Skip to content
27 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 757)
  • Dünya (3. 151)
  • Gündəm (10. 956)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Prezidentlərin geniş tərkibdə görüşü oldu – YENİLƏNİB

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olub. Görüşdə
Cavidan 18 May, 2022

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olub.

Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib:

  • Cənab Prezident, nümayəndə heyətinin üzvləri, bir daha Azərbaycana xoş gəlmisiniz. Bir qədər əvvəl biz cənab Prezidentlə ikitərəfli əməkdaşlığımızın müxtəlif mühüm məsələləri, eləcə də regional inkişaf, sözsüz ki, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı ilə bağlı çox yaxşı və geniş müzakirələr apardıq. Biz baxışlarımızda çox oxşarlıq olduğunu görürük.

İkitərəfli əlaqələrin inkişafına gəlincə, biz çox nikbin fikirdəyik. Biz cənab Prezidentlə iqtisadi sektorda ümidverici olduğunu düşündüyümüz sahələri müzakirə etdik. Düşünürəm ki, bu gün nümayəndə heyətlərinin üzvləri artıq təmaslara başlayıb və bunu davam etdirəcəklər. Çünki müxtəlif sahələrə məsul olan şəxslər arasında birbaşa şəxsi təmaslar qurmaq vacibdir. Əlbəttə ki, biznes forum çox ümidvericidir. Bilirəm ki, sənədlər imzalanacaq, həmçinin mühüm olan odur ki, biznes dairələrimiz arasında birbaşa təmaslar qurulacaq. Cənab Prezidentlə müzakirə etdiyimiz kimi, potensial əməkdaşlıq sahələri, – informasiya texnologiyalarından başlayaraq, kənd təsərrüfatı, turizm, enerji, bərpa olunan enerji mənbələri, nəqliyyata qədər, – həqiqətən də çox genişdir. Düşünürəm ki, biz çox yaxşı nəticələrə nail ola bilərik. Çünki bizim münasibətlərimizin çox yaxşı siyasi təməli var və Prezidentin rəsmi səfəri ikitərəfli əlaqələrdə mühüm amildir.

Həmçinin Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi yolları ilə bağlı qarşılıqlı anlaşma var. Biz Avropa İttifaqı ilə sıx əlaqələrə dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya, onun hökumətinə, Prezidentinə minnətdarıq. Əlbəttə ki, bu yaxşı fürsətdən istifadə edərək ikitərəfli əlaqələri gücləndirməliyik. Həmçinin biz regional vəziyyəti, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini geniş müzakirə etdik. Bilirəm ki, Azərbaycandan sonra Prezident Ermənistana səfər edəcək. Beləliklə, əminəm ki, bu səfər başa çatandan sonra onda tam təsəvvür formalaşacaq. Amma bizim mövqeyimiz çox açıqdır. Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik. Beləliklə, cənab Prezident, nümayəndə heyətlərinin üzvləri arasında müzakirə olunmalı çox məsələlər var.

Bir daha xoş gəlmisiniz və Azərbaycana səfər etdiyiniz üçün Sizə təşəkkür edirik.

Litva Prezidenti Gitanas Nauseda deyib:

  • Təşəkkür edirəm, cənab Prezident. Siz bizim müzakirə etmək imkanımızın olduğu məsələləri artıq qeyd etdiniz. Onların arasında regionda təhlükəsizliklə bağlı vəziyyət və ümumilikdə bir çox sahələrdə əməkdaşlığımız və iqtisadi əməkdaşlıq xüsusilə mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən nazir müavinlərindən ibarət nümayəndə heyəti, iqtisadiyyat, nəqliyyat, təhsil, kənd təsərrüfatı nazirlərinin müavinləri mənimlə birlikdədirlər. Biz artıq çox ümidverici ola biləcək sahələri müzakirə etdik, xüsusilə ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasına nail olmağa çalışırıq. Mən artıq Azərbaycandan idxalın bir neçə dəfə artığının şahidi oldum. Əfsuslar olsun ki, bizim ixracımızla bağlı vəziyyət bu cür deyil. İstənilən halda, şadıq ki, sizin işləriniz yaxşı gedir. Mən Litva üçün əhəmiyyəti getdikcə artan sahələrdə əməkdaşlıq üzrə böyük potensial görürəm. Bunlar yüksək əlavə dəyərə malik sektorlardır. Maliyyə texnologiyası, İKT, biotexnologiyalar, lakin, əlbəttə ki, ənənəvi sahələr də, ərzaq məhsulları mühüm əhəmiyyət kəsb edir. Litva ənənəvi olaraq ərzaq məhsullarının ixracında çox güclü olub. İxracımızın ən böyük hissəsi Avropa İttifaqı bazarının payına düşür. Bilirsiniz ki, Avropa İttifaqı bazarının tələbləri çox yüksəkdir.

Continue Reading

Previous: Litva Prezidenti və xanımının şərəfinə rəsmi ziyafət verildi
Next: “Ermənistanla sülh sazişi imzalamaq istəyirik” – İlham Əliyev

Bölmənin digər xəbərləri

Gələn ildən XI sinifdə xarici dil fənni üzrə tətbiq ediləcək yeni imtahan modeli müzakirə olunub
  • Cəmiyyət

Gələn ildən XI sinifdə xarici dil fənni üzrə tətbiq ediləcək yeni imtahan modeli müzakirə olunub

27 Yanvar, 2026
Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub
  • Dünya

Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub

27 Yanvar, 2026
Deputat: Rusiyada “Telegram” seçkilərə qədər tamamilə bloklanacaq
  • Cəmiyyət

Deputat: Rusiyada “Telegram” seçkilərə qədər tamamilə bloklanacaq

27 Yanvar, 2026

Top 7 Xəbər

Gələn ildən XI sinifdə xarici dil fənni üzrə tətbiq ediləcək yeni imtahan modeli müzakirə olunub 1

Gələn ildən XI sinifdə xarici dil fənni üzrə tətbiq ediləcək yeni imtahan modeli müzakirə olunub

27 Yanvar, 2026
Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub 2

Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub

27 Yanvar, 2026
Deputat: Rusiyada “Telegram” seçkilərə qədər tamamilə bloklanacaq 3

Deputat: Rusiyada “Telegram” seçkilərə qədər tamamilə bloklanacaq

27 Yanvar, 2026
Son 5 ildə pərakəndə ticarət dövriyyəsi 53 faiz artıb – Statistika 4

Son 5 ildə pərakəndə ticarət dövriyyəsi 53 faiz artıb – Statistika

27 Yanvar, 2026
“5 yaşlı uşağın yaşadığı qorxu və itirdiyi ata artıq geri qaytarıla bilməz” 5

“5 yaşlı uşağın yaşadığı qorxu və itirdiyi ata artıq geri qaytarıla bilməz”

27 Yanvar, 2026
ABŞ-də qarlı havanın qurbanlarının sayı 30-u keçdi 6

ABŞ-də qarlı havanın qurbanlarının sayı 30-u keçdi

27 Yanvar, 2026
Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb – YENİLƏNİB 7

Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb – YENİLƏNİB

27 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 757)
  • Dünya (3. 151)
  • Gündəm (10. 956)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8757) Dünya (3151) Gündəm (10956) Kateqoriyasızlar (454) Kriminal (1319) Mədəniyyət (329) Siyasət (2929) Texnologiya (14) İdman (611) İqtisadiyyat (564)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Gələn ildən XI sinifdə xarici dil fənni üzrə tətbiq ediləcək yeni imtahan modeli müzakirə olunub 27 Yanvar, 2026
  • Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub 27 Yanvar, 2026
  • Deputat: Rusiyada “Telegram” seçkilərə qədər tamamilə bloklanacaq 27 Yanvar, 2026
  • Son 5 ildə pərakəndə ticarət dövriyyəsi 53 faiz artıb – Statistika 27 Yanvar, 2026
  • “5 yaşlı uşağın yaşadığı qorxu və itirdiyi ata artıq geri qaytarıla bilməz” 27 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.