Skip to content
1 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 154)
  • Dünya (3. 288)
  • Gündəm (11. 488)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 362)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Millət vəkilindən AÇIQLAMA: “Bütün deputatlara silah verilə bilər” – FOTO

Ötən gecə Milli Məclisin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında törədilən sui-qəsd cəhdi narahatlığa səbəb olub. Hər kəsi
Cavidan 29 Mart, 2023

Ötən gecə Milli Məclisin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında törədilən sui-qəsd cəhdi narahatlığa səbəb olub.

Hər kəsi düşündürən məsələ odur ki, hədəf yalnız Fazil Mustafa idi, yoxsa digər deputatların da həyatları təhlükədədir? Ümumiyyətlə deputatlara təhlükəsizlik üçün silah verilə bilər?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, Milli Məclis deputatın təhlükəsizliyi qorumalıdır.

Onun sözlərinə görə, hətta deputatın istəyindən asılı olaraq, ona cangüdən təhkim edilə, eləcə də müəyyən dövr üçün silah da verilə bilər:

“Amma bu deputatın öz seçimindən asılıdır, istəyindən asılı olaraq qəbul edə və ya etməyə bilər. İstənilən halda, mən hesab edirəm ki, Milli Məclis daha önəmli qərar qəbul etməlidir. Bütövlükdə qanunsuz silah gəzdirmə, silah saxlama ilə bağlı Cinayət Məcəlləsindəki maddələr, sanksiyalar sərtləşdirilməlidir. Polis də axtarışlarını ciddi şəkildə aparmalıdır. Çünki həm hipermarketə, həm də deputata hücum avtomatla törədilirsə, bu, adi hadisə deyil.

Başa düşə bilmirəm ki, insanlar hansı məqsəd ilə avtomat alıb saxlamalıdır evdə? Bu mənada hesab edirəm ki, biz o silah saxlamaq və gəzdirməyə qarşı sanksiyaları daha da ciddiləşdirməliyik, qanunlar sərtləşdirilməlidir.

Bu ərəfələrdə ayıq-sayıqlığı artırmaq üçün müxtəlif mümkün bütün yollardan istifadə etməliyik”.

Bəs deputatlar silah gəzdirə bilərlər? Bu məsələdə qanun nə deyir?

Belə ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-1. maddəsində deputatın təhlükəsizliyi ilə bağlı belə bir bənd var:

“Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir”.

Continue Reading

Previous: Fazil Mustafa ilk ona zəng etdi: “Məni vurublar, tez gəl…”
Next: Ceyhun Bayramov: “Azərbaycanla İsrail arasında əməkdaşlıq ortaq maraqlara əsaslanır”

Bölmənin digər xəbərləri

Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir
  • Gündəm

Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir

1 Aprel, 2026
“Mehr”: ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib
  • Dünya

“Mehr”: ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib

1 Aprel, 2026
Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO
  • Gündəm

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO

31 Mart, 2026

Top 7 Xəbər

Aprel ayına olan hava proqnozu açıqlanıb 1

Aprel ayına olan hava proqnozu açıqlanıb

1 Aprel, 2026
Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir 2

Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir

1 Aprel, 2026
Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək 3

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

1 Aprel, 2026
“Mehr”: ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib 4

“Mehr”: ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib

1 Aprel, 2026
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək 5

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək

1 Aprel, 2026
Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO 6

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO

31 Mart, 2026
ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib 7

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

31 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 154)
  • Dünya (3. 288)
  • Gündəm (11. 488)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 362)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9154) Dünya (3288) Gündəm (11488) Kateqoriyasızlar (476) Kriminal (1362) Mədəniyyət (342) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (579)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Aprel ayına olan hava proqnozu açıqlanıb 1 Aprel, 2026
  • Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir 1 Aprel, 2026
  • Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək 1 Aprel, 2026
  • “Mehr”: ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib 1 Aprel, 2026
  • Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək 1 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.