Skip to content
9 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 402)
  • Dünya (3. 356)
  • Gündəm (11. 733)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (493)
  • Kriminal (1. 384)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 989)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışı oldu

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışını edib. “Azərişıq”
Cavidan 9 May, 2023

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışını edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzində (EŞİTM) müxtəlif gücdə transformatorlar, 35 kV-luq yeni yarımstansiya inşa olunub, müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi, avtomatika sistemləri və 0,4 kV şəbəkələrini də əhatə edən SCADA dispetçer idarəetmə sistemi quraşdırılıb.

Mərkəzin ərazisində elektromobillərin enerji ilə doldurulmaları üçün müvafiq qurğular yerləşdirilib. Burada, həmçinin günəş enerjisi ilə çalışan panellər quraşdırılıb. Həmin panellər vasitəsilə əldə olunan enerjinin bir hissəsi yarımstansiyada qəza hallarında daxili tələbatın ödənilməsi və elektromobil enerji doldurma cihazları üçün istifadə olunur. Qalan enerji isə avtomatik rejimdə şəbəkəyə ötürülür.

Şuşa şəhərinin ənənəvi elektrik təchizat şəbəkəsi rəqəmsal xəritə sisteminə köçürülərək planlama və ölçüləmə işlərinin aparılması təmin ediləcək. Şəhərin estetik görünüşünə xələl gətirən əvvəlki 48 Komplekt Transformator Məntəqəsi (KTM) əvəzinə müasir güc kabelləri ilə 35/0,4 kV-luq 9 transformator yarımstansiyası vasitəsilə dairəvi təchizat sxeminin qurulması həyata keçirilməkdədir. Bütün bunların nəticəsində kənar fiziki müdaxilələr və ətraf mühitin təsiri aradan qaldırılmış olur, ekoloji tələblər yerinə yetirilir, meşə zolaqları və canlı orqanizmlərin yanğın təhlükəsizliyi ilə bağlı risklər aradan qaldırılır. Bundan başqa, enerji itkiləri 3-3,5 faizədək azaldılır, işçi qüvvəsi, mal-material və istismar xərclərinə 60 faizədək qənaət olunur, enerji təchizatının keyfiyyət parametrləri yaxşılaşdırılır, texniki təhlükəsizlik qaydaları tam təmin edilir.

Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi yeni yaradılan dairəvi təchizat sxeminin tərkib hissəsi kimi layihələndirilib, Nöqtə Buludu texnologiyasından istifadə edilməklə ərazinin virtual xəritəsi hazırlanıb, əraziyə getmədən sahədə ölçmə və layihələndirmə işlərinin yerinə yetirilməsi, görüləcək işlərin əvvəlcədən planlaşdırılaraq vaxta qənaət edilməsi, həyata keçirilən işlərin monitorinqinin və qiymətləndirilməsinin aparılması təmin olunacaq. Bundan əlavə, Şuşa şəhərinin və Mərkəzin Virtual Tur modeli hazırlanıb ki, bununla da cihaz və avadanlıqların, habelə şəbəkə aktivlərinin məsafədən əyani şəkildə təlim-tədrisinin təşkili mümkün olacaq.

Bildirildi ki, beynəlxalq təcrübədə istifadəsi və iqtisadi-texnoloji üstünlükləri nəzərə alınaraq Şuşa şəhərinin Rəqəmsal Əkiz modeli hazırlanıb, bu da EŞİTM-in təsnifat modelinə daxildir. Belə ki, burada quraşdırılan xüsusi monitorlar vasitəsilə Rəqəmsal İdarəetmə Mərkəzinin, rəqəmsal yarımstansiyanın, 3D mobil xəritə və Rəqəmsal Əkiz modelin, Kompozit dayaqların, optik lifli güc kabelləri ilə qurulan 35/0,4 kV şəbəkə modelinin, Yeni Yaşma Külək Enerji Stansiyasının, mikro-fotovoltaik stansiyaların, elektron xidmətlərin, SCADA sisteminin, bərpaolunan enerji mənbələrinin, qabaqcıl ölçmə infrastrukturun, Şəbəkələrin Dron Monitorinq Sisteminin, müasir 0,4 kV-luq Dispetçer və Smart Sayğac oxuma sistemlərinin interaktiv rejimdə izlənməsinə imkan yaranacaq.

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzini işə saldı.

Mərkəzdə təhlükəsizliyin təmin edilməsi və qəzaların aradan qaldırılması məqsədilə qapalı paylayıcı quruluşla digər yarımstansiyalar arasında əlaqələr, eləcə də yarımstansiyadan çıxan elektrik verilişi xətləri yeraltı kabellər vasitəsilə həyata keçirilir.

Burada növbətçi heyət üçün lazımi iş şəraiti, müvafiq xidmət otaqları yaradılıb, ərazidə geniş abadlıq işləri görülüb.

Continue Reading

Previous: Türkiyə PKK-nın PUA istehsalçısını MƏHV ETDİ
Next: SON DƏQİQƏ! Dünyanın gözü Qırmızı Meydanda – Putindən İLK MESAJ

Bölmənin digər xəbərləri

Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib
  • Cəmiyyət

Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib

9 May, 2026
9 May – faşizm üzərində Qələbə Günü qeyd olunur
  • Gündəm

9 May – faşizm üzərində Qələbə Günü qeyd olunur

9 May, 2026
Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub
  • Cəmiyyət

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

8 May, 2026

Top 7 Xəbər

İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər 1

İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

9 May, 2026
Cəlilabadda yeniyetmələr arasında dava bıçaqlanma ilə nəticələnib 2

Cəlilabadda yeniyetmələr arasında dava bıçaqlanma ilə nəticələnib

9 May, 2026
Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib 3

Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib

9 May, 2026
9 May – faşizm üzərində Qələbə Günü qeyd olunur 4

9 May – faşizm üzərində Qələbə Günü qeyd olunur

9 May, 2026
ABŞ-ın ötən gecə İran gəmisini atəşə tutması nəticəsində 1 dənizçi ölüb, daha 10-u yaralanıb 5

ABŞ-ın ötən gecə İran gəmisini atəşə tutması nəticəsində 1 dənizçi ölüb, daha 10-u yaralanıb

8 May, 2026
Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub 6

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

8 May, 2026
Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib 7

Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib

8 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 402)
  • Dünya (3. 356)
  • Gündəm (11. 733)
  • İdman (650)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (493)
  • Kriminal (1. 384)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 989)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9402) Dünya (3356) Gündəm (11733) Kateqoriyasızlar (493) Kriminal (1384) Mədəniyyət (348) Siyasət (2989) Texnologiya (14) İdman (650) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər 9 May, 2026
  • Cəlilabadda yeniyetmələr arasında dava bıçaqlanma ilə nəticələnib 9 May, 2026
  • Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib 9 May, 2026
  • 9 May – faşizm üzərində Qələbə Günü qeyd olunur 9 May, 2026
  • ABŞ-ın ötən gecə İran gəmisini atəşə tutması nəticəsində 1 dənizçi ölüb, daha 10-u yaralanıb 8 May, 2026
© Addim.az | MoreNews by AF themes.