Mahir Emreli Polşada ilk titulunu qazana bilər
Xüsusi

17 İyul 2021

Mahir Emreli bu yay transfer olunduğu “Legiya”da ilk titulunu qazana bilər.

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” bu gün Polşa Superkubokunun oyununa çıxacaq.

Onun rəqibi ötən mövsüm Polşa kubokunun qalibi olan “Rakuv”dur.

Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xatırladaq ki, 24 yaşlı hücumçu Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Budö/Qlimt”ə qarşı birinci oyunda yeni komandası ilə ilk rəsmi oyununa çıxıb. O, yoxlama oyunlarında altı, Çempionlar Liqasının iki matçında iki qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

 

Top