Skip to content
10 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 049)
  • Dünya (3. 257)
  • Gündəm (11. 365)
  • İdman (633)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (471)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 963)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yayıb

Azərbaycan Respubikası Xarici İşlər Nazirliyi 27 sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə bağlı bəyanat yayıb Bəyanatda deyilir:
Cavidan 27 Sentyabr, 2021

Azərbaycan Respubikası Xarici İşlər Nazirliyi 27 sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə bağlı bəyanat yayıb

Bəyanatda deyilir:

“Bir il bundan öncə bu gün, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistan Respublikasının silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını almaq üçün cavab tədbirlərinə başladı.

Bu tədbirlər Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə həyata keçirildi. Bu, 44 günlük Vətən müharibəsinin başlanğıcını qoydu.

Vətən müharibəsi Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoydu, Azərbaycan ərazi bütövlüyünü təmin etdi, bir milyona yaxın azərbaycanlının fundamental hüquqları bərpa edildi. Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdi.

Azərbaycanın ərazilərinin işğalına son qoyulması bu torpaqlarda Ermənistan tərəfindən onilliklər ərzində həyata keçirilən qeyri-qanuni fəaliyyəti geniş şəkildə üzə çıxardı. Buraya kütləvi şəkildə minaların basdırılması, Azərbaycanın tarixi, mədəni, dini irsinin məqsədli şəkildə məhv edilməsi, mənimsənilməsi, təbii ehtiyatların talan edilməsi, infrastrukturun darmadağın edilməsi və digər beynəlxalq hüquq pozuntuları daxildir. Həmçinin Ermənistanın çoxsaylı müharibə cinayətlərinə dair dəlillər aşkar edildi. Ermənistanı beynəlxalq humanitar hüquq və insan hüquqları pozuntularına görə məsuliyyətə cəlb edilmək üçün Azərbaycan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinə müraciətlər etdi.

Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərini həyata keçirən, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atan Azərbaycan Hökuməti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması istiqamətində tədbirlər görür.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Ordusunun şücaəti nəticəsində əldə etdiyimiz Qələbə Azərbaycan Respublikası tarixinin yeni dövrünü açdı, bölgədəki reallıqları dəyişdi və beynəlxalq ədaləti bərqərar etdi.

Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, və beynəlxalq sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Biz Ermənistanı bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə bu fundamental prinsiplərə hörmət etməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə Anım Günü kimi qeyd edilən 27 sentyabr tarixində Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik”.

Continue Reading

Previous: Birinci vitse-prezident: “Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq”
Next: 27 sentyabr – Cənub Qafqazda yeni şəraitin başlanğıc tarixi, Zəfərə aparan yol

Bölmənin digər xəbərləri

Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər
  • Siyasət

Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər

9 Mart, 2026
Azərbaycan MN: Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik
  • Siyasət

Azərbaycan MN: Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik

9 Mart, 2026
Prezident İlham Əliyev Moldova xarici işlər nazirini qəbul edib
  • Gündəm

Prezident İlham Əliyev Moldova xarici işlər nazirini qəbul edib

6 Mart, 2026

Top 7 Xəbər

Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib 1

Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib

9 Mart, 2026
Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər 2

Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər

9 Mart, 2026
Azərbaycan MN: Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik 3

Azərbaycan MN: Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik

9 Mart, 2026
İsrail Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb 4

İsrail Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb

9 Mart, 2026
İsrail Beyrutda “Hizbullah”a qarşı yeni aviazərbələr dalğasına başlayır 5

İsrail Beyrutda “Hizbullah”a qarşı yeni aviazərbələr dalğasına başlayır

9 Mart, 2026
Sabah Bakıda hava yağmursuz keçəcək 6

Sabah Bakıda hava yağmursuz keçəcək

9 Mart, 2026
Bəhreynin “Bapco Energies” şirkəti fors-major elan edib 7

Bəhreynin “Bapco Energies” şirkəti fors-major elan edib

9 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 049)
  • Dünya (3. 257)
  • Gündəm (11. 365)
  • İdman (633)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (471)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 963)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9049) Dünya (3257) Gündəm (11365) Kateqoriyasızlar (471) Kriminal (1345) Mədəniyyət (338) Siyasət (2963) Texnologiya (14) İdman (633) İqtisadiyyat (574)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib 9 Mart, 2026
  • Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər 9 Mart, 2026
  • Azərbaycan MN: Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik 9 Mart, 2026
  • İsrail Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb 9 Mart, 2026
  • İsrail Beyrutda “Hizbullah”a qarşı yeni aviazərbələr dalğasına başlayır 9 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.