Skip to content
7 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 047)
  • Dünya (3. 254)
  • Gündəm (11. 361)
  • İdman (633)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (470)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 961)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

İlham Əliyev İran-Ermənistan sərhədindəki yeni hərbi hissədə – Fotolar

Dövlət Sərhəd Xidmətinin (DSX) Azərbaycanın İran və Ermənistanla dövlət sərhədlərinin yaxınlığında yaradılan hərbi hissə kompleksi müasir silah və
Cavidan 21 Oktyabr, 2021

Dövlət Sərhəd Xidmətinin (DSX) Azərbaycanın İran və Ermənistanla dövlət sərhədlərinin yaxınlığında yaradılan hərbi hissə kompleksi müasir silah və texniklarla təchiz edilib.

DSX rəisi, general-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleks barədə məlumat verib.

DSX rəisi bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir: “Dövlət Sərhəd Xidmətinin Azərbaycan Respublikasının İran və Ermənistanla dövlət sərhədlərinin Zəngilan rayonu ərazisindən keçən hissələrinin mühafizəsini həyata keçirən yeni hərbi hissə kompleksi 15 hektar ərazini əhatə edir. Buraya qərargah binası və əsgər yataqxanası, şəxsi heyətin xidmətinin yüksək səviyyədə aparılması üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, yeməkxana və digər tikililər daxildir. Kompleksdə hərbi hissənin təyinatına uyğun xidməti-döyüş fəaliyyətinin təşkilinə, hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətlərinin yüksəldilməsinə, şəxsi heyətin hərbi biliklərinin və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsinə imkan verən zəruri şərait yaradılıb”.

Dövlət başçısına hərbi hissənin xidməti istifadəsində olan zirehli döyüş maşınları, atıcı silahlar, qumbaraatanlar, iriçaplı pulemyotlar, zenit qurğuları və digər texniki vasitələr təqdim olunub. 44 günlük Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də torpaqlarımızın işğaldan azad olunmasında, dövlət sərhədinin bərpası kimi çox mühüm və müqəddəs bir missiyanın uğurla həyata keçirilməsində böyük şücaət və qəhrəmanlıq göstərib. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr vurub və işğalçıları torpaqlarımızdan qovub.

Qeyd edək ki, oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar.

Continue Reading

Previous: Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 1 il ötür
Next: Prezident şəhid ailələri ilə bağlı qanuna DƏYİŞİKLİK ETDİ

Bölmənin digər xəbərləri

Prezident İlham Əliyev Moldova xarici işlər nazirini qəbul edib
  • Gündəm

Prezident İlham Əliyev Moldova xarici işlər nazirini qəbul edib

6 Mart, 2026
Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib
  • Gündəm

Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib

4 Mart, 2026
İlham Əliyev: ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir
  • Siyasət

İlham Əliyev: ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir

3 Mart, 2026

Top 7 Xəbər

İraqdakı xarici neft şirkətləri əməkdaşlarını təxliyə edir 1

İraqdakı xarici neft şirkətləri əməkdaşlarını təxliyə edir

7 Mart, 2026
Tramp: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib 2

Tramp: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

7 Mart, 2026
Ciddədən Bakıya təxliyə reysi ilə 200-dən çox Azərbaycan vətəndaşı gətirilib 3

Ciddədən Bakıya təxliyə reysi ilə 200-dən çox Azərbaycan vətəndaşı gətirilib

7 Mart, 2026
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq 4

İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq

7 Mart, 2026
İsrail İrana qarşı genişmiqyaslı zərbələr dalğasına başlayıb 5

İsrail İrana qarşı genişmiqyaslı zərbələr dalğasına başlayıb

7 Mart, 2026
İsrail Ordusu İrandan yeni raket hücumu barədə məlumat yayıb 6

İsrail Ordusu İrandan yeni raket hücumu barədə məlumat yayıb

7 Mart, 2026
Günün qoroskopu: Pul məsələlərində cəsarətli qərar vermək istəsəniz… 7

Günün qoroskopu: Pul məsələlərində cəsarətli qərar vermək istəsəniz…

7 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 047)
  • Dünya (3. 254)
  • Gündəm (11. 361)
  • İdman (633)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (470)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 961)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9047) Dünya (3254) Gündəm (11361) Kateqoriyasızlar (470) Kriminal (1345) Mədəniyyət (338) Siyasət (2961) Texnologiya (14) İdman (633) İqtisadiyyat (574)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İraqdakı xarici neft şirkətləri əməkdaşlarını təxliyə edir 7 Mart, 2026
  • Tramp: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib 7 Mart, 2026
  • Ciddədən Bakıya təxliyə reysi ilə 200-dən çox Azərbaycan vətəndaşı gətirilib 7 Mart, 2026
  • İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq 7 Mart, 2026
  • İsrail İrana qarşı genişmiqyaslı zərbələr dalğasına başlayıb 7 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.