Skip to content
12 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 491)
  • Dünya (3. 049)
  • Gündəm (10. 605)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

“Əl çəkin bundan, cəzalandırılacaqsınız” – Prezidentdən XƏBƏRDARLIQ

“Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt
Cavidan 25 İyul, 2022

“Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir”.

Bu sözləri Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib.

“Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir. Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var. Vəzifəli şəxslər yerli icra orqanlarının nümayəndələrinə göstəriş verirdilər ki, o torpağı mənə ver, bu torpağı mənə ver. Beləliklə də torpaq fondu azalırdı və torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət almışdır. Bu, təkcə regionlara aid olan məsələ deyil, Bakı şəhərində, Abşeron yarımadasında da belə hallar var. Yəqin siz də bilirsiniz, bu yaxınlarda ictimaiyyətin bir qrup nümayəndəsi mənə müraciət etmişdir ki, böyük tarixə malik olan Buzovna qayaları bəzi insanlar tərəfindən zəbt edilmişdir. Mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısına dərhal göstəriş verdim ki, bu məsələ araşdırılsın, mənə məruzə edilsin və mənə məruzə edildi. Çox böyük pozuntular aşkarlandı, çox böyük pozuntular. Bu qanunsuz əməllərə kimlər əl atıb? Dövlət məmurları və bəzi dırnaqarası sahibkarlar! Onların da siyahısı var. Bu, tarixə qarşı, bizim təbiətimizə qarşı cinayətdir. Bu qayalar Bakının rəmzidir, bu qayalar əsrlər boyu sahilimizin gözəlliyini əks etdirirdi. Bu qayalara insanlar yaxınlaşırdı, orada filmlər çəkilirdi. Kimsə bunu zəbt edir, onları sındırır, özləri üçün villa tikir.

Əfsuslar olsun ki, belə hallar çoxdur. Bu gün bir daha demək istəyirəm ki, bu hallara qarşı çox ciddi mübarizə aparılır. Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır”, – dövlət başçısı bildirib.

Continue Reading

Previous: Prezident 2 rayona yeni başçı təyin etdi
Next: Prezident bu gün təyin olunan yeni icra başçılarını qəbul edib

Bölmənin digər xəbərləri

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
  • Siyasət

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib

10 Dekabr, 2025
İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • Gündəm

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

6 Dekabr, 2025
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır
  • Siyasət

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

4 Dekabr, 2025

Top 7 Xəbər

Ərdoğan: Pakistan və Əfqanıstan arasında barışığa töhfə verməyə hazırıq 1

Ərdoğan: Pakistan və Əfqanıstan arasında barışığa töhfə verməyə hazırıq

12 Dekabr, 2025
Sabahdan havanın temperaturu 5-7 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq – XƏBƏRDARLIQ 2

Sabahdan havanın temperaturu 5-7 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq – XƏBƏRDARLIQ

12 Dekabr, 2025
Heydər Əliyev – yaşadığı keşməkeşli hadisələrin qalibi – ŞƏRH 3

Heydər Əliyev – yaşadığı keşməkeşli hadisələrin qalibi – ŞƏRH

12 Dekabr, 2025
Zod qızıl yatağında Ermənistanın hər-hansı bir qazıntı və istismar işlərinin aparmadığı aşkarlanıb 4

Zod qızıl yatağında Ermənistanın hər-hansı bir qazıntı və istismar işlərinin aparmadığı aşkarlanıb

12 Dekabr, 2025
Milli Məclisin dekabrın 16-na olan plenar iclasının gündəliyi açıqlanıb 5

Milli Məclisin dekabrın 16-na olan plenar iclasının gündəliyi açıqlanıb

12 Dekabr, 2025
“Reuters”: ABŞ Venesuela nefti daşıyan əlavə tankerləri ələ keçirə bilər 6

“Reuters”: ABŞ Venesuela nefti daşıyan əlavə tankerləri ələ keçirə bilər

12 Dekabr, 2025
Bakıda bir çox istiqamətlərdə nəqliyyatın sıxlığı müşahidə edilir 7

Bakıda bir çox istiqamətlərdə nəqliyyatın sıxlığı müşahidə edilir

12 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 491)
  • Dünya (3. 049)
  • Gündəm (10. 605)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8491) Dünya (3049) Gündəm (10605) Kateqoriyasızlar (437) Kriminal (1294) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (550)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ərdoğan: Pakistan və Əfqanıstan arasında barışığa töhfə verməyə hazırıq 12 Dekabr, 2025
  • Sabahdan havanın temperaturu 5-7 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq – XƏBƏRDARLIQ 12 Dekabr, 2025
  • Heydər Əliyev – yaşadığı keşməkeşli hadisələrin qalibi – ŞƏRH 12 Dekabr, 2025
  • Zod qızıl yatağında Ermənistanın hər-hansı bir qazıntı və istismar işlərinin aparmadığı aşkarlanıb 12 Dekabr, 2025
  • Milli Məclisin dekabrın 16-na olan plenar iclasının gündəliyi açıqlanıb 12 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.