Tarixə görə çeşidlənmiş məqalələr Cümə, 11 İyun 2021

 

AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarına akkreditə olunmuş şəxslər iyulun 5-nə qədər paytaxtda müntəzəm marşrut xəttlərindən pulsuz istifadə edəcəklər.

Bunu açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

Xatırladaq ki, BNA Avro-2020 ilə bağlı nəqliyyat planını açıqlayıb.

(report)

Bölmə: SOSİAL

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar terrorla mübarizədə NATO müttəfiqlərinin onlara dəstək olmadığını deyib.

Bu barədə o Dəniz Təhlükəsizliyi Mükəmməliyyət Komandanlığının açılış mərasimində çıxışı zamanı bildirib.

“NATO müttəfiqlərimiz dünyanın bir çox bölgəsində terror təşkilatlarına qarşı qərarlılıqla mübarizə aparsalar da, təəssüf ki, PKK/YPG terror təşkilatına qarşı eyni qərarlı mövqe göstərməyiblər”, - deyə Akar qeyd edib.

Türkiyəli nazir ölkəsinin NATO-da ən çox yükü çiyinlərinə alan üzv olduğunu vurğulayıb:

“Türkiyə müttəfiqlərinə milli təhlükəsizlik və regional sabitliyi təhdid edən PKK/YPG və İŞİD terror təşkilatının Suriyanın şimalındakı hərəkətlərinə qarşı birlikdə mübarizə aparmaq üçün çoxsaylı çağırışlar etdi. NATO müttəfiqlərimizə Suriyada təhlükəsiz bir zona yaratmağı dəfələrlə təklif etdik və birlikdə bəzi planlar barədə razılığa gəldik. Ancaq bu razılaşmalar yerinə yetirilmədi və Türkiyə terrorla mübarizədə tək qaldı”.

Bölmə: DÜNYA
1 -dən səhifə 3

 

Top