Skip to content
22 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 115)
  • Dünya (3. 271)
  • Gündəm (11. 449)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 354)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

“Müstəqilliyə gedən yol məhz Naxçıvandan başlamışdır” – Prezident

Baxmayaq ki, siyasi fəaliyyətdən kənarda qalıb, amma Ulu Öndər hər zaman Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir
Cavidan 10 May, 2023

Baxmayaq ki, siyasi fəaliyyətdən kənarda qalıb, amma Ulu Öndər hər zaman Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir döyünürdü və xalqımız üçün ağır günlərdə 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz o çatdırmışdır. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz haqq səsini ucaltmış, Sovet hökumətinin – Sovet İttifaqı rəhbərliyinin o qanlı əməlini pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində Ümumilli Lider Heydər Əliyevin 100-cü ildönümündə xalqa təbrik müraciətində deyib.

Ölkə rəhbəri bildirib ki, 21 yanvar günü həm də qürurverici bir gün idi: “Mən onun yanında idim, o günü yaxşı xatırlayıram. Həm faciəvi gün idi, eyni zamanda qürurverici bir gün idi. Moskvada yaşamış azərbaycanlılar daimi nümayəndəliyin önünə toplaşmışdılar və Heydər Əliyev binaya yaxınlaşanda, sanki, bir canlı dəhliz açılmış və baxmayaraq ki, O bütün vəzifələrdən çıxarılmışdı, ona qarşı Azərbaycanda o vaxtkı rəhbərlik tərəfindən çirkin kampaniya aparılırdı, Sovet mətbuatında da çirkin kampaniya aparılırdı, ancaq Azərbaycan xalqının qəlbində O daim böyük Lider kimi yaşayır.

Bu tarixi çıxışdan sonra, çünki Sovet İttifaqının dağılmasına hələ 2 ilə yaxın bir vaxt var idi, heç kimi ağlına gələ bilməzdi ki, Sovet İttifaqı iki ildən sonra dağılacaq, yəni bu bəyanat böyük cəsarət, əsl vətənpərvərlik tələb edirdi. Təbii ki, bu bəyanatdan sonra Sovet İttifaqının repressiv maşını Heydər Əliyevə qarşı geniş hücuma keçmişdir və onun Moskvada qaması artıq mümkün deyildi.

O, bir neçə aydan sonra 1990-cı ilin iyul ayında Moskvadan Bakıya gəlmiş, ancaq o vaxtkı Azərbaycan rəhbərliyi bunu da ona çox görmüşdür. Onun faktoru, güclü Lider olması, görünür ki, onları yaman narahat edirdi və O, faktiki olaraq ona edilən təzyiqlər nəticəsində doğulduğu şəhərə – Naxçıvana getmiş və orada yaşamağa başlamışdı”.

İlham Əliyev qeyd edib ki, müstəqilliyə gedən yol da məhz Naxçıvandan başlamışdır: “Naxçıvanın da ağır günləri davam edirdi. Naxçıvan blokadada idi və Naxçıvanın ümumiyyətcə gələcəkdə yaşaması ilə bağlı çox böyük təhlükələr var idi. Ermənilər necə ki, Qarabağı ələ keçirməyi planlaşdırırdılarsa, eləcə də Naxçıvanı da ələ keçirməyə çalışırdılar. Naxçıvanıv işğal etmək, onların planlarının tərkib hissəsi idi. Heydər Əliyev Naxçıvanı işğaldan qorudu, erməni düşmənlər yerinə otuzduruldu və Naxçıvan çətin də olsa, blokada şəraitində də olsa yaşayırdı, əyilmədi, sınmadı, ayaqda qaldı.

Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti var idi. Xalq məhz onu özünə rəhbər seçdi. Bu, demokratiyanın əsl təntənəsi idi. Azərbaycan hakimiyyəti həm kommunist, həm “demokrat” hakimiyyəti hər vəchlə çalışırdı ki, Heydər Əliyev Naxçıvandan uzaqlaşdırılsın. Naxçıvan demək olar ki, blokadada olurdu, onlar isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər, sanki, istəyirdilər ki, Naxçıvan da işğala düşsün. Ancaq xalq buna imkan vermədi, öz Lideri ətrafında sıx birləşmişdi. Bir də demək istəyirəm ki, məhz Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan erməni işğalına məruz qalmadı. Müstəqilliyə gedən yol da məhz Naxçıvandan başlamışdır.

Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edilmişdir. Naxçıvan MSSR adından Sovet Sosialist sözləri çıxarılmışdır. Sovet İttifaqının və sonra Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarılmışdır. Heydər Əliyev uzun illər ərzində xidmət etdiyi Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmışdır və faktiki olaraq müstəqilliyə gedən yol Naxçıvandan başlamışdır”.

Continue Reading

Previous: İlham Əliyev: “Ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir”
Next: Prezident və birinci xanım Şuşada bir sıra tədbirlərdə iştirak ediblər

Bölmənin digər xəbərləri

Azərbaycanda universitet 345 işçi axtarır – Vakansiya SİYAHISI
  • Cəmiyyət

Azərbaycanda universitet 345 işçi axtarır – Vakansiya SİYAHISI

20 Mart, 2026
Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
  • Cəmiyyət

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

20 Mart, 2026
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib
  • Cəmiyyət

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

20 Mart, 2026

Top 7 Xəbər

Quterreş Novruz təbrikində sülhsevər və dayanıqlı gələcək arzulayıb 1

Quterreş Novruz təbrikində sülhsevər və dayanıqlı gələcək arzulayıb

21 Mart, 2026
Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşması üçün İranla danışıqlar aparır 2

Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşması üçün İranla danışıqlar aparır

21 Mart, 2026
Bu gün Beynəlxalq Novruz günüdür 3

Bu gün Beynəlxalq Novruz günüdür

21 Mart, 2026
Azərbaycanda universitet 345 işçi axtarır – Vakansiya SİYAHISI 4

Azərbaycanda universitet 345 işçi axtarır – Vakansiya SİYAHISI

20 Mart, 2026
Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər 5

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

20 Mart, 2026
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib 6

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

20 Mart, 2026
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 7

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

20 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 115)
  • Dünya (3. 271)
  • Gündəm (11. 449)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 354)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9115) Dünya (3271) Gündəm (11449) Kateqoriyasızlar (474) Kriminal (1354) Mədəniyyət (341) Siyasət (2970) Texnologiya (14) İdman (638) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Quterreş Novruz təbrikində sülhsevər və dayanıqlı gələcək arzulayıb 21 Mart, 2026
  • Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşması üçün İranla danışıqlar aparır 21 Mart, 2026
  • Bu gün Beynəlxalq Novruz günüdür 21 Mart, 2026
  • Azərbaycanda universitet 345 işçi axtarır – Vakansiya SİYAHISI 20 Mart, 2026
  • Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər 20 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.