İDMAN (474)

 


Azərbaycana tanınmış futbol veteranları gələcək.

7-8 may tarixlərində Bakıda AVRO-2020-nin (futbol üzrə Avropa çempionatı) kuboku nümayiş etdiriləcək.

1992-ci ilin danimarkalı Avropa çempionları – Peta Smaykl, Brian Laudrop, Fleminq Poulsen, 2008-ci ilin almaniyalı finalçısı Filipp Lam və Avropa çempionatının niderlandlı yarımfinalçısı Vesli Sneyder ulduz səfir kimi turda iştirak edəcəklərini artıq təsdiqləyiblər.

Həmçinin, AVRO-2020-nin maskotu olan “Skillzy” özünün fristayl bacarıqlarını nümayiş etdirəcək.

Qeyd edək ki, kubok meydan sahibi şəhərlərdən artıq üçündə olub. Roma, Buxarest və Budapeşti “gəzmiş” kubok dördüncü şəhər kimi Bakıda nümayiş etdiriləcək.

Pandemiya səbəbindən kuboku azarkeşlər yalnız “Volkswagen” ID.3 avtomobilində görmək imkanı əldə edəcək. Kubok həmin avtomobilin damındakı şüşə vitrində nümayiş olunacaq. Bu zaman azarkeşlər onunla foto və video çəkmək imkanı qazanacaq.

Xatırladaq ki, AVRO-2020 11 şəhərin ev sahibliyi ilə keçiriləcək. Pandemiya səbəbindən ötən il baş tutmayan mötəbər yarış bu ilin 11 iyun - 11 iyul tarixlərində təşkil olunacaq. Bakı Olimpiya Stadionu A qrupunun üç və 1/4 finalın bir matçına ev sahibliyi edəcək.

 

6-9 may tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat turniri keçiriləcək. Bu yarışda 84 ölkədən 474 güləşçi Olimpiadaya 36 lisenziya üçün mübarizə aparacaq.

Azərbaycan bu yarışda 13 lisenziyaya iddia edəcək. Uzun müddətdən sonra Olimpiya, ikiqat Avropa mükafatçısı və dünya çempionu Rəsul Çunayev güləş döşəyinə qayıdacaq. O, öz çəkisində lisenziya qazanmağa çalışacaq. Sərbəst güləşdə ikiqat dünya və beşqat Avropa mükafatçısı Camaləddin Məhəmmədovu isə gənc Vahid Qalayev əvəzləyəcək.

Artıq millimizin bu yarışda iştirak edəcəyi ilkin heyət bəllidir:

Sərbəst güləş: Georgi Edişeraşvili (57 kq), Əbubəkr Abakarov (86 kq), Vahid Qalayev (125 kq),

Yunan-Roma güləşi: Murad Məmmədov (60 kq), Rəsul Çunayev (67 kq), Rafiq Hüseynov (77 kq), Murad Lokyayev (97 kq), Beka Kandelaki (130 kq),

Qadın güləşi: Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq), Gözəl Zutova (76 kq).

Qeyd edək ki, Azərbaycan sərbəst güləşdə üç, yunan-Roma və qadın güləşində bir lisenziyanı əvvəlki iki yarışda təmin edib.

1 -dən səhifə 24

 

Top