Çavuşoğlu Cənubi Qafqaz barədə: “Fransa ilə birgə qalıcı sülhə töhfə verə bilərik”
Xüsusi

07 İyun 2021

 


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan və Ermənsitan arasında qalıcı sülhün təmin edilməsi məsələsinə toxunub.

Bu barədə o Fransanın “L'Opinion” qəzetinə müsahibəsində deyib.

“Cənubi Qafqazda Azərbaycan və Ermənistanın çiçəklənməsinə fayda gətirəcək davamlı sülhü dəstəkləyə bilərik. Tarixin siyasi məqsədlər üçün alət olunması və təhrif edilməsi heç vaxt mübahisəni həll etməyib və ədalət bərpa olunmayıb”.

Çavuşoğu qeyd edib ki, erməni ekstremistlərin əsassız iddialarının Türkiyə-Fransa münasibətlərinə təsirinin qarşısı alınarsa, Türkiyə və Fransa birgə səy göstərərək Cənubi Qafqazın sabitliyinə daha yaxşı töhfə verə bilər.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

 

Top