Skip to content
2 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür
  • Gündəm
  • Siyasət

Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 61 yaşı
Cavidan 24 Dekabr, 2022
prezident

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.

Dövlət başçısının 61 yaşı tamam olur.İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İlham Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ – MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib.

1985-ci ildə dissertasiya müdafiə edən İlham Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.

1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib.

2003-cü ildə Baş Nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib.

2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib, oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində növbəti dəfə qələbə qazanıb.

2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində İlham Əliyev 86,03 faiz səs toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Prezident İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasının sədridir. İlham Əliyev, həmçinin, 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

Evlidir, üç övladı var.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində Azərbaycan ərazilərini erməni işğalçılarından təmizləyib, ölkənin ərazi bütövlüyünü təmin edib. 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda indi üçrəngli bayrağımız dalğalanır.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayır!

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Üç hərbçini öldürən kiçik çavuşa ömürlük cəza VERİLDİ
Next: Xankəndi-Laçın yolunda vəziyyət necədir?

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 102620
  • Cəmiyyət

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 094125
  • Cəmiyyət

Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-01 165537
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 681)
  • Dünya (3. 430)
  • Gündəm (11. 920)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır Screenshot 2026-07-02 130551 1
  • Cəmiyyət

AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır

2 İyul, 2026
KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var Screenshot 2026-07-02 123123 2
  • Cəmiyyət

KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var

2 İyul, 2026
“Arzum” ləqəbli bloqer məhkəmə zalından həbs edilib Screenshot 2026-07-02 113942 3
  • Cəmiyyət

“Arzum” ləqəbli bloqer məhkəmə zalından həbs edilib

2 İyul, 2026
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub Screenshot 2026-07-02 105613 4
  • Cəmiyyət

Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub

2 İyul, 2026
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib Screenshot 2026-07-02 102620 5
  • Cəmiyyət

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9681) Dünya (3430) Gündəm (11920) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.