Skip to content
7 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 044)
  • Dünya (3. 250)
  • Gündəm (11. 356)
  • İdman (633)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (470)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 961)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Azərbaycanda Dövlət Bayrağı Günüdür

 Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.  Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər
Cavidan 9 Noyabr, 2021

 Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.

 Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Belə ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilib.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.

2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanun ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama əsasən, Dövlət bayrağı Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr – Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Bu il ilk dəfədir ki, Dövlət Bayrağı Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur. Ötən il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib. 44 gün davam edən Vətən müharibəsi dövründə hər gün yaşayış məntəqələri işğaldan azad olunurdu və həmin torpaqlarda Azərbaycanın şanlı bayrağı ucaldılırdı. Hazırda azad edilmiş bütün torpaqlarda bayrağımız dalğalanır.

Continue Reading

Previous: Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Next: Prezidentdən Bayraq Günü paylaşımı

Bölmənin digər xəbərləri

Prezident İlham Əliyev Moldova xarici işlər nazirini qəbul edib
  • Gündəm

Prezident İlham Əliyev Moldova xarici işlər nazirini qəbul edib

6 Mart, 2026
Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib
  • Gündəm

Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib

4 Mart, 2026
İlham Əliyev: ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir
  • Siyasət

İlham Əliyev: ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir

3 Mart, 2026

Top 7 Xəbər

İsveç sahillərində Qvineya bayrağı altında üzən yük gəmisi saxlanılıb 1

İsveç sahillərində Qvineya bayrağı altında üzən yük gəmisi saxlanılıb

7 Mart, 2026
Havanın temperaturu 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ 2

Havanın temperaturu 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

6 Mart, 2026
Ağsaqqallar Şurası İranın Azərbaycana dron hücumu ilə bağlı bəyanat yayıb 3

Ağsaqqallar Şurası İranın Azərbaycana dron hücumu ilə bağlı bəyanat yayıb

6 Mart, 2026
Rəsmi Bakı: Qətər, Küveyt və Bəhreyndə qalan Azərbaycan vətəndaşları sabah Ciddədən təxliyə ediləcək 4

Rəsmi Bakı: Qətər, Küveyt və Bəhreyndə qalan Azərbaycan vətəndaşları sabah Ciddədən təxliyə ediləcək

6 Mart, 2026
Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğunun təxliyəsi ilə bağlı tapşırıq verilib 5

Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğunun təxliyəsi ilə bağlı tapşırıq verilib

6 Mart, 2026
Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu pisləyib 6

Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu pisləyib

6 Mart, 2026
İsraildə İranla müharibə başlayandan bəri 1 619 nəfər xəsarət alıb 7

İsraildə İranla müharibə başlayandan bəri 1 619 nəfər xəsarət alıb

6 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 044)
  • Dünya (3. 250)
  • Gündəm (11. 356)
  • İdman (633)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (470)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 961)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9044) Dünya (3250) Gündəm (11356) Kateqoriyasızlar (470) Kriminal (1345) Mədəniyyət (338) Siyasət (2961) Texnologiya (14) İdman (633) İqtisadiyyat (574)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İsveç sahillərində Qvineya bayrağı altında üzən yük gəmisi saxlanılıb 7 Mart, 2026
  • Havanın temperaturu 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ 6 Mart, 2026
  • Ağsaqqallar Şurası İranın Azərbaycana dron hücumu ilə bağlı bəyanat yayıb 6 Mart, 2026
  • Rəsmi Bakı: Qətər, Küveyt və Bəhreyndə qalan Azərbaycan vətəndaşları sabah Ciddədən təxliyə ediləcək 6 Mart, 2026
  • Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğunun təxliyəsi ilə bağlı tapşırıq verilib 6 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.