Laçında qəzada həlak olan hərbçi dəfn edildi - Foto
Xüsusi

30 İyun 2021

 

İyunun 28-də Laçın rayonu ərazisində avtomobil qəzasına düşərək həlak olan hərbçilərdən biri, Coşqun Zeynallı dəfn edilib.

Addim.az xəbər verir ki, C.Zeynallı dünən Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun yaxınları, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

ŞƏRHİNİZİ YAZIN

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

 

Top