Skip to content
9 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 457)
  • Dünya (3. 045)
  • Gündəm (10. 578)
  • İdman (592)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

“Nə ilə dolanırsınız, nədir işiniz?” – Prezidentin vətəndaşla dialoqu

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin “Smerç” raketləri ilə hücumu nəticəsində
Cavidan 4 Oktyabr, 2021

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin “Smerç” raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun əvəzinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub.

Prezidentlə icra başçısı və sakinin dialoqunu təqdim edir:

Sakinləri salamlayan Prezident İlham Əliyev dedi: Əvvəlki ev haradadır?

İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov: Əvvəlki ev buradadır. Oktyabrın 26-da şəhərin mərkəzinə atılan üç “Smerç” raketindən biri buraya düşmüşdü.

Prezident İlham Əliyev: “Smerç” düşmüşdü buraya?

Müstəqim Məmmədov: Bəli, “Smerç” düşmüşdü, yan-yana olan bu iki evi dağıtmışdı. Biri də oradadır.

Prezident İlham Əliyev: Əvvəlki ev budur?

Müstəqim Məmmədov: Bəli.

Prezident İlham Əliyev: Burada yaşayıblar?

Müstəqim Məmmədov: Bəli. Kəlbəcər rayonunun Susuzluq kəndindən.

Prezident İlham Əliyev: Buraya mərmi düşəndə harada idiniz?

Sakin: Təxminən 15-20 dəqiqə əvvəl sığınacağa getmişdik.

Prezident İlham Əliyev: Ümumi 30 mindən çox mərmi düşüb, 16 mini Tərtərə.

Müstəqim Məmmədov: Bəli.

Prezident İlham Əliyev: İndi bərpa işləri necə gedir?

Müstəqim Məmmədov: Cənab Prezident, demək olar ki, 62 ev dağılmışdı. Onların 36-sı tamamilə hazırdır, təhvil verilib, 26-da isə son tamamlama işləri yaxın günlərdə başa çatacaq.

Prezident İlham Əliyev: Məndəki arayışda göstərilir ki, Tərtərdə bərpa olunan yaşayış fondunun 84 faizi artıq təmin edilib.

Müstəqim Məmmədov: Bəli, tamamilə təmin olunub.

Prezident İlham Əliyev: Yəni, bir il ərzində 84 faizi.

Müstəqim Məmmədov: 82 yaşayış binasının hamısı dam örtüyü ilə təmin olunub.

Prezident İlham Əliyev: Məktəblər necə? Burada 17 məktəb dağılıb.

Müstəqim Məmmədov: Bəli, 17 məktəb təmir olunub. Sizin Sərəncamınızla modul tipli bir məktəb tikilir, hazırdır. 5 saylı şəhər məktəbinin isə artıq layihə-smeta sənədləri hazırlanıb, yaxın günlərdə inşasına başlayacağıq.

Prezident İlham Əliyev: Sonra sahibkarlıq obyektləri?

Müstəqim Məmmədov: 184 sahibkarlıq obyekti dağılmışdı, onların da artıq hamısı təmir olunub. 301 qeyri-yaşayış sahəsi dağıdılmışdı. Möhtərəm Prezident, əmlakına dəyən ziyana görə Sizin Sərəncamınızla bütün insanlara 6 milyon 202 min manat kompensasiya ödənilib, 545 baş heyvan üçün kompensasiya ödənilib. Ümumilikdə 6 milyon 794 min 200 manat verilib. Hətta əkin sahələrinə ziyan dəyənlərə də ödənilib. Yəni, əkin sahələrində səngər qazılanlara, mərmi düşməsi nəticəsində dağılanlara. Yəni, insanların bütün təbəqələrinin hamısına kompensasiyalar ödənilib.

Prezident İlham Əliyev: Nə ilə dolanırsınız, nədir işiniz?

Sakin: Dolanışığımız tinkçiliklədir.

Müstəqim Məmmədov: Tingçilik, heyvandarlıq.

Prezident İlham Əliyev: Heyvandarlıq? Mal-qara saxlayırsınız?

Sakin: Bəli. Ürəyimiz elə Kəlbəcəri deyir, cənab Ali Baş Komandan.

Prezident İlham Əliyev: Kəlbəcər kimi gözəl yer bəlkə də dünyada yoxdur.

Sakin: Bəli.

Prezident İlham Əliyev: Gəlin, burada şəkil çəkdirək.

Continue Reading

Previous: İlham Əliyevin Suqovuşandakı çıxışının TAM MƏTNİ
Next: “İrəvanda oturub banlamaqla…” – İlham Əliyev

Bölmənin digər xəbərləri

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • Gündəm

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

6 Dekabr, 2025
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır
  • Siyasət

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

4 Dekabr, 2025
Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası – ŞƏRH
  • Gündəm

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası – ŞƏRH

4 Dekabr, 2025

Top 7 Xəbər

Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək 1

Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək

9 Dekabr, 2025
Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb 2

Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb

9 Dekabr, 2025
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək 3

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək

9 Dekabr, 2025
Növbəti üç gündə leysan yağacaq – XƏBƏRDARLIQ 4

Növbəti üç gündə leysan yağacaq – XƏBƏRDARLIQ

9 Dekabr, 2025
Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq müzakirə olunub 5

Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq müzakirə olunub

9 Dekabr, 2025
“İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib 6

“İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

9 Dekabr, 2025
KİV: Tehran və Bakı müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı genişləndirə bilər 7

KİV: Tehran və Bakı müxtəlif sahələrdə iqtisadi əməkdaşlığı genişləndirə bilər

9 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 457)
  • Dünya (3. 045)
  • Gündəm (10. 578)
  • İdman (592)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8457) Dünya (3045) Gündəm (10578) Kateqoriyasızlar (436) Kriminal (1292) Mədəniyyət (322) Siyasət (2908) Texnologiya (14) İdman (592) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək 9 Dekabr, 2025
  • Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb 9 Dekabr, 2025
  • Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək 9 Dekabr, 2025
  • Növbəti üç gündə leysan yağacaq – XƏBƏRDARLIQ 9 Dekabr, 2025
  • Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq müzakirə olunub 9 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.