Skip to content
31 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 150)
  • Dünya (3. 286)
  • Gündəm (11. 484)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 359)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Prezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində əsaslı təmir və bərpadan
Cavidan 5 Yanvar, 2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində əsaslı təmir və bərpadan sonra yaradılan şəraitlə tanış olublar.

Elm və təhsil naziri Emin Əmrullayev Mərkəzdə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.

Bildirilib ki, 1937-ci ildə Bakıda S.Vəlixanlı küçəsi 3 ünvanında yerləşən binada Mərkəzi Pionerlər Sarayı yaradılıb. Bundan məqsəd uşaqların asudə vaxtını səmərəli və məqsədəuyğun təşkil etmək, onların bilik, bacarıq və vərdişlərini inkişaf etdirmək, məktəbdənkənar tərbiyə işinin təşkilində uşaqlara praktiki və metodiki kömək göstərməkdən ibarət olub.

İlk vaxtlar sarayda texniki yaradıcılıq, bədii tərbiyə, təsviri sənət, fiziki tərbiyə üzrə dərnəklər fəaliyyət göstərib. 1946-cı ildə sarayda xoreoqrafiya, xalq çalğı alətləri, qarmon ifaçıları və xor kollektivlərindən ibarət mahnı və rəqs ansamblı yaradılıb. Bəstəkar Qəmbər Hüseynli ansambl üçün “Cücələrim” mahnısını yazıb. Məhz bu səbəbdən 1959-cu ildə kollektiv “Cücələrim” adlandırılıb.

Təqribən 15 il sonra -1961-ci ilin aprelində dünyanın ilk kosmonavtının şərəfinə saraya Yuri Qaqarinin adı verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 1991-ci il 427 saylı qərarına əsasən Y.Qaqarin adına pioner və məktəblilər sarayının adı dəyişdirilib, Tofiq İsmayılov adına Respublika Uşaq-Gənclər Yaradıcılıq Sarayı adlandırılıb.

Nazirlər Kabinetinin 2016-cı il 1 noyabr tarixli qərarına uyğun olaraq Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi və Tofiq İsmayılov adına Bakı Şəhəri Uşaq-Gənclər Yaradıcılıq Sarayı birləşdirilərək onların bazasında Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb, bu il isə ona publik hüquqi şəxs statusu verilib.

Fəaliyyəti dövründə minlərlə istedadlı gəncin müxtəlif ixtisaslar üzrə formalaşmasında mühüm xidmətləri olan Mərkəz 2022-ci ildə əsaslı təmir edilib. İstifadəyə verildikdən sonra Mərkəzdə rəqs, musiqi alətləri, vokal, sağlam həyat tərzi, teatr, rəssamlıq, xarici dillər, intellektual inkişaf, elm və texnologiya, ekoklub, psixologiya, kulinariya və turizm istiqamətləri üzrə 44 dərnək təşkil olunub. Həmin dərnəklərdə 1500 nəfərədək şagirdin məşğul olması nəzərdə tutulub. Həmçinin binada 20 inzibati, 20 texniki və 65 pedaqoji işçi çalışacaq.

Qeyd edək ki, bu Mərkəzin binasının əsaslı təmiri və bərpası Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənc nəslin müasir dövrün inkişaf trendlərinə uyğun formalaşmasına göstərdikləri diqqət və qayğının daha bir nümunəsidir.

Prezident və birinci xanım Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində - FOTOLAR

Continue Reading

Previous: ABŞ gömrüyündə tükürpədici OLAY: Qutudan kəsilmiş uşaq başı çıxdı – FOTO
Next: Bakıda mənzildə 4 nəfərin meyiti TAPILDI (YENİLƏNİB)

Bölmənin digər xəbərləri

Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək
  • Cəmiyyət

Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək

31 Mart, 2026
İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub
  • Gündəm

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

31 Mart, 2026
“Ağcabədi batalyonu”nun komandiri vəfat etdi
  • Cəmiyyət

“Ağcabədi batalyonu”nun komandiri vəfat etdi

31 Mart, 2026

Top 7 Xəbər

Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq 1

Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq

31 Mart, 2026
Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək 2

Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək

31 Mart, 2026
İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub 3

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

31 Mart, 2026
Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib 4

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib

31 Mart, 2026
“Ağcabədi batalyonu”nun komandiri vəfat etdi 5

“Ağcabədi batalyonu”nun komandiri vəfat etdi

31 Mart, 2026
İsmayıllıda ailə faciəsi – 19 yaşlı qızla 3 yaşlı körpə öldü 6

İsmayıllıda ailə faciəsi – 19 yaşlı qızla 3 yaşlı körpə öldü

31 Mart, 2026
Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi 7

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi

31 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 150)
  • Dünya (3. 286)
  • Gündəm (11. 484)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 359)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9150) Dünya (3286) Gündəm (11484) Kateqoriyasızlar (476) Kriminal (1359) Mədəniyyət (342) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (579)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq 31 Mart, 2026
  • Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək 31 Mart, 2026
  • İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub 31 Mart, 2026
  • Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib 31 Mart, 2026
  • “Ağcabədi batalyonu”nun komandiri vəfat etdi 31 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.