Skip to content
11 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 881)
  • Dünya (3. 186)
  • Gündəm (11. 104)
  • İdman (620)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (461)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 940)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

“Biz quruculuq işlərini öz hesabımıza görürük” – İlham Əliyev

“Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün
Cavidan 28 Mart, 2023

“Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur”.

Bunu Dövlət başçısı İlham Əliyev Prezidentin Laçındakı xüsusi nümayəndəsi Məsim Məmmədovu qəbul edərkən deyib.

“Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır. Yəni, bu, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək,- nəzərə alsaq ki, Laçının çox füsunkar təbiəti – meşələri, dağları, çayları var,- bu, bir cənnət məkan olacaqdır. Bax, biz bu işləri görürük və bu, görülən işlərin, sadəcə, bir hissəsidir. Biz azad edilmiş bütün torpaqlarda indi genişmiqyaslı quruculuq işləri aparırıq və bu işləri öz hesabımıza görürük və görəcəyik.

Siz mənim xüsusi nümayəndəm kimi artıq dərhal işə başlamalısınız, bütün bu işlərə rəhbərlik etməlisiniz. İnfrastruktur layihələri, əlbəttə ki, mərkəzi icra orqanları tərəfindən icra edilir. Eyni zamanda, siz Laçın rayonunun gələcək inkişafı ilə bağlı, iş yerlərinin yaradılması ilə bağlı, vətəndaşların rahat yaşaması ilə bağlı konkret əlavə təkliflər verməlisiniz. Çünki biz çalışırıq ki, azad edilmiş bütün rayonlarda işlər paralel surətdə getsin. Ona görə, məsələn, hər rayonda 3-4 kəndin birinci mərhələdə qurulması nəzərdə tutulur, eyni zamanda, əlbəttə ki, şəhərlər də daxil olmaq şərti ilə. Ancaq, məsələn, söhbət Laçın rayonundan gedirsə, Laçın rayonunda birinci mərhələdə qurulacaq bütün kəndlərin adları təsdiqləndi və biz birinci mərhələdə bəzi yerlərdə bir neçə kəndin sakinlərini bir yerə cəmləşdirəcəyik. Çünki bu, həm onların yaşaması, eyni zamanda, nəqliyyat-logistika məsələlərinin həlli üçün daha əlverişlidir. Bizim bütövlükdə təkcə Qarabağda, Şərqi Zəngəzurda deyil, digər bölgələrimizdə də dağ rayonlarında kəndlər bir-birindən aralı yerləşirdi və bu, bir çox hallarda insanların rahat yaşamasına o qədər də imkan vermirdi. Yəni, bu, ənənəvi olaraq belə qurulmuşdur. Əlbəttə ki, azad edilmiş torpaqlarda indi və gələcəkdə hər bir kənd bərpa ediləcək. Ancaq Azərbaycan dövləti öz üzərinə düşən vəzifəni bunda görür ki, biz yaxında yerləşən kəndlərin sakinlərini bir yerə yığıb onlar üçün gözəl şərait yaradaq. Yəni, biz şəhər tipli kəndlər quracağıq və mən qurulacaq bütün kəndlərin Baş planını təsdiqləmişəm. Eyni zamanda, kəndlərin xarici görkəmi də təsdiqlənib və yenə də deyirəm, həm rahat, həm də memarlıq nöqteyi-nəzərindən çox gözəl olacaq”.

Continue Reading

Previous: Kəlbəcərə də Prezidentin xüsusi nümayəndəsi təyin ediləcək
Next: Dünyanın ən qəribə fobiyaları – SİYAHI

Bölmənin digər xəbərləri

Niderland Senatının sabiq sədri Prezident İlham Əliyevi təbrik edib
  • Siyasət

Niderland Senatının sabiq sədri Prezident İlham Əliyevi təbrik edib

11 Fevral, 2026
Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb
  • Cəmiyyət

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb

11 Fevral, 2026
Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verilib
  • Cəmiyyət

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verilib

11 Fevral, 2026

Top 7 Xəbər

Niderland Senatının sabiq sədri Prezident İlham Əliyevi təbrik edib 1

Niderland Senatının sabiq sədri Prezident İlham Əliyevi təbrik edib

11 Fevral, 2026
Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb 2

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb

11 Fevral, 2026
Rusiyada texnikum yaxınlığında atışmada 2 nəfər yaralanıb 3

Rusiyada texnikum yaxınlığında atışmada 2 nəfər yaralanıb

11 Fevral, 2026
ABŞ klubuna keçən Nəriman Axundzadə “Qarabağ”a təşəkkür edib 4

ABŞ klubuna keçən Nəriman Axundzadə “Qarabağ”a təşəkkür edib

11 Fevral, 2026
Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verilib 5

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verilib

11 Fevral, 2026
Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 58 % artıb 6

Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 58 % artıb

11 Fevral, 2026
İlham Əliyev: Müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələr xarici siyasətdə prioritet istiqamətlərdəndir 7

İlham Əliyev: Müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələr xarici siyasətdə prioritet istiqamətlərdəndir

11 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 881)
  • Dünya (3. 186)
  • Gündəm (11. 104)
  • İdman (620)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (461)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 940)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8881) Dünya (3186) Gündəm (11104) Kateqoriyasızlar (461) Kriminal (1332) Mədəniyyət (334) Siyasət (2940) Texnologiya (14) İdman (620) İqtisadiyyat (568)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Niderland Senatının sabiq sədri Prezident İlham Əliyevi təbrik edib 11 Fevral, 2026
  • Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb 11 Fevral, 2026
  • Rusiyada texnikum yaxınlığında atışmada 2 nəfər yaralanıb 11 Fevral, 2026
  • ABŞ klubuna keçən Nəriman Axundzadə “Qarabağ”a təşəkkür edib 11 Fevral, 2026
  • Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verilib 11 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.