Skip to content
6 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • “Zəngəzur dəhlizinin əhəmiyyəti xüsusi vurğulanmalıdır” – Baş nazir
  • Siyasət

“Zəngəzur dəhlizinin əhəmiyyəti xüsusi vurğulanmalıdır” – Baş nazir

Postmüharibə dövrünün genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, yeni geosiyasi reallıqları Azərbaycana regional nəqliyyat-logistika qovşağı kimi güclü mövqe qazandırır.Bu
Cavidan 7 May, 2022
1649927274.eli-esedov

Postmüharibə dövrünün genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, yeni geosiyasi reallıqları Azərbaycana regional nəqliyyat-logistika qovşağı kimi güclü mövqe qazandırır.
Bu fikirlər Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində yer alıb.
“Eyni zamanda regionda kommunikasiya əlaqələrinin açılması bölgədəki bütün dövlətlərə fayda gətirəcək və beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu gücləndirəcək. Bu kontekstdə Zəngəzur dəhlizinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək bu dəhliz, eyni zamanda beynəlxalq yükdaşımaları baxımından da mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan münaqişə səhifəsini çevirməyə, sərhədlərin delimitasiyasına və demarkasiyasına, sülh sazişi üzrə danışıqların başlanmasına hazırdır. Bu gün Azərbaycan öz vəsaiti hesabına, heç kimdən asılı olmayaraq işğaldan azad edilmiş şəhər və rayonlarımızın bərpası üzrə təsdiq olunmuş baş planlar əsasında intensiv şəkildə həyata keçirdiyi layihələrdə “ağıllı idarəetmə”, “yaşıl enerji” konsepsiyasını gerçəkləşdirir, yüksək texnologiyalar və müasir yanaşmalar nümayiş etdirir”, – Baş nazir vurğulayıb.
Prezident İlham Əliyev azad edilmiş torpaqları addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edir:
“Fantastik sürətlə, cəmi 8 ay ərzində inşa edilmiş, “Qarabağın hava qapısı” – Füzuli Beynəlxalq Hava Limanı, hazırda inşası aparılan Zəngilan və Laçın beynəlxalq hava limanları, igid əsgər və zabitlərimizin Şuşaya adladıqları tarixi Zəfər yolu da daxil olmaqla, bugünədək inşa edilmiş 1 000 kilometrədək avtomobil yolları, mürəkkəb relyefli ərazilərdə yüksək sürət və texnologiyalarla inşa edilən tunellər, yol ötürücüləri bölgənin inkişafına əhəmiyyətli təkan verməklə yanaşı, müasir tələblərə uyğun hərbi, siyasi və strateji əhəmiyyətli yol-nəqliyyat infrastrukturun yaradılmasına xidmət edir”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Müdafiə Nazirliyi əsgərlərimiz üçün kitab toplayır
Next: Boris Conson Zelenskinin pencəyini 90 min funta satdı

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-04 152001
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

Cavidan 4 İyul, 2026
Screenshot 2026-07-01 154646
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

Cavidan 1 İyul, 2026
Ekran şəkli 2026-06-25 163725
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 690)
  • Dünya (3. 434)
  • Gündəm (11. 924)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 407)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub Ekran şəkli 2026-07-04 160124 1
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

4 İyul, 2026
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL Ekran şəkli 2026-07-04 152001 2
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

4 İyul, 2026
İmişlidə zəlzələ olub Ekran şəkli 2026-07-04 145221 3
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

4 İyul, 2026
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir Ekran şəkli 2026-07-04 131113 4
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

4 İyul, 2026
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib Ekran şəkli 2026-07-04 124159 5
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9690) Dünya (3434) Gündəm (11924) Kateqoriyasızlar (520) Kriminal (1407) Mədəniyyət (355) Siyasət (3009) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.