07-02 094125 4
  • Cəmiyyət

Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib

2 İyul, 2026
Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb Screenshot 2026-07-02 092225 5
  • Cəmiyyət

Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9679) Dünya (3430) Gündəm (11920) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.