Skip to content
11 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 482)
  • Dünya (3. 047)
  • Gündəm (10. 597)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Əliyevin Avropada 5 saatlıq döyüşü və qələbəsi – Praqa sənədinin DETALLARI

Praqda dördtərəfli görüş başa çatdı və yekun bəyanatı tarixi məqamlardan biri hesab etmək olar: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü
Cavidan 7 Oktyabr, 2022

Praqda dördtərəfli görüş başa çatdı və yekun bəyanatı tarixi məqamlardan biri hesab etmək olar: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bu, 44 günlük müharibədən sonra ilk dəfə rəsmi şəkildə baş verir;

Ermənistan Fransanın dəstəyi ilə bu görüşdə Azərbaycana qarşı planlar qururdu və hesab edirdi ki, sərhəddə baş verən son toqquşmadan sonra Bakıya qarşı ciddi təzyiq dalğasına nail olacaq. Və bununla istədiklərini həyata keçirəcək.

Birincisi, kommunikasiyanın açılması prosesində öz tələblərini qəbul etdirəcək: Zəngəzurdan dəhliz verməyəcək;

İkincisi, sərhəd məsələsində maraqlarını təmin edəcək: Azərbaycan ordusunun mövqelərindən geri çəkilməsinə nail olacaq;

Üçüncüsü, Qarabağdakı “etnik ermənilərin” “statusu” ilə bağlı nələrsə əldə edəcək;

Fransa prezidenti Emmanuel Makronun görüşdə iştirakı Nikol Paşinyana “qol-qanad” verirdi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin görüşdə iştirakı isə Aİ-nin müəyyən neytrallığı baxımından dördtərəfli görüşün balanslı olduğu görüntüsünü yaradırdı: Makron-Paşinyan və Əliyev-Mişel;

Hərçənd, Aİ və Fransanın bir sıra məsələlərdə Avropanın maraqlarından çıxış etməsi reallıqda Əliyev və Makron-Paşinyan-Mişel cəbhəsinin qarşı-qarşıya olduğunu göstərirdi. Ən yaxşı halda desək, Makron-Paşinyan birlikdə, Əliyev tək, Mişel isə neytral oyunçu kimi iştirak edirdi.

Azərbaycan lideri Avropada – Paşinyanın ümid etdiyi görüşdə təkbaşına ölkənin milli maraqlarını müdafiə etdi və tələblərini qəbul etdirdi. Və belə demək mümkünsə, bu məqsədlə diplomatik cəbhədə 5 saat döyüşdü. Bəyanatın mətni bunu açıq şəkildə göstərir.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı

Yekun bəyanatda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdılar: burada BMT nizamnaməsi əsas sənəd kimi götürüldü. Beləliklə Ermənistan:

– Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu rəsmi şəkildə təsdiq etdi;

– Qarabağ üzərində Azərbaycan hakimiyyətini qəbul etdi;

Əliyev Azərbaycan torpağına müdaxiləyə imkan vermədi

Yekun bəyanatdan anlamaq olur ki, görüşdə Avropa İttifaqı və Fransanın birgə sərhəd monitorinq missiyası yaratması, Azərbaycan və Ermənistan ərazisində faəliyyət göstərməsi məsələsi müzakirə olunub. Avropa bu missiya ilə bölgəyə daxil olmaq, həm Azərbaycan, həm Ermənistan ərazisində yer almaq istəyirdi, lakin Prezident İlham Əliyev qəti şəkildə buna etiraz edib. Çünki bu missiyanın Azərbaycan ərazisinə daxil olması ərazi bütövlüyü və suverenliyimizin pozulması deməkdir. İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində missiyanın Azərbaycan ərazisinə daxil olması məsələsi sıradan çıxıb. Razılaşmaya görə, missiyası yalnız Ermənistan ərazisində olacaq. Sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək.

Ermənistan bu sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha göstərdi. Eyni zamanda, bunun siyasi baxımdan strateji səhv olduğu da aydın görünür. Çünki məsələ təkcə sərhəd yox, bölgədə İrəvanın müttəfiq hesab etdiyi Rusiya maraqlarına qarşı gedişdir. Moskvanın buna reaksiyası ciddi olacaq.

Zəngəzur dəhlizi aktualdır

Paşinyanın bu görüşdən əsas gözləntilərindən biri də Zəngəzurun dəhliz yox, yol məntiqi ilə açılmasına nail olmaq idi. Avropanın da bu mövqeyi paylaşması Ermənistanın əlini gücləndirən məqam idi. Lakin İlha Əliyev bu gözləntiləri alt-üst etdi.

Yekun bəyanata Zəngəzur dəhlizi ilə bağlı məsələ daxil edilmədi və bu o deməkdir ki, dəhliz məsələsi 10 noyabr bəyanatına uyğun tənzimlənir, yəni Ermənistan Azərbaycanın Naxçıvana çıxışı üçün maneəsiz keçid verməlidir. Prezident İlham Əliyev görüşün birinci hissəsindən sonra elə Praqada yerli televiziya kanallarına verdiyi müsahibəsində buna aydınlıq gətirdi.

“Bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”, – dövlət başçısı qeyd etdi.

Beş saatlıq döyüş və qələbə

Burada diqqətçəkən məqam Praqada dördtərəfli görüşün iki hissədən ibarət olmasıdır. Görüş öncəsi gözləntilər, Ermənistanın ümidləri, görüşün birinci hissəsindən sonra Prezidentin verdiyi müsahibə və səsləndirdiyi fikirlər, eləcə də görüşün ikinci hissəsindən sonra qəbul edilən yekun bəyanatın mətni müəyyən fikirləri ön plana çıxarır:

– Görünür, görüşün birinci hissəsində Ermənistanın maraqlarının nəzərə alındığı məqamlar irəli sürülüb – bu Zəngəzur dəhlizi, Qarabağdakı “etnik ermənilər” və sərhəddə monitorinq missiyası ilə bağlı ola bilər; Azərbaycan prezidenti qətiyyətli şəkildə imtina edib və verdiyi müsahibə ilə rəsmi Bakının mövqeyini bir daha dilə gətirib; görüşün ikinci hissəsində İlham Əliyev Azərbaycanın maraqlarına uyğun tələblərin qəbul edildilməsinə nail olub;

Və 5 saat çəkən diplomatik döyüşdə Azərbaycanı qələbəsini təmin edib.

Asif Nərimanlı

Continue Reading

Previous: Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib
Next: Mişel Əliyev və Paşinyala keçirdiyi Praqa görüşündən paylaşım etdi

Bölmənin digər xəbərləri

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
  • Siyasət

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib

10 Dekabr, 2025
İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • Gündəm

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

6 Dekabr, 2025
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır
  • Siyasət

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

4 Dekabr, 2025

Top 7 Xəbər

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib 1

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib

11 Dekabr, 2025
Kreml: Donetsk vilayətinin Seversk şəhəri Rusiya ordusunun tam nəzarətinə keçib 2

Kreml: Donetsk vilayətinin Seversk şəhəri Rusiya ordusunun tam nəzarətinə keçib

11 Dekabr, 2025
Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb 3

Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb

11 Dekabr, 2025
Ən çox yağıntı düşən bölgələr açıqlanıb 4

Ən çox yağıntı düşən bölgələr açıqlanıb

11 Dekabr, 2025
Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsin məhkəməsi keçirilir 5

Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsin məhkəməsi keçirilir

11 Dekabr, 2025
Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib 6

Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib

11 Dekabr, 2025
Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib 7

Yaponiya ilə ABŞ Çin və Rusiya təyyarələrinin uçuşlarına cavab olaraq birgə təlim keçirib

11 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 482)
  • Dünya (3. 047)
  • Gündəm (10. 597)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8482) Dünya (3047) Gündəm (10597) Kateqoriyasızlar (437) Kriminal (1294) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (550)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib 11 Dekabr, 2025
  • Kreml: Donetsk vilayətinin Seversk şəhəri Rusiya ordusunun tam nəzarətinə keçib 11 Dekabr, 2025
  • Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb 11 Dekabr, 2025
  • Ən çox yağıntı düşən bölgələr açıqlanıb 11 Dekabr, 2025
  • Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsin məhkəməsi keçirilir 11 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.