Skip to content
10 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 470)
  • Dünya (3. 046)
  • Gündəm (10. 590)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

İlham Əliyevin qəti mövqeyi və Paşinyanın ucuz bəhanələri

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclas keçirildi. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof
Cavidan 20 Fevral, 2023

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclas keçirildi. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, ATƏT-in baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.

Prezident İlham Əliyev növbəti dəfə Azərbaycanın tələblərini açıq şəkildə dilə gətirdi, Azərbaycan tərəfindən yaradılmış yeni reallıqları növbəti dəfə bütün dünyaya çatdırdı. Azərbaycan tərəfi artıq Ermənistana sülh sazişi ilə bağlı təkliflərini təqdim edib və Ermənistan siyasi rəhbərliyi müxtəlif yollarla sülh sazişinin imzalanması ilə bağlı prosesi ləngitməyə çalışır.

Sülh müqaviləsində Qarabağ haqqında hansısa müddəanın olması qəbuledilməzdir

Sülh müqaviləsinin müddəaları ilə bağlı Azərbaycanın mövqeyi qətidir. Dağlıq Qarabağ problemi həll olunub. Azərbaycan hərbi-siyasi iradə nümayiş etdirərək BMT qətnamələrini öz hərbi gücü hesabına həll edib. Bu reallıq bütün dünya tərəfindən qəbul olunub və olunmalıdır.

Vardanyan Azərbaycan ərazisindən qovulmalıdır

Münhen Təhlükəsizlik Konfransı sülh üçün yaxşı platformadır, lakin sülhə doğru atılacaq addımlara kənar müdaxilələr prosesi ləngidir. Müxtəlif qüvvələrin prosesi birbaşa müdaxilə cəhdi, öz maraqlarından çıxış etməsi, “Vardaniyan” kimi layihələr, Paşinyanın qeyri-stabil mövqeyi indiyə qədər sülh müqaviləsinin imzalanmasını ləngidən əsas amillərdir. Azərbaycan hakimiyyəti dəfələrlə Qarabağda yaşayan erməni icması ilə danışıqlar aparmağa hazır olduğunu bəyan edib, lakin Vardanyan onun timsalında digərləri ermənilərin yox, kənar qüvvələrin maraqlarına xidmət edir. Azərbaycan isə Ermənistandan fərqli olaraq daxili işlərinə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməyib və imkan verməyəcək.

Azərbaycan və Ermənistanın uzun sürən qarşılıqlı nifrət və düşmənçiliyə son qoyulmasına keçidi nümayiş etdirməsi zəruridir

Azərbaycan tərəfinin müharibədən dərhal sonra Ermənistana sülh sazişinin imzalanması ilə bağlı təkliflər göndərməsi də bunun əməli sübutudur. Lakin Ermənistanda revanşist fikirlər bu gün də qalmaqdadır və bir çox hallarda bu fikirlər Ermənistan siyasi rəhbərliyi tərəfindən səsləndirilir və alovlandırılır. İsrarla erməni cəmiyyətinə Azərbaycana-fobiya, azərbaycanlılara qarşı düşmənçilik, qisas ideyaları aşılanır. Regionda sülhün formalaşması üçün isə bu yol verilməzdir.

İclas çərçivəsində isə Ermənistan baş naziri növbəti dəfə absurd bəhanələr səsləndirməyə çalışdı, gah Azərbaycanlıların dağıdılan abidələrinin Sover dövründə baş verdiyini bildirdi, gah da gündə 50-dən çox avtomobilin keçdiyi Laçın yolunun bağlandığını və ermənilərin guya blokada da qaldığını dilə gətirdi. Artıq bir növ dünya ictimaiyyəti də ermənilərin bu yalanlarına, özlərini yazıq göstərmə cəhdlərindən təngə gəlib. Geniş anlamda neytral mövqedə dayanan beynəlxalq birlik ermənilərin bu təxribatçı açıqlamalarının əsl mahiyyətini anlayır.

Ümumilikdə Münxen konfransı çərçivəsində baş tutan panel müzakirələri region üçün müsbət yöndə addım hesab etmək olar. Təbbi ki, sonrakı gedişat bu müzakirələrin nəticələrini daha aydın göstərəcək. Ermənistan Baş nazirinin dəfələrlə müsbət addımlarının əslində manipulasiya olduğunun və sonrakı mərhələdə tamam əks təşəbbüslər göstərdiyinin də şahidi olmuşuq.

TREND

Continue Reading

Previous: Ordumuzun polkovnik-leytenantı vəfat etdi – Foto
Next: Masallıda xətkeş və fırça ilə rənglənən yolla bağlı – Açıqlama

Bölmənin digər xəbərləri

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
  • Siyasət

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib

10 Dekabr, 2025
Ədliyyə Akademiyasına yeni rektor təyin edilib
  • Cəmiyyət

Ədliyyə Akademiyasına yeni rektor təyin edilib

10 Dekabr, 2025
Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib
  • Cəmiyyət

Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib

10 Dekabr, 2025

Top 7 Xəbər

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib 1

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib

10 Dekabr, 2025
Ədliyyə Akademiyasına yeni rektor təyin edilib 2

Ədliyyə Akademiyasına yeni rektor təyin edilib

10 Dekabr, 2025
Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib 3

Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib

10 Dekabr, 2025
Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi 4

Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi

10 Dekabr, 2025
Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK 5

Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK

10 Dekabr, 2025
Astarada 7800 abonentin qazı kəsiləcək 6

Astarada 7800 abonentin qazı kəsiləcək

10 Dekabr, 2025
Keçmiş hakimə yeni vəzifə verildi 7

Keçmiş hakimə yeni vəzifə verildi

10 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 470)
  • Dünya (3. 046)
  • Gündəm (10. 590)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8470) Dünya (3046) Gündəm (10590) Kateqoriyasızlar (437) Kriminal (1293) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib 10 Dekabr, 2025
  • Ədliyyə Akademiyasına yeni rektor təyin edilib 10 Dekabr, 2025
  • Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib 10 Dekabr, 2025
  • Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi 10 Dekabr, 2025
  • Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK 10 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.