Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • “Azərbaycan hər zaman İƏT-in fəaliyyətini dəstəkləyib” – Prezident
  • Siyasət

“Azərbaycan hər zaman İƏT-in fəaliyyətini dəstəkləyib” – Prezident

“2021-ci ildə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasının 30-cu ili tamam olub. İƏT Azərbaycanın müstəqilliyinin bərpasından sonra
Cavidan 28 İyun, 2022
1656402188_04 (1)

“2021-ci ildə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasının 30-cu ili tamam olub. İƏT Azərbaycanın müstəqilliyinin bərpasından sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardandır”.

Bunu Prezident İlham Əliyev Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin turizm nazirlərinin islam konfransının 11-ci sessiyasının iştirakçılarına müraciətində bəyan edib.

“Azərbaycan hər zaman İƏT-in fəaliyyətini dəstəkləyib, üzv dövlətlər arasında həmrəyliyi, birliyin möhkəmləndirilməsi yolunda səylər göstərib. Biz bundan sonra da, bu işə hər tərəfli töhvəmizi verməyə davam edəcəyik. Bu illərdə İƏT-in fəal üzvü kimi Azərbaycan üzv dövlətlərin həm ikitərəfli əsasda, həm də beynəlxalq təsisatlar çərçivəsində öz əməkdaşlıq əlaqələrini qurub. Bakı şəhəri İƏT-ə üzv dövlətlərin sahəvi nazirlərinin bir çox iclaslarına ev sahibliyi edib.

2017-ci ildə Azərbaycanda islam həmrəyliyi ili elan olunub və 54 dövlətin iştirakı ilə 4-cü islam həmrəylik oyunları keçirilib. İƏT Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzünü və işğalçı siyasətini pisləyən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan, ölkəmizin suverənliyini, ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı qətnamələr və bəyatnatlar qəbul edib. 2020-ci ildə 44 günlük vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyaraq, ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri icra edib. Müharibə zamanı İƏT tərəfindən nümayiş olunan qətiyyətli mövqe və Azərbaycana verilən dəstəyi aşqışlayırıq.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur coğrafi mövqeyi, unikal relyef müxtəlifliyi, füsunkar təbiəti, qədim tarixi abidələri ilə zəngin turist potensialına malik bölgələrdir. Hazırda “Yaşıl Enerji” zonası elan edilmiş bu ərazilərdə aparılan geniş miqyaslı yenidənqurma və bərpa işləri “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarına uyğun həyata keçirilir.

Əfsuslar olsun ki, Ermənistan bu ərazilərdəki bütün mədəni irsimizi, o cümlədən islam dininə aid bütün abidələri dağıdıb, 67 məsciddən 65-ni yerlə yeksan edib, qalan məscidlərə isə ciddi zərər vurub, heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədərək, təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hislərini təhqir edib. Ermənistan burada həmçinin ekosit törədərək meşələrimizi məhv edib, torpaqlarımızı və çaylarımızı çirkləndirib və zəhərləndirib, şəhər və kəndlərimizi dağıdıb, çoxsaylı minalar basdırıb. İƏT əvvvəllər işğal altında olmuş ərazilərimizdə islam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının Ermənsitan tərəfindən dağıdılmasını və talan olunmasını qəti şəkildə pisləyib, məscidlərin təhqir edilməsini şiddətlə qınayıb. Biz buna görə, üzv dövlətlərə və İƏT baş katibliyinə bir daha təşəkkürümüzü bildiririk”, – deyə dövlət başçısı bəyan edib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək
Next: Parlament büdcənin icrasını qəbul etdi

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-06-25 162317
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

Cavidan 25 İyun, 2026
aj1mmDpj3XS6niqa8Se b
  • Siyasət

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb – YENİLƏNİB

Cavidan 25 İyun, 2026
Screenshot 2026-06-15 092509
  • Gündəm

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Cavidan 15 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 645)
  • Dünya (3. 417)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 006)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

“İntellektual gömrük” informasiya sistemi yaradılıb Ekran şəkli 2026-06-25 162317 1
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

25 İyun, 2026
TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb 277a64f4-30a3-3c0v 2
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

25 İyun, 2026
Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb CMST4L9dg3uCP1 v 3
  • Cəmiyyət

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

25 İyun, 2026
İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb – YENİLƏNİB aj1mmDpj3XS6niqa8Se b 4
  • Siyasət

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb – YENİLƏNİB

25 İyun, 2026
Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib 547d37ae-d642-3 v 5
  • Cəmiyyət

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib

25 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9645) Dünya (3417) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3006) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.