Skip to content
4 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 831)
  • Dünya (3. 167)
  • Gündəm (11. 033)
  • İdman (613)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (458)
  • Kriminal (1. 328)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yaradıcılıq Mərkəzinin Heydər
Cavidan 10 May, 2023

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışında iştirak ediblər.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci vitse-prezidentə görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Binada vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar sökülərək binanın tarixi formasına qaytarılması işləri yerinə yetirilib.

Dövlətimizin başçısı, birinci vitse-prezident və ailə üzvləri Yaradıcılıq Mərkəzindəki ekspozisiya salonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində açılan “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar.

Sərgidə ulu öndər Heydər Əliyevin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Eləcə də sərgidə ümummilli liderin vaxtilə Qarabağa səfərlərinə, burada keçirdiyi görüşlərə, müxtəlif tədbirlərə aid fotolar yer alıb.
Ümummilli lider Heydər Əliyev qədim Qarabağın tarixini, mədəniyyətini, incəsənətini mükəmməl bilir, böyük diqqət və qayğı göstərərək onun inkişafına çalışırdı. 1969-cu ildən etibarən Qarabağın və Şərqi Zəngəzurun tarixində böyük dönüş dövrü başladı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev mürəkkəb tarixi şəraitdə bölgə həyatının bütün sahələrində geniş islahatlar aparmağa nail oldu. 1979-cu il yanvarın 12-də Ümummilli Liderin iştirakı ilə “Ağdam–Xankəndi” dəmiryolunun açılışı oldu. Bu, ulu öndər Heydər Əliyevin Qarabağın Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər qazanmaqla bir daha sübuta yetirdi.

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Şuşada təşkil edilən Gül Festivalı ilə də tanış olublar.

Qeyd edək ki, festivalın keçirildiyi ərazidə müxtəlif növ güllərdən maraqlı kompozisiyalar qurulub, eləcə də ayrı-ayrı növlərdən olan güllərin sərgisi təşkil edilib.

Ziyarətçilər, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının qonaqları mayın 12-dək Gül Festivalındakı sərgi və təqdimatlarla tanış ola biləcəklər.

Continue Reading

Previous: İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər
Next: Məşhur aparıcı “Fox News”a müharibə elan etmək niyyətindədir: İlon Maskla iş quracaq?

Bölmənin digər xəbərləri

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana göndəriləcək taxılın həcmi açıqlanıb
  • Cəmiyyət

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana göndəriləcək taxılın həcmi açıqlanıb

4 Fevral, 2026
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı
  • Cəmiyyət

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

4 Fevral, 2026
Azərbaycanla Ermənistan iqtisadi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib
  • Cəmiyyət

Azərbaycanla Ermənistan iqtisadi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

4 Fevral, 2026

Top 7 Xəbər

Qazaxıstanla Pakistan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb 1

Qazaxıstanla Pakistan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb

4 Fevral, 2026
Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana göndəriləcək taxılın həcmi açıqlanıb 2

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana göndəriləcək taxılın həcmi açıqlanıb

4 Fevral, 2026
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı 3

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

4 Fevral, 2026
10-cu sinif şagirdi məktəbin pəncərəsindən yıxıldı 4

10-cu sinif şagirdi məktəbin pəncərəsindən yıxıldı

4 Fevral, 2026
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb 5

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb

4 Fevral, 2026
Bu gecə Bakıya qar yağacaq, yollar buz bağlayacaq 6

Bu gecə Bakıya qar yağacaq, yollar buz bağlayacaq

4 Fevral, 2026
Rüşvət almaqda ittiham olunan sabiq hakim barədə qərar verilib 7

Rüşvət almaqda ittiham olunan sabiq hakim barədə qərar verilib

4 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 831)
  • Dünya (3. 167)
  • Gündəm (11. 033)
  • İdman (613)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (458)
  • Kriminal (1. 328)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8831) Dünya (3167) Gündəm (11033) Kateqoriyasızlar (458) Kriminal (1328) Mədəniyyət (333) Siyasət (2932) Texnologiya (14) İdman (613) İqtisadiyyat (567)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Qazaxıstanla Pakistan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb 4 Fevral, 2026
  • Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana göndəriləcək taxılın həcmi açıqlanıb 4 Fevral, 2026
  • Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı 4 Fevral, 2026
  • 10-cu sinif şagirdi məktəbin pəncərəsindən yıxıldı 4 Fevral, 2026
  • Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb 4 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.