Skip to content
15 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Mehriban Əliyeva Martyunas Mazvyudas adına Litva Milli Kitabxanası ilə tanış olub
  • Gündəm
  • Siyasət

Mehriban Əliyeva Martyunas Mazvyudas adına Litva Milli Kitabxanası ilə tanış olub

Mayın 22-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Litva Respublikasının birinci xanımı Diana Nausediene Martyunas Mazvyudas adına
Cavidan 22 May, 2023
1a293266-50ef-4bb9-985c-2e4d9eb35c69 (1)

Mayın 22-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Litva Respublikasının birinci xanımı Diana Nausediene Martyunas Mazvyudas adına Litva Milli Kitabxanası ilə tanış olublar.

Birinci xanım Mehriban Əliyevaya kitabxananın fəaliyyəti barədə məlumat verilib.

Bildirilib ki, əsası 1919-cu ildə Mərkəzi Dövlət Kitabxanası kimi Kaunasda qoyulan bu elm mərkəzi Litvanın əsas elmi-kütləvi mədəniyyət müəssisəsidir. Sonradan adı bir neçə dəfə dəyişdirilən və 1963-cü ildə paytaxt Vilnüsə köçürülən kitabxana 1988-ci ildən Martyunas Mazvyudasın adını daşıyır. 1989-cu ildə ona Milli Kitabxana statusu verilib. Kitabxana 1993-cü ildən ölkənin mədəni irs reyestrinə daxil edilib. Bu, həmçinin Baltikyanı ölkələrdə inşa olunan ilk kitabxana binasıdır.

Kitabxananın əsas fəaliyyət istiqamətləri Litva xalqının yazılı mədəni irsinin toplanması, gələcək nəsillər üçün qorunub saxlanılması və ictimaiyyətə təqdim edilməsinə kömək göstərilməsidir. Kitabxananın fondunda 7 milyona yaxın (1,8 milyon adda) çap məhsulları və digər sənədlər saxlanılır.

Qeyd olunub ki, ixtisaslaşdırılmış yeddi oxu zalının, həmçinin üç tədqiqat mərkəzinin fəaliyyət göstərdiyi kitabxanada milli arxiv sənədləri, nadir kitablar və əlyazmalar, musiqi və vizual incəsənət kolleksiyaları, həmçinin şəxsi kolleksiyalar və sair mövcuddur.

Kitabxana müxtəlif milli və beynəlxalq kitabxana müəssisələri və təşkilatları ilə əməkdaşlıq edir.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra kitabxana tərəfindən göstərilən xidmətlər, həyata keçirilən layihələr və bu mədəniyyət müəssisəsinin xarici əlaqələri barədə videoçarx nümayiş olunub.

Sonda birinci xanım Mehriban Əliyevanın adından kitabxanaya Azərbaycanın mədəniyyəti, incəsənəti, tarixi, həmçinin Qarabağ və Şuşa haqqında kitablar hədiyyə edilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycan lideri: “Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır”
Next: Prezident: “Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır”

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-15 100714
  • Cəmiyyət

Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-14 160024
  • Gündəm

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 145229
  • Siyasət

Şuşa Qlobal Media Forumu: zəfərin ünvanından sülhün tribunasına – ŞƏRH

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 744)
  • Dünya (3. 454)
  • Gündəm (11. 950)
  • İdman (674)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 413)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 017)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib Screenshot 2026-07-15 100714 1
  • Cəmiyyət

Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib

15 İyul, 2026
Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır Screenshot 2026-07-15 094843 2
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır

15 İyul, 2026
Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb Screenshot 2026-07-15 093031 3
  • Kriminal

Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb

15 İyul, 2026
UEFA reytinqi: “Sabah” Azərbaycanın əmsalını daha da artırıb Screenshot 2026-07-15 091458 4
  • İdman

UEFA reytinqi: “Sabah” Azərbaycanın əmsalını daha da artırıb

15 İyul, 2026
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib Screenshot 2026-07-14 175349 5
  • Kriminal

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9744) Dünya (3454) Gündəm (11950) Kateqoriyasızlar (522) Kriminal (1413) Mədəniyyət (356) Siyasət (3017) Texnologiya (15) İdman (674) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.