Skip to content
7 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İqtisadiyyat
  • Tarixi uğurdan gələcəyə – “Sabah”ın 10 milyon manatlıq inkişaf proqramı – ŞƏRH
  • Gündəm
  • İqtisadiyyat

Tarixi uğurdan gələcəyə – “Sabah”ın 10 milyon manatlıq inkişaf proqramı – ŞƏRH

Azərbaycan futbolunda qazanılan böyük nəticənin ən önəmli tərəfi onun hansı istiqamətə yönəldirilməsidir. Bu nailiyyət böyük transferlərə və qısamüddətli
Cavidan 7 Sentyabr, 2026
Снимок экрана 2026-09-07 111811

Azərbaycan futbolunda qazanılan böyük nəticənin ən önəmli tərəfi onun hansı istiqamətə yönəldirilməsidir. Bu nailiyyət böyük transferlərə və qısamüddətli hədəflərə xidmət etdikdə təsiri də məhdud olur. Amma bu uğurun dividentləri gələcəyin qurulmasına sərf olunursa, əhəmiyyəti daha böyük məna kəsb edir.

“Sabah” klubunun uşaq futbolunun davamlı inkişafı məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaratmaq qərarı da məhz bu baxımdan diqqət çəkir. Klub UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan 5 milyon manat maliyyə dəstəyini Azərbaycan futbolunun gələcəyinə yönəltmək niyyətini ortaya qoyub. Bununla kifayətlənməyən ölkə çempionu özü də əlavə olaraq 5 milyon manat ayırmaq qərarına gəlib.

Beləliklə, “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi sadəcə bir klubun idman uğuru kimi qiymətləndirilmir. Bu nəticədən əldə olunan maliyyənin gələcək nəsillərə yönəldilməsi daha geniş perspektiv ortaya qoyur. Yəni söhbət yalnız bu günün “Sabah”ından deyil, Azərbaycan futbolundan sabahından gedir.

Azərbaycan futbolunda uzun illərdir ən çox müzakirə olunan məsələlərdən biri davamlı inkişaf modelinin formalaşdırılmasıdır. Ayrı-ayrı dövrlərdə klubların uğurlu çıxışları, avrokuboklarda müsbət nəticələri və böyük maliyyə imkanları olub. Ancaq əsas sual həmişə dəyişməyib: bu imkanlar gələcək üçün nə qədər möhkəm baza yaradıb?

Uşaq futboluna yatırım məhz bu sualın ən vacib cavablarından biridir. Çünki peşəkar futbolçu bir gündə yetişmir. Bunun üçün savadlı mütəxəssislər, müasir infrastruktur, tibbi təminat, performans analitikası, təhsil və uzunmüddətli inkişaf proqramı lazımdır.

“Sabah”ın elan etdiyi proqramın diqqətçəkən məqamlarından biri də ayrılan 10 milyon manatın birbaşa xərclənməsinin deyil, qorunaraq artırılmasının nəzərdə tutulmasıdır. Bu yanaşma təşəbbüsü adi maliyyə layihəsindən daha uzunmüddətli modelə çevirə bilər. Məqsəd birdəfəlik böyük məbləğ sərf etmək yox, uşaq futbolu üçün davamlı maliyyə mənbəyi formalaşdırmaqdır.

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov mövzu ilə bağlı “Report”a açıqlamasında “Sabah”ın addımının təqdirəlayiq olduğunu bildirib:

“Bu, klubun təkcə özünü yox, Azərbaycan futbolunu da düşündüyünü, məqsəd və niyyətinin nədən ibarət olduğunu göstərir. Bu gün hamımız bilirik ki, hər şey uşaq futbolundan başlamalıdır. AFFA-nın yeni rəhbərliyi də işə başlayarkən bu istiqamətdə fəaliyyətə start verib. Hamımız bilirik ki, milli komanda klublardan asılıdır. Azərbaycanlı futbolçular yerli klublarda yetişirlər. Bu baxımdan “Sabah”ın addımı ölkə futbolunun gələcəyi üçün hesablanıb. Ümid edirik ki, bu layihə gələcəkdə bəhrə verəcək. Prezident İlham Əliyev tərəfindən futbolumuza böyük diqqət və qayğı göstərilir. U-15 və U-20 dünya çempionatlarının Azərbaycanda təşkil olunacağı da buna nümunədir. U-15 turniri ilə bağlı yeni stadionlar tikiləcək və bu infrastruktur gələcəkdə də bizə lazım olacaq. Bütün bunlar gələcəyə daha pozitiv baxmağa əsas verir”.

Əslində, Çempionlar Liqasının əsas mərhələsində iştirakın ən böyük qazancı təkcə meydanda əldə olunan nəticələr və ya maliyyə gəlirləri ilə ölçülməməlidir. Belə turnirlər klublara daha böyük imkanlar açır. Əsas məsələ isə həmin imkanlardan necə istifadə edilməsidir.
“Sabah”ın ortaya qoyduğu mövqe göstərir ki, klub öz uğurunu yalnız indiki komandanın nailiyyəti kimi görmək istəmir. Çempionlar Liqasına yüksəlişdən yaranan maliyyə imkanının müəyyən hissəsinin gələcəyin futbolçularına yönəldilməsi bu uğurun daha geniş mənada dəyərləndirildiyini göstərir.

“Sabah”ın prezidenti Maqsud Adıgözəlov “Report”a açıqlamasında bunun qısamüddətli layihə olmadığını bildirib:

“Sabah Future Fund”ın əsas ideyası məhz uzunmüddətli və davamlı sistem yaratmaqdır. Uşaq futbolunda nəticə bir və ya iki ilə ölçülmür. Bizim üçün əsas göstərici akademiyanın qazandığı kuboklar deyil, yetişdirdiyi futbolçular olacaq. Məqsədimiz daha çox gənc futbolçunun akademiyadan əsas komandaya yüksəlməsi, peşəkar futbolda öz yerini tutması və Azərbaycan millilərinə qədər inkişaf etməsidir. Eyni zamanda, ölkənin müxtəlif bölgələrində istedadlı uşaqları daha erkən aşkarlamaq və onların maddi imkanlarından və yaşadıqları yerdən asılı olmayaraq, inkişaf üçün bərabər imkan yaratmaq istəyirik. Konkret hədəflər, proqramlar və nəticələrin hansı meyarlarla qiymətləndiriləcəyi Fondun təqdimatı zamanı daha ətraflı açıqlanacaq”.

M.Adıgözəlov 10 milyon manatlıq proqramın vəsaitlərinin idarə olunmasının necə həyata keçiriləcəyindən və bu kapitalın artırılması üçün hansı maliyyə modeli nəzərdə tutulmasından söz açıb:

“Burada ən vacib məqamı düzgün izah etmək istəyirik: 10 milyon manat xərclənmək üçün nəzərdə tutulan büdcə deyil. Bu, Fondun ilkin kapitalıdır. Sadə desək, məqsədimiz bu 10 milyon manatı xərcləmək yox, qorumaq, idarə etmək və onun gəlir yaratmasını təmin etməkdir. Fondun yaratdığı gəlirin müəyyən hissəsi uşaq futbolunun və akademiyanın inkişafına yönəldiləcək, digər hissəsi isə yenidən kapitala əlavə olunaraq Fondun böyüməsinə xidmət edəcək. Yəni bizim məqsədimiz 10 milyon manatı illər ərzində azaltmaq deyil, əksinə, Fondun kapitalını və onun yaratdığı gəliri ildən-ilə artırmaqdır. Gələcəkdə tərəfdaşların, sponsorların və digər mümkün maliyyə mənbələrinin də bu təşəbbüsə cəlb olunması nəzərdə tutulur. Fondun vəsaitinin necə idarə olunacağı, gəlirin hansı prinsiplərlə bölüşdürüləcəyi və kapitalın artırılması mexanizmləri hazırda hazırlanır. Bütün bu məsələləri Fondun rəsmi təqdimatı zamanı açıq və ətraflı şəkildə ictimaiyyətə təqdim edəcəyik”.
Bir sözlə, “Sabah Football Academy Future Talents” proqramı reallaşdırıldığı halda, təkcə bir klubun akademiya layihəsi olmaqdan daha böyük məna daşıya bilər. Güclü akademiyalar ilk növbədə klubların öz gələcəyini təmin edir. Amma uzunmüddətli perspektivdə həmin akademiyalarda yetişən futbolçular milli komandaların da əsasını formalaşdırır.

Azərbaycan futbolunun gələcəyi üçün ən böyük sərmayə bu gün meydanda olan futbolçuya deyil, sabah həmin meydanda oynayacaq uşağa qoyulan sərmayədir. “Sabah”ın təşəbbüsünün əsas fəlsəfəsi də məhz bundan ibarətdir.

Nəticənin real təsirini, əlbəttə, zaman və proqramın praktik icrası göstərəcək. Ancaq indidən görünən əsas məqam budur ki, “Sabah” qazandığı uğuru xərclənəcək bir fürsət deyil, Azərbaycan futbolunun gələcəyinə yatırılacaq kapital kimi görür.

Bəlkə də bu təşəbbüsün ən böyük dəyəri də elə bundadır. Çünki futbolun sabahını qurmaq üçün bugünkü uğurdan düzgün istifadə etmək lazımdır.(Report)

Post navigation

Previous: Mürsəl İbrahimov Naxçıvanda vətəndaşları qəbul edəcək
Next: Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir

Bölmənin digər xəbərləri

Снимок экр v
  • İqtisadiyyat

Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib

Cavidan 7 Sentyabr, 2026
6a9e83ab807da6a9e83ab8 v
  • Cəmiyyət

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

Cavidan 7 Sentyabr, 2026
V
  • Gündəm

Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək

Cavidan 7 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 087)
  • Dünya (1. 051)
  • Gündəm (3. 352)
  • İdman (233)
  • İqtisadiyyat (160)
  • Kateqoriyasızlar (204)
  • Kriminal (280)
  • Mədəniyyət (95)
  • Siyasət (409)
  • Texnologiya (15)

Xəbər Trendi

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub 6a9ea0b4e09c46 v 1
  • Kateqoriyasızlar

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub

7 Sentyabr, 2026
Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub Снимок экрана 2026-09-07 153333 2
  • Cəmiyyət

Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub

7 Sentyabr, 2026
Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib Снимок экр v 3
  • İqtisadiyyat

Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib

7 Sentyabr, 2026
Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib aziz BB 4
  • Cəmiyyət

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib

7 Sentyabr, 2026
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib 6a9e83ab807da6a9e83ab8 v 5
  • Cəmiyyət

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

7 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3087) Dünya (1051) Gündəm (3352) Kateqoriyasızlar (204) Kriminal (280) Mədəniyyət (95) Siyasət (409) Texnologiya (15) İdman (233) İqtisadiyyat (160)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.