Skip to content
4 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 364)
  • Dünya (3. 349)
  • Gündəm (11. 705)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (487)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Fransa “bacı”sı Ermənistana kömək edə bilmədi: Azərbaycan diplomatiyasının uğuru

2022-ci ilin son günlərində Fransa BMT Təhlükəsizlik Şurasının müzakirəsinə təqdim etdiyi Azərbaycan əleyhinə yönəlmiş qərəzli sənədi geri çəkməli
Cavidan 7 Yanvar, 2023

2022-ci ilin son günlərində Fransa BMT Təhlükəsizlik Şurasının müzakirəsinə təqdim etdiyi Azərbaycan əleyhinə yönəlmiş qərəzli sənədi geri çəkməli oldu. Qədim tarixə malik Fransa diplomatiyası nisbətən gənc, amma yetərincə iddialı Azərbaycan diplomatiyası qarşısında uğursuzluğa düçar oldu. Bu, təkcə fransız və erməni diplomatlarının deyil, ümumilikdə Emmanuel Makronun və dünya erməni diasporunun Azərbaycana qarşı apardıqları mübarizənin iflasa uğraması idi. 

“Kaspi” qəzeti mövzu ilə bağlı yazı dərc edib. Məqalədə deyilir:

BMT Təhlükəsizlik Şurasının daimi üzvü və hazırda sədri olan Fransa dekabrın 20-21-də Laçın yolundakı durumla bağlı müzakirələrdən dərhal sonra tamamilə ermənipərəst bəyanat layihəsi hazırlamışdı. Layihədə Laçın-Xankəndi yolundakı vəziyyət “humanitar fəlakət” kimi təqdim olunurdu. Lakin təxminən 10 günlük müzakirələrdən sonra həmin bəyanat layihəsi qəbul olunmadı. Azərbaycanın Təhlükəsizlik Şurasındakı dostlarının haqlı iradlardan, təklif etdikləri əlavə və düzəlişlərdən sonra Fransa tərəfi rəsmi şəkildə təklifini geri çəkdiyini açıqlamalı oldu. Beləliklə, Fransa diplomatiyasının Vətən müharibəsindən sonra Azərbaycan əleyhinə atdığı növbəti addım da fiaskoya uğradı. Obrazlı desək, Fransa bu dəfə də “bacı”sı Ermənistan üçün heç nə edə bilmədi.

Heç şübhəsiz ki, bu, rəsmi Bakının diplomatik uğurdur. Azərbaycanın beynəlxalq təşkilatlarda apardığı iş, dost dövlətlərlə qurduğu münasibətlər son nəticədə köməyimizə çatdı. Əldə edilən nəticə Azərbaycan diplomatiyasının gücü və ölkəmizin dünyadakı nüfuzunun göstəricisi kimi də xarakterizə oluna bilər.

Bu, Fransanın Azərbaycana qarşı üçüncü qərəzli cəhdi idi

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirdi ki, dekabrın 30-da BMT Təhlükəsizlik Şurasında baş verənlər Azərbaycana qarşı hərəkətə keçən Fransa diplomatiyasının birinci iflası deyil: “İkinci Qarabağ savaşının gedişi zamanı da Fransa belə bir cəhd etdi, amma alınmadı. Bundan sonra Frankofoniya ölkələrinin sammitində, haradakı dominantlıq tam Fransadadır, belə cəhdlər edildi, amma yenə alınmadı. Dekabrda isə BMT Təhlükəsizlik Şurasında üçüncü cəhdlərini etdilər. Yenə də eyni reallıqla üzləşdilər. Təbii ki, bu, Azərbaycanın dünyadakı avtoritetinin göstəricisidir. Eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatına uğurla rəhbərliyinin nəticəsidir. Çünki bir sıra hallarda Fransanın, öz adı ilə çağırmalı olsaq, bizə qarşı düşməncəsinə hərəkətlərinin qarşısının alınmasında Qoşulmama Hərəkatına üzv dövlətlər az rol oynamayıblar. Dekabrın 30-da ortaya qoyduqları mövqeyə görə Böyük Britaniya başda olmaqla bütün dövlətlərə böyük təşəkkür düşür”.

“Təəssüf ki, bu addımlar davamlı xarakter alacaq”

S.Alıyev vurğuladı ki, Fransanın bizə qarşı son hərəkətləri düşməncəsinə xarakter daşıyır: “Bu sadəcə Fransa prezidenti Makron və onun partiyası ilə bağlı məsələ deyil. Qarabağın Azərbaycandan qoparılması ilə bağlı beynəlxalq hüquqa zidd primitiv çağırışların arxasında kimlərin durduğuna baxsanız görəcəksiniz ki, bu, bütövlükdə Fransa siyasi isteblişmentinin ümumi fikridir. Bu fikir islamafobiyadan, türkiyəfobiyadan və Fransanın özünün yırtıcı mahiyyətindən qaynaqlanır. Biz son vaxtlar görürük ki, Fransa potensialı çatmasa da, dünyanın bölüşdürülməsi zamanlarında olduğu kimi indi də nəyi isə qamarlamağa cəhd edir. Onu da vurğulayım ki, Fransadakı hay diasporu təsiredici faktordan daha çox alət rolunda istifadə edilir. Yəni bir sıra hallarda məkrli Fransa diplomatiyası buradakı hay diasporunun arxasında gizlənərək Azərbaycana qarşı öz düşməncəsinə mövqeyini ortaya qoyur. Əslində “düşməncəsinə” ifadəsini bilərəkdən təkrar işlədirəm. Çünki II Qarabağ savaşı başlanandan üzü bəri Fransanın atdığı bütün addımlar ancaq ondan xəbər verir. Bunlar sistemli addımlardır”. Millət vəkili bildirdi ki, BMT Təhlükəsizlik Şurasındakı fiaskodan sonra Fransanın sakitləşəcəyini düşünmək doğru olmazdı: “Təəssüf ki, bu addımlar davamlı xarakter alacaq. Ona görə də biz buna hazır olmalıyıq. Fikrimcə, Azərbaycan da Fransaya qarşı adekvat addımlar atmalıdır. Fransanın zəif yerləri çoxdur, ərazi qarşıdurmasında olduğu bir sıra dövlətlər var. Bununla bağlı da biz həm parlament, həm də digər müstəvilərdə Fransa ilə üz-üzə olan dövlətlərə öz dəstəyimizi əsirgəməməliyik”.

“Fransa diplomatiyası uğursuzluğa düçar oldu”

Politoloq Əlimusa İbrahimov bildirdi ki, Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qəbul etdirmək istədiyi bəyanat uğursuzluqla nəticələndi: “Məhz Azərbaycanın apardığı diplomatik mübarizə Ermənistanın havadarının bu addımının qarşısını aldı. Qədim tarixə malik Fransa diplomatiyası nisbətən gənc, amma yetərincə iddialı Azərbaycan diplomatiyası qarşısında uğursuzluğa düçar oldu. Bu, təkcə fransız və erməni diplomatlarının Azərbaycana qarşı apardıqları mübarizənin iflasa uğraması deyil, həm də Fransa prezidenti Emmanuel Makronun və dünya erməni diaspor təşkilatlarının cılız vəziyyətə düşməsi anlamına gəlməlidir. Prezident İlham Əliyevin Azərbaycan dövlətinin siyasi və diplomatiya sahəsində bu nailiyyətlərini nəzərdə tutaraq Yeni il müraciətində qeyd etdiyi kimi, iki il əvvəl döyüş meydanında qazandığımız tarixi qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik”.

“2023-cü il diplomatlarımız üçün daha çətin sınaqlar ilidir”

Ə.İbrahimov qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasında diplomatlarımızın qələbəsi 2022-ci ildə əldə etdiyimiz sonuncu qələbə idi: “Buna qədər də bizim il boyu diplomatik uğurlarımız yetərincə olub. Diplomatlarımızın əldə etdikləri bu nailiyyətlər bizi 2023-cü ildə daha ciddi işləməyə stimullaşdırır. Qarşımızda daha ciddi və çətin məsələlər durur. Hesab edirəm ki, 2023-cü il diplomatlarımız üçün daha çətin sınaqlar ilidir. Amma inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında onlar hər zaman olduğu kimi 2023-cü ildə də qarşılarına qoyulan vəzifələrin öhdəsindən uğurla gələcəklər”.

Continue Reading

Previous: Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir
Next: Prezident ötən ilin idman yekunlarına dair tədbirdə iştirak etdi

Bölmənin digər xəbərləri

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
  • Gündəm

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

30 Aprel, 2026
“Yaşıl enerji”nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL
  • Gündəm

“Yaşıl enerji”nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL

28 Aprel, 2026
Prezident bir qrup sahibkarı təltif edib
  • Siyasət

Prezident bir qrup sahibkarı təltif edib

28 Aprel, 2026

Top 7 Xəbər

Naxçıvanda “Zəngəzur yolu: tarixin izi ilə” mövzusunda konfrans keçirilib 1

Naxçıvanda “Zəngəzur yolu: tarixin izi ilə” mövzusunda konfrans keçirilib

4 May, 2026
İran ordusu: ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb 2

İran ordusu: ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb

4 May, 2026
Sabah yağış yağacaq – PROQNOZ 3

Sabah yağış yağacaq – PROQNOZ

4 May, 2026
DYP skuter istifadəçilərinə müraciət edib 4

DYP skuter istifadəçilərinə müraciət edib

4 May, 2026
İlham Əliyev bu gün İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq 5

İlham Əliyev bu gün İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq

4 May, 2026
“Axios”: ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək 6

“Axios”: ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək

4 May, 2026
Xorultudan qurtulmağa kömək edən hansı məhsullar VAR? 7

Xorultudan qurtulmağa kömək edən hansı məhsullar VAR?

4 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 364)
  • Dünya (3. 349)
  • Gündəm (11. 705)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (487)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9364) Dünya (3349) Gündəm (11705) Kateqoriyasızlar (487) Kriminal (1381) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (649) İqtisadiyyat (592)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Naxçıvanda “Zəngəzur yolu: tarixin izi ilə” mövzusunda konfrans keçirilib 4 May, 2026
  • İran ordusu: ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb 4 May, 2026
  • Sabah yağış yağacaq – PROQNOZ 4 May, 2026
  • DYP skuter istifadəçilərinə müraciət edib 4 May, 2026
  • İlham Əliyev bu gün İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq 4 May, 2026
© Addim.az | MoreNews by AF themes.