Göygöldə hərbçilər qəzaya DÜŞDÜ - Yaralılar var

17 İyul 2021

Bu gün Göygöl rayonunda Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarına (DQ) məxsus “Ural” markalı avtomobil aşıb.

DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, hadisə günorta saatlarında rayonun Aşıqlı kəndində baş verib.

Onun sözlərinə görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

"Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfərin vəziyyətinin orta-ağır olduğundan hospitala yerləşdirilib. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb”, - deyə DİN rəsmisi vurğulayıb.

E. Zahidov qeyd edib ki, faktla bağlı araşdırma aparılır.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

 

Top