Tarixə görə çeşidlənmiş məqalələr Çərşənbə, 07 İyul 2021

 

“BakuBus”a məxsus sərnişin avtobusu sürücüsünün mobil telefondan istifadə etdiyi üçün qəza törətməsinə görə şirkətə xəbərdarlıq olunub.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Unikal.org-a açıqlamasında bildirib ki, sərnişindaşımalarda təhlükəsizliyin təmin olunması ən vacib məqamlardan biridir: “Bununla bağlı “BakuBus” MMC də daxil bütün daşıyıcılara mütəmadi olaraq tapşırıq və tövsiyələr verilir.

Sərnişinlərin həyatı üçün ciddi təhdid yaradan hərəkətlərin yolverilməz olduğunu qeyd edərək bildiririk ki, bu məsələylə bağlı “BakuBus” MMC-yə xəbərdarlıq edilib. Analoji halların təkrarlanmaması üçün təcili surətdə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.

Videodan da göründüyü kimi sükan arxasında mobil telefondan istifadə, sürücünün ani diqqətsizliyi məhz bu cür qəzalara, insan həyatına səbəb olar.

Ona görə də bir daha nəinki avtobus, ümumiyyətlə sükan arxasında olan bütün sürücülərə bildiririk ki, yol hərəkəti qaydalarına əməl etsinlər”.

Qeyd edək ki, “Azneft” dairəsi yaxınlığında “BakuBus”a məxsus 5 və 125 nömrəli sərnişin avtobuslarının toqquşması nəticəsində 7 sərnişin xəsarət alıb.
 

***

16:10

 “Azneft” dairəsi yaxınlığında “BakuBus”a məxsus 5 və 125 nömrəli sərnişin avtobusları toqquşub.

Bu barədə görüntü sosial şəbəkədə paylaşılıb.

Qəzaya səbəb  avtobuslardan birini idarə edən sürücünün sükan arxasında olan zaman telefonla oynaması olub. Qəza nəticəsində 7 sərnişin xəsarət alıb.

 

 

Bölmə: HADİSƏ
1 -dən səhifə 3

 

Top