“Caliber”in növbəti təhlili: “Nəcib” erməni ailəsində qalmaqal” - VİDEO
Xüsusi

10 İyun 2021

“Caliber” layihəsinin növbəti buraxılışında Ermənistanda qarşıdan gələn seçki və namizədlərin pafoslu çıxışları məsələsinə toxunulub.

Layihənin “Youtube” kanalında paylaşılan “Nəcib” erməni ailəsində qalmaqal” adlı videoda Ermənistanda iqtidar uğrunda “savaşan” namizədlərin ikrah hissi yaradan vəd və çıxışları təhlil olunub.

“Ermənistan parlamentinə seçkilər yüksək notla başa çatır. Seçicilərə gah “Ararat”ı (Ağrı dağı – red.), gah da səmadakı Ayı söz verməyə hazır olan qələbəyə əsas namizədlərin hamısı seçki isterikasına qoşulur.

Əslində bir zamanlar özünün hansısa məqsədləri üçün Paşinyanı himayə edən keçmiş prezident Serj Sarqsyan baş nazir səlahiyyətlərinin icraçısına Azərbaycanda saxlanılan terrorçularla (İrəvanda sadəcə hərbi əsir hesab olunurlar) oğlu Aşotu mübadilə etməsini təklif edib.

Paşinyan onun çağırışını qəbul edib və eyni zamanda rəqibini təcrübəli “sutenyor” adlandırıb.

Başqa nə etsin? Seçkilərə faktiki olaraq bir həftə qalıb”, - deyə “Caliber” qeyd edib.

Videoda həmçinin Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan bu iki “siyasətçi” arasında gedən mübarizədə səsləndirilən fikirlərin erkən orta əsrlər dövrünü xatırlatdığı vurğulanır. Çünki məhz həmin dövrlərdə baronlar öz itaət və sadiqliklərini göstərmək üçün imperatorlara girov kimi öz oğullarını göndərirdilər.

“Lakin Nikol Paşinyandan vətən və xalq uğruna öz oğlunu qurban verən antik qəhrəman çıxmaz. O, çox gözəl anlayır ki, Azərbaycan Prezidenti bu təklifi yalnız təəccüblə qarşılayacaq. Ermənistanda hakimiyyət uğrunda savaşanların qaytarmaq istədikləri “əsir”lər indi məhkəmə qarşısındadır. Bu məhkəmə onların Azərbaycan ərazisindəki əsl fəaliyyətlərini bütün dünyaya göstərəcək”, - deyə videoda bildirilir.

Ətraflı “Caliber”in növbəti təhlilində:

 

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

 

Top