Skip to content
8 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 047)
  • Dünya (3. 254)
  • Gündəm (11. 361)
  • İdman (633)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (470)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 961)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Bu müəssisələr özəlləşdirilir – Prezidentdən SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında Sərəncam
Cavidan 29 Oktyabr, 2021

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) aşağıdakı müəssisələri və balansında olan obyektlər (bundan sonra – müəssisə və obyektlər) özəlləşdirilməyə açıq elan edilsinlər:
1.1. bu Sərəncamın əlavəsində göstərilən hüquqi şəxslər;
1.2. siyahısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Cəmiyyətlə razılaşdırılmaqla müəyyən edilən əmlak kompleksləri və qeyri-yaşayış binaları (torpaq sahələri ilə birlikdə), qeyri-yaşayış sahələri.
Müəyyən edilir ki, bu Sərəncamın 1-ci hissəsi ilə özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin:
– özəlləşdirilməsi üsulları barədə qərarları, onların xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) 4.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qəbul edir;
– özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorların da iştirakına icazə verilir.
İqtisadiyyat Nazirliyinə tapşırılır ki, müəssisə və obyektlərin özəlləşdirilməsini Dövlət Proqramına uyğun olaraq həyata keçirsin; özəlləşdirmə prosesində müəssisə və obyektlərin investorlar üçün cəlbediciliyinin artırılması məqsədilə məsləhətçi və qiymətləndirici şirkətlər cəlb etməklə onların restrukturizasiyasını (birləşdirilməsi, bölünməsi və digər səmərəli formada yenidən təşkili) təmin etsin, habelə borclarının restrukturizasiyasına və ya silinməsinə (dondurulmasına) dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Cəmiyyətə tapşırılır ki, müəssisə və obyektlər özəlləşdirilənədək onların idarə olunmasını və əmlakının qorunub saxlanılmasını təmin etsin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməyə açıq elan edilən müəssisələr aşağıdakılardır:
1. “ASK Şüşə” Məhdud Məsuliyyətli Cəmiyyəti;
2. “ASK Ayaqqabı Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti;
3. “Azəripək” Məhdud Məsuliyyətli Cəmiyyəti;
4. “ASK Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti;
5. “ASK İzolit” Məhdud Məsuliyyətli Cəmiyyəti;
6. “ASK Şəki SES” Məhdud Məsuliyyətli Cəmiyyəti;
7. “ASK Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyəti.
şırılır ki, müəssisə və obyektlər özəlləşdirilənədək onların idarə olunmasını və əmlakının qorunub saxlanılmasını təmin etsin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.”Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməyə açıq elan edilən müəssisələr aşağıdakılardır:1. “ASK Şüşə” Məhdud Məsuliyyətli Cəmiyyəti;2. “ASK Ayaqqabı Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti;3. “Azəripək” Məhdud Məsuliyyətli Cəmiyyəti;4. “ASK Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti;5. “ASK İzolit” Məhdud Məsuliyyətli Cəmiyyəti;6. “ASK Şəki SES” Məhdud Məsuliyyətli Cəmiyyəti;7. “ASK Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Continue Reading

Previous: İsmayıl Vəliyevə hökm oxundu
Next: Prezident bu geyim forması ilə bağlı fərmanda dəyişiklik etdi

Bölmənin digər xəbərləri

Prezident İlham Əliyev Moldova xarici işlər nazirini qəbul edib
  • Gündəm

Prezident İlham Əliyev Moldova xarici işlər nazirini qəbul edib

6 Mart, 2026
Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib
  • Gündəm

Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib

4 Mart, 2026
İlham Əliyev: ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir
  • Siyasət

İlham Əliyev: ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir

3 Mart, 2026

Top 7 Xəbər

İraqdakı xarici neft şirkətləri əməkdaşlarını təxliyə edir 1

İraqdakı xarici neft şirkətləri əməkdaşlarını təxliyə edir

7 Mart, 2026
Tramp: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib 2

Tramp: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

7 Mart, 2026
Ciddədən Bakıya təxliyə reysi ilə 200-dən çox Azərbaycan vətəndaşı gətirilib 3

Ciddədən Bakıya təxliyə reysi ilə 200-dən çox Azərbaycan vətəndaşı gətirilib

7 Mart, 2026
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq 4

İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq

7 Mart, 2026
İsrail İrana qarşı genişmiqyaslı zərbələr dalğasına başlayıb 5

İsrail İrana qarşı genişmiqyaslı zərbələr dalğasına başlayıb

7 Mart, 2026
İsrail Ordusu İrandan yeni raket hücumu barədə məlumat yayıb 6

İsrail Ordusu İrandan yeni raket hücumu barədə məlumat yayıb

7 Mart, 2026
Günün qoroskopu: Pul məsələlərində cəsarətli qərar vermək istəsəniz… 7

Günün qoroskopu: Pul məsələlərində cəsarətli qərar vermək istəsəniz…

7 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 047)
  • Dünya (3. 254)
  • Gündəm (11. 361)
  • İdman (633)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (470)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 961)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9047) Dünya (3254) Gündəm (11361) Kateqoriyasızlar (470) Kriminal (1345) Mədəniyyət (338) Siyasət (2961) Texnologiya (14) İdman (633) İqtisadiyyat (574)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İraqdakı xarici neft şirkətləri əməkdaşlarını təxliyə edir 7 Mart, 2026
  • Tramp: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib 7 Mart, 2026
  • Ciddədən Bakıya təxliyə reysi ilə 200-dən çox Azərbaycan vətəndaşı gətirilib 7 Mart, 2026
  • İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq 7 Mart, 2026
  • İsrail İrana qarşı genişmiqyaslı zərbələr dalğasına başlayıb 7 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.