Azərbaycan istehsalı olan daha bir məhsulun dəmir yolu ilə ixracına başlanılıb
Xüsusi

13 İyul 2021

Dəmir yolu xətti ilə Azərbaycanda istehsal olunan sementin xaricə nəqlinə başlanılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-dən verilən məlumata əsasən, qurum ixrac rejimində növbəti növ yüklərin nəqlinə başlayıb.

Yerli şirkət tərəfindən istehsal olunan sementin dəmir yolu ilə Gürcüstana daşınmasına start verilib. Yüklərin qonşu ölkəyə nəql edilməsi və vaqonların geri dönməsi ümumilikdə 6-7 günə həyata keçirilir.

Qeyd edək ki, bu yüklərin daşınması üçün 50 vaqon ayırıb ki, hər ay dörd belə daşımanın həyata keçirilməsi nəzərdə tutulur.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

 

Top