Skip to content
24 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • “Vəhşi diviziya”dan Müzəffər Orduya qədər uzanan yol…
  • Cəmiyyət
  • Siyasət

“Vəhşi diviziya”dan Müzəffər Orduya qədər uzanan yol…

Ordu bir dövlətin, onun xalqının, milli sərvətlərinin, mədəniyyətinin, tarixinin, bütövlüyünün və birliyinin qorunmasının əsas şərti, amilidir. Ordu həm
Cavidan 25 İyun, 2022
FotoJet - 2022-06-25T154659.933

Ordu bir dövlətin, onun xalqının, milli sərvətlərinin, mədəniyyətinin, tarixinin, bütövlüyünün və birliyinin qorunmasının əsas şərti, amilidir. Ordu həm də güc göstəricisi, siyasi arenada dövlətlərin sözünün kəsərini artıran, mövqeyini qəbul etdirən böyük bir silahdır.

İstər keçmiş, istərsə də müasir geosiyasi şərait güclü dövlət olmağın əsas şərti kimi qüdrətli orduya sahib olmağı ön plana çıxarır.

Azərbaycan xalqının tarixi şanlı zəfərlər və qələbələrlə zəngindir. Böyük sərkərdələrin, şanlı döyüşçülərin Vətəni olan Azərbaycanda milli ordu quruculuğunun tarixi isə XX əsrin əvvəllərinə – Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.

1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinin yaradılması qeyd edilib. 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə “Vəhşi diviziya” adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan korpusu” yaradılıb.

Ancaq təəssüf ki, 1920-ci ilin aprelindəki işğal Azərbaycanın milli ordusunun formalaşdırılması və inkişafı prosesinə son qoydu. Sovet dönəmində isə hərb sənətində necə mahir olduğu yaxşı bilinən azərbaycanlılar məqsədli şəkildə bu peşədən uzaqlaşdırıldılar, çoxlarının döyüş yolu isə sadəcə “tikinti batalyon”larında ağır işlərdə çalışdırılmaqdan ibarət oldu.

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra isə SSRİ dönəmindəki bu ayrı-seçkiliyin fəsadları aşkar şəkildə üzə çıxdı. Ölkədə hərb sahəsində ciddi kadr çatışmazlığı, peşəkar, ixtisaslaşmış hərbçilərin olmaması 1990-cı illərin əvvəllərində Qarabağda gedən şiddətli döyüşlərin taleyində həlledici rol oynadı.

1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı müasir ordu quruculuğumuz üçün mühüm dönüş nöqtəsi hesab olunmalıdır. 1994-cü il mayın 12-də atəşkəs imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu istiqamətində fəaliyyət sürətləndirildi, ordunun maddi-texniki təminatının, ordumuzun döyüş qabiliyyətinin artırılması sahəsində böyük işlərə start verildi.

Heydər Əliyevin böyük uzaqgörənliklə yenidən formalaşdırdığı Azərbaycan Ordusu Prezident İlham Əliyevin Ali Baş Komandanlığında öz tarixinin ən şanlı dövrünü yaşayır.

Azərbaycan dövləti hələ işğalın davam etdiyi dövrlərdə hər zaman münaqişənin sülh yolu ilə həllinə ümid etsə də, hərb yolunu da istisna etməyib. Buna səbəb isə ilk növbədə 30 ilə yaxın müddətdə torpaqlarımızı işğalda saxlayan Ermənistanın təcavüzkar ritorikası və işğalı əbədiləşdirmək cəhdləri olub.

Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti və uğurlu inkişaf strategiyası isə hər zaman qüdrətli ordu zərurətini diqqət mərkəzində saxlayıb. Bu baxımdan Azərbaycan Ordusunun imkanlarının genişləndirilməsi, ordunun müasir silah və texnikalarla təminatı, hərbi qulluqçuların döyüş ruhunun yüksəldilməsi üçün atılan addımlar əvvəlcə Aprel döyüşləri, sonradan isə tariximizin şanlı səhifəsi – 44 günlük Vətən müharibəsində öz nəticəsini göstərdi.

Bu proses Azərbaycanda vahid bir mexanizmin tərkib hissəsi olaraq həyata keçirildi. İqtisadi inkişaf həm əhalinin sosial-iqtisadi şəraitinin yüksəldilməsi, həm də qüdrətli ordunun yaradılmasında açar rolunu oynadı. Azərbaycan dövləti hər zaman ərazi bütövlüyünü bərpa etmək vəzifəsini prioritet kimi qəbul edərək atılan bütün addımlarda tarixi Zəfər üçün əsas – zəmin hazırladı.

2020-ci ilin 8 noyabrında Şuşanın azad edilməsi uzun illər ərzində aparılmış məqsədyönlü siyasətin, ordu quruculuğunun təntənəsi oldu. 10 noyabr tarixi isə Azərbaycan xalqının tarixində qüdrətli, müzəffər ordunun şanlı qələbə ilə nəticələndirdiyi ümumxalq mübarizəsinin yekunu oldu. Eyni tarix ermənilər üçün kapitulyasiya aktına imza atılmasının, rüsvayçılıq və rəzil duruma düşməyin simvoluna çevrildi.

“Vəhşi diviziya”dan NATO standartlarına cavab verən müasir – Müzəffər Azərbaycan Ordusuna qədər uzanan yolda ordumuz bu gün layiq olduğu zirvələrdə, Azərbaycan xalqının qəlbində taxt qurub. Vətən müharibəsində şəhidlərinin qanı, qəhrəman oğul və qızlarının şücaəti hesabına yazdığı salnamə Azərbaycan Ordusunun qüdrətinin bütün dünyaya səs salmasına gətirib çıxarıb.

Azərbaycan Ordusu bu gün regionun və dünyanın ən qüdrətli, yüksək döyüş qabiliyyətli orduları sırasında yer tutur. Bu ordunun imkanları dosta da, düşmənə də yaxşı bəllidir.

Bu gün Azərbaycan dövləti öz qüdrətini həm də güclü ordusu hesabına daha da möhkəmləndirir. Vətən müharibəsində qazanılmış tarixi qələbədən sonra da bu proses uğurla davam etdirilir.

Bir vaxtlar prioritet vəzifəsi ərazi bütövlüyümüzü bərpa etmək olan ordumuz, bundan sonra da həmin bütöv və qüdrətli Azərbaycanın qorunmasında öz missiyasını layiqincə yerinə yetirəcək, daim öz xalqının iftixar mənbəyi kimi tarixin şanlı səhifələrində özünə yer tapacaq!

Oxu.az

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Ordumuzun Türkiyə modelinə uyğun təkmilləşdirilməsində müsbət nəticələr var” – Zakir Həsənov
Next: “Rusiya yaxın aylarda “İsgəndər-M” raket sistemlərini Belarusa təhvil verəcək”- Putin

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-24 103054
  • Cəmiyyət

Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir

Cavidan 24 İyun, 2026
  • Cəmiyyət

Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib

Cavidan 24 İyun, 2026
Screenshot 2026-06-23 173441
  • Cəmiyyət

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI

Cavidan 23 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 637)
  • Dünya (3. 413)
  • Gündəm (11. 896)
  • İdman (666)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (516)
  • Kriminal (1. 404)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir Screenshot 2026-06-24 103054 1
  • Cəmiyyət

Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir

24 İyun, 2026
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib Screenshot 2026-06-24 095133 2
  • Dünya

Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

24 İyun, 2026
Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq Screenshot 2026-06-24 092356 3
  • Kateqoriyasızlar

Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq

24 İyun, 2026
Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib 4
  • Cəmiyyət

Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib

24 İyun, 2026
İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI Screenshot 2026-06-23 173441 5
  • Cəmiyyət

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI

23 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9637) Dünya (3413) Gündəm (11896) Kateqoriyasızlar (516) Kriminal (1404) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (666) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.