![](https://addim.az/wp-content/uploads/2023/05/1685022949.1656314775_9d6b20efe5e4c19e365580c8bd0bd861-1024x731.jpg)
“Laçın rayonunda beynəlxalq hava limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır”.
“Unikal” xəbər verir ki, bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası zamanı deyib.
“Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir, onlardan ikisi işğaldan azad edilmiş ərazilərdə (Füzuli və Zəngilan – red) xidmət edir”, – prezident bildirib.
Ölkə lideri qeyd edib ki, Laçın hava limanının istifadəyə verilməsi ilə Azərbaycanda beynəlxalq hava limanlarının sayı 9-a çatacaq.