Pakistanda sərnişinlə dolu avtobus çaya düşdü

08 İyun 2021

Pakistanın Xeybər-Paxtunkva əyalətində sərnişin mikroavtobusu çaya düşüb.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Hadisə baş verən vaxt avtobusda 18 nəfər olub.

Xilasedicilər hələ ki, sudan yalnız bir nəfərin cəsədini çıxara biliblər.

17 sərnişin itkin düşmüş hesab olunur. Axtarışlara peşəkar dalğıclar iştirak edirlər.

İlkin məlumata görə, sürücü kəskin dönmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirib və nəticədə mikroavtobus yoldan çıxaraq aşıb.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

 

Top