Skip to content
29 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • İlham Əliyev Benyamin Netanyahunu təbrik ETDİ
  • Cəmiyyət
  • Siyasət

İlham Əliyev Benyamin Netanyahunu təbrik ETDİ

Prezident İlham Əliyev İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahuya təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “İsrail Dövlətinin Baş naziri
Cavidan 29 Dekabr, 2022
1672327505.63adaf96b9ddc63adaf96b9ddd167232706263adaf96b9dda63adaf96b9ddb

Prezident İlham Əliyev İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahuya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“İsrail Dövlətinin Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram. Bu, dost İsrail xalqının Sizə olan böyük inam və etimadının bariz təzahürü, ölkənizin hərtərəfli inkişafı və rifahı yolunda fəaliyyətinizə və xidmətlərinizə verilən yüksək qiymətdir.

Biz tarixən dostluq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-İsrail münasibətlərinə xüsusi əhəmiyyət veririk. Ötən otuzillik dövr ərzində qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur. Ölkələrimiz arasında münasibətlərin təşəkkülündə və inkişafında Sizin xidmətləriniz böyükdür.

Bu ilin noyabrında Azərbaycanın İsraildə Səfirliyinin təsis edilməsi barədə qərar qəbul edilmişdir. Ümidvaram ki, Səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcəkdir.

Əminəm ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Fürsətdən istifadə edərək qarşıdan gələn Yeni, 2023-cü il münasibətilə Sizə səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost İsrail Dövlətinin və xalqının əmin-amanlığı və firavanlığı naminə məsul fəaliyyətinizdə daim müvəffəqiyyətlər diləyirəm”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Gömrüyün daha bir generalı işdən ÇIXARILDI
Next: Pele ilə vida mərasimi “Santos”un stadionunda keçiriləcək – YENİLƏNİB

Bölmənin digər xəbərləri

JlUrdPT2xgmb3zqys0E v
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

Cavidan 29 İyun, 2026
oqMb8BaqfPh v
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

Cavidan 29 İyun, 2026
  • Cəmiyyət

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Cavidan 29 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 660)
  • Dünya (3. 427)
  • Gündəm (11. 908)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 6a427bb62db0e6a v 1
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

29 İyun, 2026
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək 6a427200e36e46av 2
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

29 İyun, 2026
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB JlUrdPT2xgmb3zqys0E v 3
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

29 İyun, 2026
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil 6a426a830e8966a426 v 4
  • Dünya

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

29 İyun, 2026
Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH oqMb8BaqfPh v 5
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9660) Dünya (3427) Gündəm (11908) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.