“Yaradılmış fondlara özəl sektorun köçürmələri üstünlük təşkil edir” - Nazir
Xüsusi

04 İyun 2021

“Həmişə olduğu kimi, bu gün də Azərbaycanda dövlət sahibkarın yanındadır”.

Bunu İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransının açılış mərasimində çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, koronavirus (COVID-19) pandemiyası dövründə dövlət sahibkarlara 1 milyard manatlıq dəstək verib.

“Təsadüfi deyil ki, son 2 ildə yaradılmış bir sıra fondlara özəl sektorun köçürmələri üstünlük təşkil edir. Bu da biznesin sosial məsuliyyətinin inkişafının bariz göstəricisidir. Onu da deyim ki, ölkədə qeyri-formal fəaliyyət göstərən sahibkarlar formal fəaliyyətə keçməyə başlayır", - deyə M.Cabbarov əlavə edib.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

 

Top