Skip to content
10 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Əliyevin Tacikistan səfəri: İran kontekstinə reaksiya, Çin strategiyası ilə tutuşdurma – TƏHLİL
  • Gündəm
  • Siyasət

Əliyevin Tacikistan səfəri: İran kontekstinə reaksiya, Çin strategiyası ilə tutuşdurma – TƏHLİL

Prezident İlham Əliyev aprelin 5-də Tacikistana gedərək bu ölkənin başçısı Emoməli Rəhmonla görüşdü, müzakirələrin nəticələri olaraq iki dövlət
Cavidan 6 Aprel, 2023
FotoJet

Prezident İlham Əliyev aprelin 5-də Tacikistana gedərək bu ölkənin başçısı Emoməli Rəhmonla görüşdü, müzakirələrin nəticələri olaraq iki dövlət arasında bir neçə sənəd imzalandı.

Azərbaycan və Tacikistan prezidentlərinin görüşü Bakının Mərkəzi Asiya üzrə diplomatiyasını və öz tərəfdaşlarını diversifikasiya etmək cəhdini vurğulayır.

Nəzərdə saxlamaq lazımdır ki, Tacikistan Mərkəzi Asiyada strateji mövqeyinə görə beynəlxalq münasibətlər sistemi üçün mühüm geosiyasi və geostrateji əhəmiyyətə malikdir.

Tacikistan Mərkəzi Asiya ölkələri içərisində türk dövləti olmayan, İranla ortaq fars dilini, mədəniyyətini bölüşən yeganə ölkədir.

Tacikistandan savayı Mərkəzi Asiya dövlətləri İranın hegemonluğundan narahat olur, İranın ideoloji impulslarına meyil etmirlər.

Ona görə də Tacikistan bazarlarındakı və müdafiə sənayesindəki iştirakını gücləndirən İran bu ərazidən Mərkəzi Asiyada ambisiyalarını təmin etmək üçün tramplin kimi istifadə etməkdə maraqlıdır.

Tehranın bu ambisiyaları Türk Dövlətləri Təşkilatının Mərkəzi Asiya zolağında narahatlıqlar yaradır.

Ona görə də Azərbaycan beynəlxalq platformalarda, regional çərçivələrdə Tacikistanın İrana siyasi dəstək göstərməməsində maraqlıdır.

İkinci bir istiqamət – İranla yanaşı, Rusiya, Qərb, Çin və Türkiyənin Mərkəzi Asiyada güclü və davamlı nüfuz dairəsi yaratmaq üçün çalışmalarıdır.

Maksimal şəkildə bu regionun bütün dövlətlərini eyni çətir altında birləşdirmək qlobal prioritetdir.

İlham Əliyevin Düşənbə səfəri zamanı Emoməli Rəhmonla danışıqlarının əsas strateji yükü həmin məzmunları ehtiva edə bilər.

Təqribi sxemi belə tərtib edə bilərik ki, Azərbaycan İranla olan gərginliyinin perspektivində Tacikistanın yerini, maraqlarının Mərkəzi Asiyaya uzanan hissəsini, TDT çərçivəsindəki hədəflərini əlaqələndirir.

Azərbaycanla Türkiyə Mərkəzi Asiyada Qərblə Rusiyanın didişən maraqlarının ucunda dayanan tərəf olmaqdan yayınırlar. Eyni zamanda, cədvəli elə hazırlayırlar ki, İran prosesdə önə çıxmasın, çünki Tehranın regionda mövcudluğunu genişləndirməsi TDT üçün problemlər yarada bilər.

Bu fazada Bakı-Ankara strateji müttəfiqliyinin gizli əməkdaşlıq edə biləcəyi ən sərfəli oyunçu Çindir.

Çinin Tacikistanda geniş praktiki təsirləri mövcuddur və bunu maliyyə-borc vasitələri ilə bərkidir.

Bu mənada Pekinin strategiyası Azərbaycan və Türkiyə üçün həlledici fürsətləri təmsil edə bilər. 

Əliyevlə Rəhmonun müzakirələrinin iqtisadi hissələri də Çinin Mərkəzi Asiyadakı nüfuz dairəsinə zidd yox, ona uyğun xarakterdədir.

Ümumilikdə Əliyevin Tacikistana səfəri ikitərəfli əlaqələrin regional maraqlar kontekstində inteqrasiya edilməsində yardımçı olacaq.

Lakin Tacikistanın inkişaf cəhətdən zəif qalması, Çindən asılılıq dərəcəsi, onun Rusiyanın miras buraxdığı ərazi münaqişələrindən əziyyət çəkməsi proseslərdəki roluna mənfi təsir edəcək.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Şimşək çaxacaq, dolu düşəcək – SABAHIN HAVASI
Next: İranın Azərbaycandakı səfirliyinin dörd əməkdaşı arzuolunmaz şəxs elan edildi – RƏSMİ

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-10 151047
  • Gündəm

Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir – RƏSMİ

Cavidan 10 İyul, 2026
Screenshot 2026-07-10 122525
  • Cəmiyyət

Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir

Cavidan 10 İyul, 2026
Screenshot 2026-07-09 130359
  • Cəmiyyət

Sabah 37 dərəcə isti olacaq

Cavidan 9 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 716)
  • Dünya (3. 451)
  • Gündəm (11. 941)
  • İdman (673)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (521)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 010)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir – RƏSMİ Screenshot 2026-07-10 151047 1
  • Gündəm

Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir – RƏSMİ

10 İyul, 2026
Kəlbəcərdə mina partlayışı olub Screenshot 2026-07-10 143436 2
  • Kateqoriyasızlar

Kəlbəcərdə mina partlayışı olub

10 İyul, 2026
Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq Screenshot 2026-07-10 131653 3
  • Cəmiyyət

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

10 İyul, 2026
Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı? Screenshot 2026-07-10 125003 4
  • Dünya

Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?

10 İyul, 2026
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir Screenshot 2026-07-10 122525 5
  • Cəmiyyət

Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir

10 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9716) Dünya (3451) Gündəm (11941) Kateqoriyasızlar (521) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3010) Texnologiya (15) İdman (673) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.