Skip to content
29 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Prezidentlərin geniş tərkibdə görüşü oldu – YENİLƏNİB
  • Gündəm
  • Siyasət

Prezidentlərin geniş tərkibdə görüşü oldu – YENİLƏNİB

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olub. Görüşdə
Cavidan 18 May, 2022
1652863274.ilham

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olub.

Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib:

  • Cənab Prezident, nümayəndə heyətinin üzvləri, bir daha Azərbaycana xoş gəlmisiniz. Bir qədər əvvəl biz cənab Prezidentlə ikitərəfli əməkdaşlığımızın müxtəlif mühüm məsələləri, eləcə də regional inkişaf, sözsüz ki, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı ilə bağlı çox yaxşı və geniş müzakirələr apardıq. Biz baxışlarımızda çox oxşarlıq olduğunu görürük.

İkitərəfli əlaqələrin inkişafına gəlincə, biz çox nikbin fikirdəyik. Biz cənab Prezidentlə iqtisadi sektorda ümidverici olduğunu düşündüyümüz sahələri müzakirə etdik. Düşünürəm ki, bu gün nümayəndə heyətlərinin üzvləri artıq təmaslara başlayıb və bunu davam etdirəcəklər. Çünki müxtəlif sahələrə məsul olan şəxslər arasında birbaşa şəxsi təmaslar qurmaq vacibdir. Əlbəttə ki, biznes forum çox ümidvericidir. Bilirəm ki, sənədlər imzalanacaq, həmçinin mühüm olan odur ki, biznes dairələrimiz arasında birbaşa təmaslar qurulacaq. Cənab Prezidentlə müzakirə etdiyimiz kimi, potensial əməkdaşlıq sahələri, – informasiya texnologiyalarından başlayaraq, kənd təsərrüfatı, turizm, enerji, bərpa olunan enerji mənbələri, nəqliyyata qədər, – həqiqətən də çox genişdir. Düşünürəm ki, biz çox yaxşı nəticələrə nail ola bilərik. Çünki bizim münasibətlərimizin çox yaxşı siyasi təməli var və Prezidentin rəsmi səfəri ikitərəfli əlaqələrdə mühüm amildir.

Həmçinin Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi yolları ilə bağlı qarşılıqlı anlaşma var. Biz Avropa İttifaqı ilə sıx əlaqələrə dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya, onun hökumətinə, Prezidentinə minnətdarıq. Əlbəttə ki, bu yaxşı fürsətdən istifadə edərək ikitərəfli əlaqələri gücləndirməliyik. Həmçinin biz regional vəziyyəti, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini geniş müzakirə etdik. Bilirəm ki, Azərbaycandan sonra Prezident Ermənistana səfər edəcək. Beləliklə, əminəm ki, bu səfər başa çatandan sonra onda tam təsəvvür formalaşacaq. Amma bizim mövqeyimiz çox açıqdır. Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik. Beləliklə, cənab Prezident, nümayəndə heyətlərinin üzvləri arasında müzakirə olunmalı çox məsələlər var.

Bir daha xoş gəlmisiniz və Azərbaycana səfər etdiyiniz üçün Sizə təşəkkür edirik.

Litva Prezidenti Gitanas Nauseda deyib:

  • Təşəkkür edirəm, cənab Prezident. Siz bizim müzakirə etmək imkanımızın olduğu məsələləri artıq qeyd etdiniz. Onların arasında regionda təhlükəsizliklə bağlı vəziyyət və ümumilikdə bir çox sahələrdə əməkdaşlığımız və iqtisadi əməkdaşlıq xüsusilə mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən nazir müavinlərindən ibarət nümayəndə heyəti, iqtisadiyyat, nəqliyyat, təhsil, kənd təsərrüfatı nazirlərinin müavinləri mənimlə birlikdədirlər. Biz artıq çox ümidverici ola biləcək sahələri müzakirə etdik, xüsusilə ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasına nail olmağa çalışırıq. Mən artıq Azərbaycandan idxalın bir neçə dəfə artığının şahidi oldum. Əfsuslar olsun ki, bizim ixracımızla bağlı vəziyyət bu cür deyil. İstənilən halda, şadıq ki, sizin işləriniz yaxşı gedir. Mən Litva üçün əhəmiyyəti getdikcə artan sahələrdə əməkdaşlıq üzrə böyük potensial görürəm. Bunlar yüksək əlavə dəyərə malik sektorlardır. Maliyyə texnologiyası, İKT, biotexnologiyalar, lakin, əlbəttə ki, ənənəvi sahələr də, ərzaq məhsulları mühüm əhəmiyyət kəsb edir. Litva ənənəvi olaraq ərzaq məhsullarının ixracında çox güclü olub. İxracımızın ən böyük hissəsi Avropa İttifaqı bazarının payına düşür. Bilirsiniz ki, Avropa İttifaqı bazarının tələbləri çox yüksəkdir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Litva Prezidenti və xanımının şərəfinə rəsmi ziyafət verildi
Next: “Ermənistanla sülh sazişi imzalamaq istəyirik” – İlham Əliyev

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-27 161735
  • Dünya

London və Tehran razılığa gəldi

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 150343
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 143920
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

Cavidan 27 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 653)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək Screenshot 2026-06-29 084341 1
  • Cəmiyyət

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək

29 İyun, 2026
London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 2
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 3
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 4
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 5
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9653) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.