Skip to content
2 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 808)
  • Dünya (3. 164)
  • Gündəm (11. 013)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Bakı Forumu başladı: Prezident çıxış edir – Canlı
  • Gündəm
  • Siyasət

Bakı Forumu başladı: Prezident çıxış edir – Canlı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu
Cavidan 9 Mart, 2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.

Əvvəlcə xatirə fotosu çəkdirildi.

X Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin sözü dövlətimizin başçısına verdi.

Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edir.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Bu dəfə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Continue Reading

Previous: Zelenskidən Gürcüstandakı aksiyaya reaksiya
Next: “Qarabağda yaşayan ermənilərin həyatı bundan sonra daha yaxşı olacaq” – İlham Əliyev

Bölmənin digər xəbərləri

Fələstində parlament seçkilərinin keçiriləcəyi gün elan edilib
  • Dünya

Fələstində parlament seçkilərinin keçiriləcəyi gün elan edilib

2 Fevral, 2026
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
  • Siyasət

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

2 Fevral, 2026
Anar Quliyev: “Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır”
  • Cəmiyyət

Anar Quliyev: “Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır”

2 Fevral, 2026

Top 7 Xəbər

Fələstində parlament seçkilərinin keçiriləcəyi gün elan edilib 1

Fələstində parlament seçkilərinin keçiriləcəyi gün elan edilib

2 Fevral, 2026
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir 2

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

2 Fevral, 2026
Anar Quliyev: “Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır” 3

Anar Quliyev: “Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır”

2 Fevral, 2026
Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır 4

Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır

2 Fevral, 2026
Nazir direktoru işdən çıxardı 5

Nazir direktoru işdən çıxardı

2 Fevral, 2026
Yanvar ayında 48 aptekdə yoxlama keçirilib, 7-də nöqsan aşkarlanıb 6

Yanvar ayında 48 aptekdə yoxlama keçirilib, 7-də nöqsan aşkarlanıb

2 Fevral, 2026
Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var 7

Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

2 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 808)
  • Dünya (3. 164)
  • Gündəm (11. 013)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8808) Dünya (3164) Gündəm (11013) Kateqoriyasızlar (457) Kriminal (1323) Mədəniyyət (332) Siyasət (2932) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Fələstində parlament seçkilərinin keçiriləcəyi gün elan edilib 2 Fevral, 2026
  • Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir 2 Fevral, 2026
  • Anar Quliyev: “Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır” 2 Fevral, 2026
  • Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır 2 Fevral, 2026
  • Nazir direktoru işdən çıxardı 2 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.