Skip to content
10 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Spikerdən İran parlamentinə ÇAĞIRIŞ
  • Gündəm
  • Siyasət

Spikerdən İran parlamentinə ÇAĞIRIŞ

“Aprelin 5-də İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunub, saxta və uydurma ittihamlar üzərində qurulan bəyanat
Cavidan 7 Aprel, 2023
1680851433_1676638250_1671792012_1669725453_d385f914-c165-3572-bc8c-c132aa03cc5a_850 (1)

“Aprelin 5-də İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunub, saxta və uydurma ittihamlar üzərində qurulan bəyanat qəbul edilib”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

“Təəssüf ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, xalqımızın əsrlər boyu yaratdığı sərvətləri vəhşicəsinə talan edən Ermənistana bir dəfə də etiraz etməyən, hətta ona müxtəlif vasitələrlə dəstək verən İran bu gün Azərbaycanın İsraildə səfirliyinin açılmasından narahat olur”, – deyə MM sədri bildirib.

Sədrin sözlərinə görə, hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və hansı ölkə ilə necə münasibətlər qurması onun öz daxili işidir: “Azərbaycanın suverən hüquqlarına qarışmağa heç kəsin ixtiyarı yoxdur. Biz İran parlamenti tərəfindən ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edirik. İran parlamentini Azərbaycana qarşı bu cür təxribatlara son qoymağa və ikitərəfli münasibətlərə xələl gətirə bilən hərəkətlərdən çəkinməyə çağırırıq”.

S.Qafarova əlavə edib ki, bu gün bəzi müəyyən qüvvələr Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi, tarixi ədalətin bərpa olunması ilə heç cür barışa bilmirlər: “Onlar ölkəmizə böhtanlar atır, bölgədə münaqişənin yenidən alovlandırmağa, Ermənistanla Azərbaycan arasında uzun müddətli sülh yaratmaq səylərini pozmağa çalışırlar”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Prezidentdən Tarif Şurası ilə bağlı FƏRMAN
Next: “Azneft” dairəsində təmir işləri aparılacaq – Yol bağlanacaq

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-09 130359
  • Cəmiyyət

Sabah 37 dərəcə isti olacaq

Cavidan 9 İyul, 2026
Screenshot 2026-07-09 122615
  • Gündəm

Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib

Cavidan 9 İyul, 2026
Screenshot 2026-07-09 111520
  • Gündəm

Bağçalara sənəd qəbulu başlayır – valideynlər nəyi bilməlidir? 

Cavidan 9 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 712)
  • Dünya (3. 449)
  • Gündəm (11. 939)
  • İdman (673)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 010)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib Screenshot 2026-07-09 143400 1
  • Cəmiyyət

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

9 İyul, 2026
Sabah 37 dərəcə isti olacaq Screenshot 2026-07-09 130359 2
  • Cəmiyyət

Sabah 37 dərəcə isti olacaq

9 İyul, 2026
Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib Screenshot 2026-07-09 122615 3
  • Gündəm

Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib

9 İyul, 2026
“Qoyun-quzunu limuzində daşımalıdırlar?!” – Rəsmi cavab Screenshot 2026-07-09 092105 4
  • Cəmiyyət

“Qoyun-quzunu limuzində daşımalıdırlar?!” – Rəsmi cavab

9 İyul, 2026
Bağçalara sənəd qəbulu başlayır – valideynlər nəyi bilməlidir?  Screenshot 2026-07-09 111520 5
  • Gündəm

Bağçalara sənəd qəbulu başlayır – valideynlər nəyi bilməlidir? 

9 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9712) Dünya (3449) Gündəm (11939) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3010) Texnologiya (15) İdman (673) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.