Skip to content
2 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • “Heydər Əliyevin türk dünyasının birliyində rolu böyükdür” – TÜRKPA-nın Baş katibi
  • Gündəm
  • Siyasət

“Heydər Əliyevin türk dünyasının birliyində rolu böyükdür” – TÜRKPA-nın Baş katibi

“Ulu Öndər Heydər Əliyev nəinki Azərbaycan dövləti, xalqı üçün misilsiz xidmətləri, eləcə də bütün türk dünyasının birliyi, hərməyliyi
Cavidan 16 May, 2023
1684234205_15f24794b01c288612cf45ee08094964

“Ulu Öndər Heydər Əliyev nəinki Azərbaycan dövləti, xalqı üçün misilsiz xidmətləri, eləcə də bütün türk dünyasının birliyi, hərməyliyi naminə gördüyü işlər, irəli sürdüyü təşəbbüslər türk dünyasının beynəlxalq nüfuzunun güclənməsinə dərin töhfə verib”.

Bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasda çıxışı zamanı deyib.

O bildirib ki, Heydər Əliyev tarixin müxtəlif dövrlərində bir-birindən ayrı düşmüş türk dünyasının birləşdirilməsi naminə yorulmaz səylər göstərib: “Onun məqsədyönlü fəaliyyətinin uğurlu nəticələri bu istiqamətdə davamlı addımların atılmasına təkan verib. Heydər Əliyev türk dünyasının birliyinə sadəcə etnik köklərin eyniliyinə əsaslanan mədəni etnoqrafik birlik kimi yanaşmır, bu birliyin gələcəyini xüsusi diqqət mərkəzində saxlayır və daim türk xalqlarının yaxınlığının vacib olduğunu vurğulayırdı”. 

“Heydər Əliyev siyasi kursunun mühüm istiqamətlərindən biri olan Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycan xarici siyasətində müstəsna yer tutmaqdadır. Bu gün instutisional çərçivədə hərtərəfli inkişaf edən türk əməkdaşlığının hazırki səviyyəsinin kökündə türk birliyi ideyasının müəlliflərindən olan Heydər Əliyev kimi dahi şəxsiyyətlərin yorulmaz fəaliyyəti və zəhməti dayanır. Onun uğurlu siyasəti və diplomatiyası sayəsində Azərbaycanın qardaş dövlətlərlə dərinləşən və genişlənən əlaqələri hazırkı ölkə rəhbərliklərinin iradəsi və əzmi ilə yeni mərhələyə qədəm qoyaraq həm ikitərəfli, həm çoxtərəfli müstəvilərdə daha da inkişad etməkdədir”,- TÜRKPA Baş katibi əlavə edib.

Mehmet Süreyya Er qeyd edib ki, bu əlaqələrin inkişafında parlamentlər səviyyəsində aparılan dialoq da əhəmiyyət daşıyır: “Bu gün əminliklə deyə bilərik ki, türk dövlətləri arasında əlaqələrin inkişafının daha da dərinləşməsində parlament diplomatiyası öz sözünü deyir. Heydər Əliyevin türk dünyasının birliyində rolu və misilsiz xidmətləri bir çıxışa sığmayacaq qədər böyükdür. Türk dünyasının dahi oğlu Heydər Əliyevə sevgi və rəğbət onun xatirəsinin böyük ehtiramla anılmasında özünün aydın ifadəsini tapır”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Türkiyə xalqı və dövləti hər zaman Azərbaycanın yanında olacaq” – Türkiyəli deputat
Next: “Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də var olacaq” – Sahibə Qafarova

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 145210
  • Dünya

Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 102620
  • Cəmiyyət

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 094125
  • Cəmiyyət

Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 683)
  • Dünya (3. 431)
  • Gündəm (11. 921)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-02 160646 1
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

2 İyul, 2026
Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib 2
  • Cəmiyyət

Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib

2 İyul, 2026
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var Screenshot 2026-07-02 145210 3
  • Dünya

Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var

2 İyul, 2026
AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır Screenshot 2026-07-02 130551 4
  • Cəmiyyət

AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır

2 İyul, 2026
KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var Screenshot 2026-07-02 123123 5
  • Cəmiyyət

KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9683) Dünya (3431) Gündəm (11921) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.