Skip to content
21 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Dağıstan və Tatarıstan rəhbərlərindən İlham Əliyevə təbrik məktubu
  • Gündəm
  • Siyasət

Dağıstan və Tatarıstan rəhbərlərindən İlham Əliyevə təbrik məktubu

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.  Məktubda deyilir: “Bütün Dağıstan xalqı adından
Cavidan 12 May, 2023
5f44a63353c24-t0shxN7_yPUZws0

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

Məktubda deyilir:

“Bütün Dağıstan xalqı adından və şəxsən öz adımdan Sizi atanız – dünyada dərin hörmət və ehtiram qazanmış görkəmli dövlət və siyasət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təbrik edirəm.

Heydər Əlirza oğlu bütün həyatı boyu öz xalqına və Vətəninə sədaqətlə xidmət edib. Biz Azərbaycanın müasir tarixində onun xidmətlərinin silinməz izlərini görürük. Böyük siyasi xadimin ardıcıl fəaliyyəti sayəsində respublika çətin sınaqlardan uğurla çıxıb və bu gün tərəqqi yolu ilə inamla irəliləyir. Heydər Əliyevin xalqa müraciətində dediyi kimi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Belə də oldu. Siz, hörmətli İlham Heydər oğlu, atanızın, xalqın dahi oğlunun vəsiyyətlərinə sadiqsiniz. Əminəm ki, gələcəkdə də Sizi öz yolunuzda yalnız nailiyyətlər və qələbələr gözləyir.

Sizə səmimi-qəlbdən cansağlığı, rifah və ali dövləti vəzifənizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram”.

Bundan başqa, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“İcazə verin, atanız Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ən səmimi təbriklərimi Sizə çatdırım.

Tatarıstanlılar Azərbaycan xalqının dahi oğlu, adı doğma ölkəsinin tarixinə əbədi yazılmış, Tatarıstan-Azərbaycan əməkdaşlığının təşəkkülündə və inkişafında mühüm rol oynamış görkəmli siyasət və dövlət xadimini – çox hörmətli Heydər Əlirza oğlunu böyük minnətdarlıq və dərin hörmətlə xatırlayırlar.

Xalqlarımız arasında etimad və dostluq ənənələrini qoruyub saxlamaq və möhkəmləndirmək üçün Sizin atanız, çox hörmətli Heydər Əlirza oğlu tərəfindən göstərilən səyləri davam etdirmək bu gözəl insanın nurlu xatirəsi qarşısında bizim ümumi borcumuzdur. Ümidvaram ki, biz Tatarıstan və Azərbaycan arasında əməkdaşlığın Rusiya-Azərbaycan münasibətləri kontekstində dinamik şəkildə inkişafı, adlı-sanlı sələflərimizin məhsuldar təşəbbüslərinin layiqli davamçısına çevrilməyə qadir olan yeni məzmunla zənginləşməsi üçün zəruri olan hər şeyi birgə həll edəcəyik.

Sizə möhkəm cansağlığı, firavanlıq, gözəl Azərbaycanın rifahı naminə ali dövləti vəzifənizdə uğurlar arzulayıram”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Müdafiə Nazirliyi şərti sərhəddəki son vəziyyəti AÇIQLADI
Next: Tərtər, Xocalı, Laçın və Şuşadakı mövqelərimiz ATƏŞƏ TUTULDU

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-20 145225
  • Dünya

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

Cavidan 20 İyun, 2026
Screenshot 2026-06-20 141620
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

Cavidan 20 İyun, 2026
Screenshot 2026-06-19 174144
  • Cəmiyyət

Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək

Cavidan 19 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 619)
  • Dünya (3. 410)
  • Gündəm (11. 884)
  • İdman (665)
  • İqtisadiyyat (600)
  • Kateqoriyasızlar (513)
  • Kriminal (1. 401)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb Screenshot 2026-06-20 155254 1
  • Cəmiyyət

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb

20 İyun, 2026
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb 2
  • Kateqoriyasızlar

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

20 İyun, 2026
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb Screenshot 2026-06-20 145225 3
  • Dünya

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

20 İyun, 2026
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur” Screenshot 2026-06-20 141620 4
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

20 İyun, 2026
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək Screenshot 2026-06-20 120432 5
  • Cəmiyyət

Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək

20 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9619) Dünya (3410) Gündəm (11884) Kateqoriyasızlar (513) Kriminal (1401) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (665) İqtisadiyyat (600)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.