Aprelin 27-də Şuşada parlamentin İctimai birliklər və dini qurumlar və İnsan hüquqları komitələrinin birgə iclası keçiriləcək.
İclasın gündəliyinə 3 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:
1. İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı dinləmə;
2. Böyük Qayıdış: Məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu ilə bağlı dinləmə;
3. Şuşa ili: Qarabağda zəfərin davamı kimi beynəlxalq hüquqi, regional və humanitar nəticələrlə bağlı dinləmələr.
Qeyd edək ki, Milli Məclisdə komitələrin iclaslarının Şuşada keçirilməsi üçün qrafik tutulub.
Bölmələr
- Cəmiyyət (6. 964)
- Dünya (2. 478)
- Gündəm (8. 732)
- İdman (469)
- İqtisadiyyat (465)
- Kateqoriyasızlar (347)
- Kriminal (1. 156)
- Mədəniyyət (266)
- Siyasət (2. 631)
- Texnologiya (14)