Skip to content
22 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 722)
  • Dünya (3. 133)
  • Gündəm (10. 896)
  • İdman (607)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 315)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 925)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

İlham Əliyev və xanımı İsmayıllıya səfər etdi – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də İsmayıllı rayonunda səfərdə olublar. Dövlətimizin başçısı
Cavidan 1 Noyabr, 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də İsmayıllı rayonunda səfərdə olublar.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonda görülən abadlıq-quruculuq işləri barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, bu il İsmayıllı şəhərinin Babək küçəsində ideya və üslub baxımından fərqli abadlıq işlərinə start verilib. Şəhərin Heydər Əliyev Parkına aparan, uzunluğu 400 metrə yaxın olan küçəsindəki abadlıq işləri rayonun gənc rəssamlarının birgə ideyaları əsasında həyata keçirilib. Küçədə yerləşən həyətyanı sahələrin hasarları müəyyən hündürlüyə çatdırılıb, divar üzlükləri təmir olunub, hasar damlarına keramik rəngli dəmir örtük vurulub. Ümumi görünüşə rəng qatmaq üçün darvazalar əlvan rənglərlə boyanıb, divarların fasadında dekorativ pəncərələr, skamyalar və gül dibçəkləri yerləşdirilib. Yolboyu divarlar küçə rəssamlıq sənət nümunələri ilə bəzədilib. Xüsusi memarlıq görünüşünü özündə ehtiva edən abadlıq işləri həm rayon sakinlərinin, həm də İsmayıllıya gələn qonaqların marağına səbəb olub.

Qeyd edək ki, Azərbaycanda biosmart avtobus dayanacağı ilk dəfə İsmayıllıda ötən il quraşdırılıb. Onun əsas üstünlüyü pulsuz vayfayı, təhlükəsizlik kamerası, dezinfeksiya duşu, mini barı, enerji doldurma portu, USB girişinin olmasıdır. Dayanacaq Günəş enerjisi ilə işləyir və 8 oturacağı var. Bu il daha bir dayanacaq quraşdırılıb. Onu digərindən fərqləndirən cəhət sensor qapılarının və kondisionerinin olmasıdır.

Şəhərdə aparılan abadlıq-quruculuq işləri Heydər Əliyev Parkını da əhatə edib. Parkda attraksionlar, yeni trenajorlar quraşdırılıb. Bununla yanaşı, yenidənqurma işləri çərçivəsində parkda yeni bəzək gül kolları və ağaclar əkilib, oturacaqlar yenilənib, işıq sistemi dəyişdirilib. Bu il şəhərin bir neçə küçəsinin asfaltlanması başa çatdırılıb.


Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıya səfər çərçivəsində Lahıc qəsəbəsində olublar.

Dövlət başçısı və birinci xanım qəsəbəni gəzib, sakinlərlə söhbət ediblər.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olublar.

Qeyd edək ki, 2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində səfərdə olarkən sakinlər Bədöyün məscidinin təmiri ilə bağlı müraciət etmişdilər. Birinci vitse-prezident məsciddəki vəziyyətlə tanış olmuş və burada əsaslı təmir işlərinin aparılması barədə tapşırıq vermişdi.

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov məlumat verdi ki, ötən müddət ərzində 1791-ci ildə inşa edilən Bədöyün məscidində və ətraf ərazilərdə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa-təmir işləri aparılıb. Görülən işlər nəticəsində məscid orijinal formasına uyğun bərpa edilib. Məscidin minarəsi yenidən qurulub, dəstəmazxana inşa olunub. Məscidin qadınlar üçün nəzərdə tutulan hücrə və şəbəkələri əvvəlki görünüşünə qaytarılıb.

Qeyd edək ki, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəni və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihələr çərçivəsində bölgələrdəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir.

Onu da deyək ki, Lahıcda aparılan yenidənqurma işləri çərçivəsində qəsəbədə küçə döşəmələri, bulaqlar və eyvanların tarixi görünüşü də bərpa edilir, ərazidə oturacaqlar, tullantı qabları, gül dibçəkləri, tarixi quruluşlu işıq dirəkləri, küçə və abidə adları olan, eyni zamanda, turistik obyektləri göstərən lövhələr quraşdırılır.

Görülən işlər turistlərin Lahıca olan marağını daha da artırıb. Hər il bura gələn turistlərin sayında artım müşahidə edilir. Belə ki, 2019-cu ildə Lahıca 89 min nəfər turist gəlib. Onun da 37 minini xarici turistlər təşkil edib. Bu ilin sentyabrına qədər isə artıq Lahıcı 82 min turist ziyarət edib.


Noyabrın 1-də İsmayıllı şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Uşaq və Ailələrə Dəstək mərkəzlərinin yaradılması və inkişafı, yerlərdə icma daxili xidmətlərin və əhali ilə aparılan işlərin səmərəliliyinin artırılması baxımından uğurlu nəticələr verib.

Uşaq və Ailələrə Dəstək Mərkəzi modeli beynəlxalq təcrübədən öyrənilib və yerli vəziyyətə uyğunlaşdırılaraq Azərbaycanda tətbiq edilməyə başlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində 11 rayonda bu cür mərkəzlər fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyətinin əsas istiqaməti icmada risk qrupundan olan ailələrlə sosial işin aparılmasıdır. Belə ki, mərkəzlərin fəaliyyəti uşaqların internat müəssisələrinə düşməsinin, təhsildən yayınmasının, erkən nikah, məişət zorakılığı hallarının qarşısının alınmasından, yeniyetmələrin və uşaqların təhlükəli yaş dövründə problemlərinin araşdırılaraq, onlarla psixoloji işin aparılması, uşaq və yeniyetmələr üçün asudə vaxtın təşkili və digər sosial problemlərlə bağlı qabaqlayıcı tədbirlərin görülməsi, eləcə də maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir.

Bildirilib ki, indiyədək bu mərkəzə 10 minə yaxın müraciət daxil olub və bu illərdə 39 min İsmayıllı sakini mərkəzin fəaliyyətindən bəhrələnib. Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq, burada aktiv terapiya, psixoloq, loqoped, ünsiyyət terapiyası, fərdi məşğələ, sensor, sosial iş, kompüter, dərnək, təlim, konfrans otaqları, qadınlar üçün məşğələ otağı, su terapiyası üçün hovuz, asudə vaxtın təşkili məqsədilə ana-uşaq klubu üçün zal və digər otaqlar var. Bundan əlavə, yaxın rayonlardan mərkəzin fəaliyyətindən bəhrələnmək istəyən risk qruplu ailələr üçün müvafiq şərait yaradılıb.


Noyabrın 1-də İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Məlumat verilib ki, 1984-cü ildə inşa olunan bu məktəbin binası ötən müddətdə heç vaxt təmir olunmadığından istifadəyə yararsız vəziyyətə düşmüşdü. Ona görə də Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb üçün yeni binanın inşasına başlanıldı. 720 şagird yerlik yeni məktəb binası 5 korpusdan ibarətdir. Məktəbin nəzdində, həmçinin bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulan STEAM Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə şagirdlərə praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqi nümayiş olunacaq. Məktəbdə sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, idman zalları, açıq idman meydançası var. Otaqlar zəruri mebel və avadanlıqla, əyani vəsaitlərlə təchiz edilib.


Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunda başlanğıcını Muğanlı-İsmayıllı yolunun 17-ci kilometrliyindən götürən Basqal-Sulut avtomobil yolunun açılışında iştirak edib.

Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Basqal-Sulut avtomobil yolunun inşası Prezident İlham Əliyevin ötən ilin iyulunda imzaladığı Sərəncama uyğun olaraq aparılıb. İki hərəkət zolaqlı yol dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. Basqal, Qıçatan, Tağlabiyan, Kəlfərəc, Zeyvə, Kürdüvan, Xankəndi, Mücü, Sərsurə, Kələzevə və Sulut kəndlərini birləşdirən avtomobil yolunun uzunluğu 30,1 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Yol üzərində 4 körpü tikilib və zəruri yol infrastrukturu yaradılıb.

Dövlətimizin başçısına İsmayıllı rayonunun Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunda aparılmış işlər barədə də məlumat verilib.

Qeyd edilib ki, uzunluğu 13 kilometr olan bu yol uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii amillərin təsirindən yararsız vəziyyətdə olub. Hazırda isə yol müasir səviyyədə yenidən qurulub. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq inşa edilən yol 4 minə yaxın əhalinin yaşadığı 3 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının, xüsusən də üzümçülüyün inkişafına töhfə verəcək. Dövlətimizin başçısına Muğanlı-İsmayıllı-Qəbələ yolunun tikintisi barədə də məlumat verilib.

Prezident İlham Əliyev Basqal-Sulut avtomobil yolunun açılışını edib.

Continue Reading

Previous: “Türk Şurası yeni qatılan ölkələrlə güclənərkən beynəlxalq status qazanacaq” – Ərdoğan
Next: Mehriban Əliyeva Şamaxıya səfərlə bağlı paylaşımlar edib

Bölmənin digər xəbərləri

Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL
  • Gündəm

Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL

21 Yanvar, 2026
Prezident: “Zayed İnsan Qardaşlığı Mükafatı”nı almaq mənim üçün böyük şərəfdir
  • Gündəm

Prezident: “Zayed İnsan Qardaşlığı Mükafatı”nı almaq mənim üçün böyük şərəfdir

20 Yanvar, 2026
Binəqədi və Masazır qəsəbələrində yeni su anbarları tikiləcək
  • Gündəm

Binəqədi və Masazır qəsəbələrində yeni su anbarları tikiləcək

12 Yanvar, 2026

Top 7 Xəbər

Vurulan Azərbaycan təyyarəsi ilə bağlı hesabat nə vaxt açıqlanacaq? 1

Vurulan Azərbaycan təyyarəsi ilə bağlı hesabat nə vaxt açıqlanacaq?

21 Yanvar, 2026
Tramp: Kanada ABŞ-ın sayəsində mövcuddur 2

Tramp: Kanada ABŞ-ın sayəsində mövcuddur

21 Yanvar, 2026
Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib 3

Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib

21 Yanvar, 2026
ANAMA Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirib 4

ANAMA Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirib

21 Yanvar, 2026
Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL 5

Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL

21 Yanvar, 2026
Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib 6

Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib

21 Yanvar, 2026
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər 7

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər

21 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 722)
  • Dünya (3. 133)
  • Gündəm (10. 896)
  • İdman (607)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 315)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 925)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8722) Dünya (3133) Gündəm (10896) Kateqoriyasızlar (452) Kriminal (1315) Mədəniyyət (328) Siyasət (2925) Texnologiya (14) İdman (607) İqtisadiyyat (559)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Vurulan Azərbaycan təyyarəsi ilə bağlı hesabat nə vaxt açıqlanacaq? 21 Yanvar, 2026
  • Tramp: Kanada ABŞ-ın sayəsində mövcuddur 21 Yanvar, 2026
  • Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib 21 Yanvar, 2026
  • ANAMA Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirib 21 Yanvar, 2026
  • Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL 21 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.