Beynəlxalq müstəvidə Azərbaycana çox hörmətlə yanaşılır.
Bunu Parlamentlərarası İttifaqın (İPU) prezidenti Duarte Paçeko Milli Məclisdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.
“Beynəlxalq müstəvidə Azərbaycana çox hörmətlə yanaşılmanın bir çox səbəbi var. Bunlardan biri Heydər Əliyevlə bağlıdır. Uzun illərdir ki, Azərbaycan dünyada problemlərin həllində, sülhün bərqərar edilməsində aktiv rol oynayır. Heydər Əliyevə gördüyü işlərə görə təşəkkür edilməlidir. Biz bu gün Heydər Əliyevin davamçıları olaraq, sizlərə təşəkkür edirik”,- deyə o bildirib.
Qeyd edək ki, bu gün Milli Məclisin xüsusi iclası keçirilir.