Skip to content
9 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 459)
  • Dünya (3. 045)
  • Gündəm (10. 581)
  • İdman (592)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Əliyevin Tacikistan səfəri: İran kontekstinə reaksiya, Çin strategiyası ilə tutuşdurma – TƏHLİL

Prezident İlham Əliyev aprelin 5-də Tacikistana gedərək bu ölkənin başçısı Emoməli Rəhmonla görüşdü, müzakirələrin nəticələri olaraq iki dövlət
Cavidan 6 Aprel, 2023

Prezident İlham Əliyev aprelin 5-də Tacikistana gedərək bu ölkənin başçısı Emoməli Rəhmonla görüşdü, müzakirələrin nəticələri olaraq iki dövlət arasında bir neçə sənəd imzalandı.

Azərbaycan və Tacikistan prezidentlərinin görüşü Bakının Mərkəzi Asiya üzrə diplomatiyasını və öz tərəfdaşlarını diversifikasiya etmək cəhdini vurğulayır.

Nəzərdə saxlamaq lazımdır ki, Tacikistan Mərkəzi Asiyada strateji mövqeyinə görə beynəlxalq münasibətlər sistemi üçün mühüm geosiyasi və geostrateji əhəmiyyətə malikdir.

Tacikistan Mərkəzi Asiya ölkələri içərisində türk dövləti olmayan, İranla ortaq fars dilini, mədəniyyətini bölüşən yeganə ölkədir.

Tacikistandan savayı Mərkəzi Asiya dövlətləri İranın hegemonluğundan narahat olur, İranın ideoloji impulslarına meyil etmirlər.

Ona görə də Tacikistan bazarlarındakı və müdafiə sənayesindəki iştirakını gücləndirən İran bu ərazidən Mərkəzi Asiyada ambisiyalarını təmin etmək üçün tramplin kimi istifadə etməkdə maraqlıdır.

Tehranın bu ambisiyaları Türk Dövlətləri Təşkilatının Mərkəzi Asiya zolağında narahatlıqlar yaradır.

Ona görə də Azərbaycan beynəlxalq platformalarda, regional çərçivələrdə Tacikistanın İrana siyasi dəstək göstərməməsində maraqlıdır.

İkinci bir istiqamət – İranla yanaşı, Rusiya, Qərb, Çin və Türkiyənin Mərkəzi Asiyada güclü və davamlı nüfuz dairəsi yaratmaq üçün çalışmalarıdır.

Maksimal şəkildə bu regionun bütün dövlətlərini eyni çətir altında birləşdirmək qlobal prioritetdir.

İlham Əliyevin Düşənbə səfəri zamanı Emoməli Rəhmonla danışıqlarının əsas strateji yükü həmin məzmunları ehtiva edə bilər.

Təqribi sxemi belə tərtib edə bilərik ki, Azərbaycan İranla olan gərginliyinin perspektivində Tacikistanın yerini, maraqlarının Mərkəzi Asiyaya uzanan hissəsini, TDT çərçivəsindəki hədəflərini əlaqələndirir.

Azərbaycanla Türkiyə Mərkəzi Asiyada Qərblə Rusiyanın didişən maraqlarının ucunda dayanan tərəf olmaqdan yayınırlar. Eyni zamanda, cədvəli elə hazırlayırlar ki, İran prosesdə önə çıxmasın, çünki Tehranın regionda mövcudluğunu genişləndirməsi TDT üçün problemlər yarada bilər.

Bu fazada Bakı-Ankara strateji müttəfiqliyinin gizli əməkdaşlıq edə biləcəyi ən sərfəli oyunçu Çindir.

Çinin Tacikistanda geniş praktiki təsirləri mövcuddur və bunu maliyyə-borc vasitələri ilə bərkidir.

Bu mənada Pekinin strategiyası Azərbaycan və Türkiyə üçün həlledici fürsətləri təmsil edə bilər. 

Əliyevlə Rəhmonun müzakirələrinin iqtisadi hissələri də Çinin Mərkəzi Asiyadakı nüfuz dairəsinə zidd yox, ona uyğun xarakterdədir.

Ümumilikdə Əliyevin Tacikistana səfəri ikitərəfli əlaqələrin regional maraqlar kontekstində inteqrasiya edilməsində yardımçı olacaq.

Lakin Tacikistanın inkişaf cəhətdən zəif qalması, Çindən asılılıq dərəcəsi, onun Rusiyanın miras buraxdığı ərazi münaqişələrindən əziyyət çəkməsi proseslərdəki roluna mənfi təsir edəcək.

Continue Reading

Previous: Emoməli Rəhmon İlham Əliyevi yola saldı – Fotolar
Next: İranın Azərbaycandakı səfirliyinin dörd əməkdaşı arzuolunmaz şəxs elan edildi – RƏSMİ

Bölmənin digər xəbərləri

Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib
  • Cəmiyyət

Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib

9 Dekabr, 2025
İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı “Qurban olum Azərbaycan” mahnısı ifa edilib
  • Gündəm

İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı “Qurban olum Azərbaycan” mahnısı ifa edilib

9 Dekabr, 2025
Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə etimad göstərib
  • Cəmiyyət

Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə etimad göstərib

9 Dekabr, 2025

Top 7 Xəbər

Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib 1

Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib

9 Dekabr, 2025
İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı “Qurban olum Azərbaycan” mahnısı ifa edilib 2

İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı “Qurban olum Azərbaycan” mahnısı ifa edilib

9 Dekabr, 2025
Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə etimad göstərib 3

Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə etimad göstərib

9 Dekabr, 2025
Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək 4

Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək

9 Dekabr, 2025
Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb 5

Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb

9 Dekabr, 2025
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək 6

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək

9 Dekabr, 2025
Növbəti üç gündə leysan yağacaq – XƏBƏRDARLIQ 7

Növbəti üç gündə leysan yağacaq – XƏBƏRDARLIQ

9 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 459)
  • Dünya (3. 045)
  • Gündəm (10. 581)
  • İdman (592)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8459) Dünya (3045) Gündəm (10581) Kateqoriyasızlar (436) Kriminal (1292) Mədəniyyət (322) Siyasət (2908) Texnologiya (14) İdman (592) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib 9 Dekabr, 2025
  • İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı “Qurban olum Azərbaycan” mahnısı ifa edilib 9 Dekabr, 2025
  • Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə etimad göstərib 9 Dekabr, 2025
  • Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək 9 Dekabr, 2025
  • Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb 9 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.