Skip to content
24 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • İqtisadiyyat
  • Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib
  • İqtisadiyyat

Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) inzibati binasında peşəkar qiymətləndiricilər üçün məhkəmə ekspertizası üzrə növbəti ixtisaslaşdırılmış təlim keçirilib. Bu barədə
Cavidan 7 Sentyabr, 2026
Снимок экр v

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) inzibati binasında peşəkar qiymətləndiricilər üçün məhkəmə ekspertizası üzrə növbəti ixtisaslaşdırılmış təlim keçirilib.

Bu barədə Palatadan məlumat verilib.

Bildirilib ki, təlim qərardadın alınması mərhələsindən başlayaraq məhkəmə prosesində rəyin müdafiəsinədək olan bütün praktiki sahələri əhatə edib.

Tədbiri giriş sözü ilə açan AQP sədri Nüsrət İbrahimov bildirib ki, məhkəmə ekspertizası qiymətləndiricinin fəaliyyətində ən yüksək hüquqi məsuliyyət və risk daşıyan istiqamətlərdən biridir. Adi qiymətləndirmə hesabatı bank və ya auditor tərəfindən yoxlanıldığı halda, məhkəmə rəyi qarşı tərəfin peşəkar mütəxəssisi tərəfindən detalına qədər araşdırılır, çarpaz sorğuya, etiraza və təkrar ekspertizaya məruz qalır. AQP sədri vurğulayıb ki, məhkəmə eksperti Cinayət Məcəlləsinin 297-ci maddəsinə əsasən qəsdən yalan rəy verməyə görə birbaşa cinayət məsuliyyəti daşıyır və bu barədə rəsmi xəbərdarlıq rəydə öz əksini taparaq ekspert tərəfindən şəxsən imzalanmalıdır. Palata rəhbərinin sözlərinə görə, qurumun uzunmüddətli yoxlama praktikası göstərir ki, təkrar ekspertizanın təyin edilməsinin beş əsas səbəbindən dördü hesablama metodu ilə deyil, məhz prosedur və sənədləşdirmə xətaları ilə bağlıdır.

Ekspertiza zamanı ən çox mübahisələndirilən sənədlər baxış aktı və hesablanmış dəyər göstəricisidir. Tərəflər baxışa dəvət edilmədikdə, akt hadisə yerində deyil, sonradan ofis şəraitində tərtib olunduqda və ya tərəfin bildirdiyi etiraz akta qeyd olunmadıqda, rəy hesablamaların dəqiqliyindən asılı olmayaraq hüquqi qüvvəsini itirir. Tərəfin aktı imzalamaqdan imtina etməsi sənədi etibarsız etmir, əsas xəta bu imtina faktının sənəddə müvafiq qaydada rəsmiləşdirilməməsidir.

Təlimdə qiymətləndirici, məhkəmə eksperti və mütəxəssis statuslarının hüquqi fərqləri geniş izah olunub. Məhkəmə tərəfindən təyin edilmiş ekspertin adi hesabat formasında sənəd hazırlaması və mətndə “sifarişçinin razılığı olmadan açıqlanmır” kimi bəndlər saxlaması ciddi xətadır. Məhkəmə rəyi iş materiallarının tərkib hissəsidir və tərəflər onunla tanış olmaq hüququna malikdirlər.

Məlumat və sənəd çatışmazlığı yarandıqda ekspert yalnız məhkəməyə rəsmi sorğu göndərməli və ya xüsusi ehtimal müəyyən etməlidir. Sorğunun göndərilməməsi sonradan rəyin əsassızlığı arqumentinə çevrilir. Eyni zamanda, səlahiyyətdən kənar suala rəy verməkdən yazılı və əsaslandırılmış şəkildə imtina etmək ekspertin hüququdur.

Təlim materialı hüquqi çərçivə, qərardadın təhlili, maraqlar münaqişəsinin yoxlanması, obyektə baxışın təşkili, baxış aktının tərtibi, metodologiya seçimi, rəyin strukturu və məhkəməyə təqdimat daxil olmaqla on iki bölməni əhatə edib. İştirakçılara rəy təqdim edilməzdən əvvəl yoxlanılmalı otuz bəndlik siyahı, məhkəməyə vəsatətin nümunəvi mətni və baxış aktının məcburi rekvizitləri təqdim olunub.

Sonda iştirakçıların praktiki sualları cavablandırılıb, məhkəmə ekspertizası zamanı qarşılaşan real keyslər üzərində faydalı müzakirələr aparılıb.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib
Sonrakı: Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Bölmənin digər xəbərləri

kPg3Qjt2ZCfKsCe6jE v
  • İqtisadiyyat

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb

Cavidan 15 Oktyabr, 2026
4PvwL1CrFIZOaYA v
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 133 dolları keçib

Cavidan 9 Oktyabr, 2026
b B9QF_1200
  • Gündəm

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb

Cavidan 8 Oktyabr, 2026

Teqlər

Agent A: A Puzzle in Disguise Aktiv yaddaş Android ani çap AnTuTu Apple AzInTelecom Bad Cheese Bee Birbank Business ChatGPT Cybersecurity Elektromobil Epic Games Store fotoaparat Fraud Detection Fujifilm geympad Google Chrome Instax Square 2 Microsoft Newsbeat OpenAI oyun Oyunlar PCI DSS Pul köçürmələri Qadcetlər Reytinq Roadster Rəqəmsal İmza sahibkarlar Science SheMatters Pakistan spacex Süni intellekt SİMA İmza Tesla Texnologiya World Xbox Xbox Nano Controller İlon Mask İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 337)
  • Dünya (1. 091)
  • Gündəm (3. 476)
  • İdman (253)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (241)
  • Kriminal (305)
  • Mədəniyyət (97)
  • Siyasət (444)
  • Texnologiya (27)

Xəbər Trendi

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb 6adb637c0b6156adb637 b 1
  • Cəmiyyət

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

23 Oktyabr, 2026
Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir CcZ3VLj6BqWahnSV 2
  • Cəmiyyət

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

23 Oktyabr, 2026
Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək – Xəbərdarlıq ZN8SEt6sxrb1bqZK3b 3
  • Cəmiyyət

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək – Xəbərdarlıq

23 Oktyabr, 2026
Salyanda avtoqəza olub, ölən və yaralananlar var ceb8ec9a-366c-316b-ve_1200 4
  • Gündəm

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

23 Oktyabr, 2026
MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək GHhYTK7Ev97V3cp5KNnxIv 5
  • Cəmiyyət

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

23 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3337) Dünya (1091) Gündəm (3476) Kateqoriyasızlar (241) Kriminal (305) Mədəniyyət (97) Siyasət (444) Texnologiya (27) İdman (253) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 49
  • 41
  • 6. 332

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.