Skip to content
7 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • “Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər ki…” – İlham Əliyev
  • Gündəm
  • Siyasət

“Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər ki…” – İlham Əliyev

“Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik”. Bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın
Cavidan 8 Noyabr, 2022
1667908128.ilham

“Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik”.

Bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib.

“Bir sözlə, müharibədən keçən iki il ərzində biz öz siyasətimizi davam etdirmişik. Biz iki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı və Şərqi Zəngəzuru faktiki olaraq yenidən qururuq və quracağıq. Eyni zamanda, Ordumuzu gücləndiririk və gücləndirəcəyik. Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir. Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik. Əgər biz kimdənsə qorxsaydıq, heç vaxt İkinci Qarabağ müharibəsinə start verməzdik. Biz hər birimiz ölümə gedirdik, öldü var, döndü yoxdur, ya azadlıq, ya ölüm! İndi də ölümə getməyə hazırıq öz haqlarımızı tələb edərək. Çünki hələ də, – müharibə iki il bundan əvvəl başa çatsa da, – narahatedici məqamlar var və erməni xalqına müraciət edib sözümü demək istəyirəm.

Onlar bu otuz ilin işğalının acılarını indi görürlər. İşğal nədir, itki nədir, indi görürlər. Biz, sadəcə olaraq, onlara cavab vermişik, biz öz torpağımızda vuruşmuşuq, işğalçını torpaqlarımızdan qovmuşuq. Onlar bunu anlamalıdırlar ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Biz burada əsas söz sahibiyik, biz burada əsas güc sahibiyik. Bizim Ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib. Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər.

Bizi heç kim qorxuda bilməz. Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək”, – dövlət başçısı bildirib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Prezident Zəngəzur dəhlizi ilə bağlı Ermənistana XƏBƏRDARLIQ ETDİ
Next: Düşmən Kəlbəcər, Tovuz və Xocavəndi ATƏŞƏ TUTDU

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-07 115944
  • Dünya

Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib

Cavidan 7 İyul, 2026
Screenshot 2026-07-07 105106
  • Dünya

Tramp Konqresi hərbi büdcəyə 350 milyard dollar ayırmağa çağırıb

Cavidan 7 İyul, 2026
Screenshot 2026-07-07 100709
  • Cəmiyyət

Səhiyyə nazirinə yeni müavin təyin edilib

Cavidan 7 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 696)
  • Dünya (3. 442)
  • Gündəm (11. 928)
  • İdman (672)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bağçalara elektron qəbul başlayıb Screenshot 2026-07-07 122538 1
  • Cəmiyyət

Bağçalara elektron qəbul başlayıb

7 İyul, 2026
Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib Screenshot 2026-07-07 115944 2
  • Dünya

Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib

7 İyul, 2026
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq Screenshot 2026-07-07 113754 3
  • Dünya

Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq

7 İyul, 2026
Tramp Konqresi hərbi büdcəyə 350 milyard dollar ayırmağa çağırıb Screenshot 2026-07-07 105106 4
  • Dünya

Tramp Konqresi hərbi büdcəyə 350 milyard dollar ayırmağa çağırıb

7 İyul, 2026
Zəngilanda əmək yarmarkasında 80 vakansiya təqdim ediləcək Screenshot 2026-07-07 102906 5
  • Dünya

Zəngilanda əmək yarmarkasında 80 vakansiya təqdim ediləcək

7 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9696) Dünya (3442) Gündəm (11928) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (672) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.