Skip to content
6 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • İqtisadiyyat
  • Sosial şəbəkədə böhtan və təhqirlə bağlı məhkəməyə müraciət qaydası açıqlanıb
  • İqtisadiyyat

Sosial şəbəkədə böhtan və təhqirlə bağlı məhkəməyə müraciət qaydası açıqlanıb

Sosial şəbəkələrdə və digər internet informasiya ehtiyatlarında böhtan və təhqirə məruz qalan şəxslərin hüquqlarının müdafiəsi, məhkəməyə müraciət qaydaları
Cavidan 6 Noyabr, 2026
6aed72f0eda756 v4

Sosial şəbəkələrdə və digər internet informasiya ehtiyatlarında böhtan və təhqirə məruz qalan şəxslərin hüquqlarının müdafiəsi, məhkəməyə müraciət qaydaları və sübutların təqdim edilməsi ilə bağlı məqamlara aydınlıq gətirilib.

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundov bildirib ki, böhtan və təhqirlə bağlı xüsusi ittiham qaydasında şikayətlər yazılı formada aidiyyəti birinci instansiya məhkəməsinə təqdim edilməlidir.

Hakimin sözlərinə görə, ümumi qaydaya əsasən, belə şikayətlərə cinayətin törədildiyi yer üzrə məhkəmədə baxılır. Məsələn, kütləvi çıxış zamanı təhqiramiz ifadənin işlədildiyi yer məlumdursa, şikayət həmin ərazi üzrə səlahiyyətli məhkəməyə verilməlidir.

F. Axundov qeyd edib ki, media və internet informasiya ehtiyatlarında yayılan böhtan və təhqir xarakterli məlumatlarla bağlı məhkəmə aidiyyətinin müəyyən edilməsinin xüsusi qaydaları mövcuddur. Bu məsələ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2014-cü il 21 fevral tarixli qərarının 12-ci bəndində izah olunub.

Belə ki, müvafiq media vasitəsinin və ya internet informasiya ehtiyatının hüquqi ünvanı məlumdursa, məhkəmə aidiyyəti, bir qayda olaraq, həmin ünvan nəzərə alınmaqla müəyyən edilir. Hüquqi ünvan məlum olmadıqda və ya informasiya ehtiyatı xaricdə qeydiyyata alındıqda isə şikayətə məlumatı yaymış şəxsin Azərbaycan Respublikasındakı axırıncı yaşayış yeri üzrə məhkəmədə baxılır.

Hakim bildirib ki, məsələn, Facebook sosial şəbəkəsində şəxs barəsində böhtan xarakterli məlumat yayıldıqda, həmin platformanın xaricdə qeydiyyata alınması nəzərə alınaraq şikayət məlumatı yaymış şəxsin Azərbaycandakı qeydiyyat ünvanı üzrə birinci instansiya məhkəməsinə təqdim edilməlidir. Bu halda paylaşımın fiziki olaraq Bakıda və ya başqa ərazidə edilməsi məhkəmə aidiyyətini müəyyən etmir.

F. Axundov böhtan və təhqirlə bağlı məhkəməyə müraciət edərkən sübutların düzgün toplanmasının əhəmiyyətini də vurğulayıb.

Onun sözlərinə görə, ilk növbədə, mübahisə doğuran paylaşımın mənbəyi və məzmunu qorunmalıdır. Bunun üçün paylaşımın internet keçidinin, hesabın və ya kanalın adının, yayım tarixinin, mətnin, eləcə də video materialların saxlanılması məqsədəuyğundur. Video materiallarda mübahisələndirilən ifadənin səsləndiyi hissə müəyyən edilməli, bununla yanaşı, həmin ifadənin işlədildiyi ümumi kontekst də qorunmalıdır.

Ekran görüntüləri təqdim edildikdə onların nə vaxt və hansı hesabdan əldə olunduğunun göstərilməsi də vacibdir. Çünki məhkəmə təqdim edilən sübutların mənbəyini, həqiqiliyini və konkret şəxsə aidiyyətini yoxlayır.

Hakim diqqətə çatdırıb ki, xüsusi ittiham qaydasında şikayətin forma və məzmununa dair tələblər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1–293.3.7-ci maddələrində müəyyən edilib.

Həmin tələblərə əsasən, şikayətdə müraciət edən şəxsin adı, soyadı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyəti, eləcə də şikayətə səbəb olan əməlin mahiyyəti, törədildiyi yer, vaxt və şərait göstərilməlidir. Vurulmuş ziyan varsa, bu barədə məlumat da qeyd olunmalıdır.

Bundan başqa, barəsində şikayət verilən şəxsin anket məlumatları və yaşayış yeri, əməli məhz həmin şəxsin törətdiyini təsdiqləyən məlumatlar, şahidlər, sənədlər və digər sübutlar şikayətə əlavə edilməlidir.

F. Axundov xüsusi vurğulayıb ki, böhtan və ya təhqir hesab edilən konkret ifadələrin şikayətdə dəqiq göstərilməsi mühüm əhəmiyyət daşıyır. Şikayətdə şəxsin cinayət məsuliyyətinə cəlb olunması barədə xahiş, sənədin tərtib edildiyi yer, tarix və şikayətçinin imzası da olmalıdır.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb
Sonrakı: Azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub

Bölmənin digər xəbərləri

vEnm8lZkg vx_1200
  • Gündəm

Azərbaycan neftinin qiyməti 106 dollara düşüb

Cavidan 5 Noyabr, 2026
0RfYZ1z9Cfcbky vZr_1200
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 113 dollara düşüb

Cavidan 4 Noyabr, 2026
6ae5749c6340 v5749c6340b
  • Gündəm

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

Cavidan 31 Oktyabr, 2026

Teqlər

A20 Pro Android AnTuTu API Apple Architecture of Trust AzInTelecom Azərbaycan biznes Business CyberEden Elcore Distribution elektron kitabxana Epic Games Store GPT-6.1 Terra informasiya təhlükəsizliyi iPad mini kibertəhlükəsizlik Lenovo maliyyə sektoru Microsoft Newsbeat Noutbuk Nutanix OLED OpenAI oyun Oyunlar PCI DSS Reytinq Rəqəmsal İmza Science smartfon Smartfonlar spacex Süni intellekt SİMA İmza Texnologiya Təhlükəsizlik WebTrust for CA World İlon Mask İqtisadiyyat Nazirliyi İT infrastrukturu İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 421)
  • Dünya (1. 119)
  • Gündəm (3. 512)
  • İdman (260)
  • İqtisadiyyat (177)
  • Kateqoriyasızlar (248)
  • Kriminal (311)
  • Mədəniyyət (97)
  • Siyasət (451)
  • Texnologiya (53)

Xəbər Trendi

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq c308440a-1f65-3 v 1
  • Cəmiyyət

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

6 Noyabr, 2026
Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub – YENİLƏNİB Ekran şəkli 2026-11-06 162530 2
  • Kateqoriyasızlar

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub – YENİLƏNİB

6 Noyabr, 2026
Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb 6aedbdc87d6ae6ae v7d6ac6aedbdc87d6ad 3
  • Dünya

Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb

6 Noyabr, 2026
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 2pCfQ1Q vHeTzrTo_1200 (1) 4
  • Cəmiyyət

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

6 Noyabr, 2026
Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb x4WJAtxIJijqOFwlvfmas1bDFaJuK5_1200 5
  • Dünya

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

6 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3421) Dünya (1119) Gündəm (3512) Kateqoriyasızlar (248) Kriminal (311) Mədəniyyət (97) Siyasət (451) Texnologiya (53) İdman (260) İqtisadiyyat (177)

Sayt üzrə statistika

  • 6
  • 675
  • 433
  • 11. 877

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.